Dollar qəfil sıçradı, rubl üzü aşağı getdi

Bu gün avqustun 19-da Moskva birjasında keçirilən hərraclarda rublun məzənnəsi kəskin aşağı düşüb. Virtualaz.org xəbər verir ki, hərracın nəticələrinə görə 1 ABŞ dolları 67 rublu keçib, başqa sözlə Rusiya milli valyutası 1 faizdən çox dəyər itirib. Sonuncu dəfə rubl 2019-cu ilin fevralında bu qədər ucuzlaşmışdı və dollar 67 rubl həddini keçmişdi. Rusiya valyutasının zəifləməsinin “günahkarı” […]

Naxçıvanda yeni təlimlər başladı – qoşunlara “həyəcan” siqnalı verildi…

Naxçıvan Qarnizonu qoşunlarında üçpilləli, ikitərəfli keçirilən növbəti komanda-qərargah təlimi müxtəlif mərhələlərdə icra edilir. Əlahiddə Ümumqoşun Ordunun Mətbuat xidmətinin yaydığı məlumata görə, təlim çərçivəsində “həyəcan” siqnalı ilə cəmləşmə rayonlarına çıxarılan qoşunların idarə olunması praktiki həyata keçirilir. Ərazidə əməliyyatların qərargahlar tərəfindən planlaşdırılmasından sonra qəbul edilmiş qərarlar Simulyasiya mərkəzində kompüterlər üzərində icra olunacaq. Təlim avqustun 24-dək davam edəcək.

“Dedi sənin internetin başdan ayağa dezinformasiyadır…”- Venediktov Putinlə söhbətini açıqladı

“Exo Moskva” radiostansiyasının baş redaktoru, nüfuzlu rusiyalı jurnalist Ukraynanın Gordon.ua saytının və eyni adlı televiziyanın rəhbəri Dmitri Qordonun “Bizimkilər” müəllif proqramına geniş müsahibə verib. Virtualaz.org xəbər verir ki, bu söhbət Venediktovun Kiyevə növbəti səfəri zamanı baş tutub. Söhbət zamanı Venediktov Krım və Donbass məsələsindən tutmuş Putinlə söhbətinə, SSRİ rəhbəri olmuş Mixail Qorbaçovla vaxtaşırı olaraq görüşüb […]

Dünya universitetlərinin reytinqi açıqlandı

Ötən həftə, avqustun 16-da Şanxay Reytinq Konsultasiya şirkəti “Dünya Universitetlərinin 2019-cu il üçün Akademik Reytinqi”ni açıqlayıb. 2003-cü ildən bəri bu reytinq şəffaf metodologiya və obyektiv üçüncü tərəfin məlumatına əsasən dünyanın aparıcı 500 universitetinin adını təqdim edir. Bu, dünyada etibarlı reytinq sayılır. Bu ilsə dünyanın ən yaxşı 1000 universitetinin adı açıqlanıb. Artıq 17 ildir Harvard Universiteti […]

İranın xarici işlər naziri Yaponiyaya gedir

Avqustun sonlarında İranın Xarici işlər nazirinin Yaponiyaya səfəri gözlənilir. Bir sıra diplomatik mənbələr Məhəmməd Cavad Zərifin Asiya ölkələrinə səfəri çərçivəsində Yaponiyanı da ziyarət etməsi üçün son hazırlıq işlərinin görüldüyünü bildirirlər. Qeyd edilir ki, iranlı nazir artıq Yaponiyanın Baş naziri Şinzo Abe və Xarici işlər naziri Taro Kono ilə görüş üçün müraciət edib. Həmin görüşlərdə İran […]

Sabahdan Bakının bu küçələrində hərəkət məhdudlaşdırılacaq

Bakı şəhəri, Mirzəağa Əliyev küçəsindən başlayaraq Nizami küçəsinin kəsişməsinə qədər və Murtuza Muxtarov küçəsində yol tikinti işləri ilə əlaqədar olaraq 20 avqust tarixindən etibarən hərəkət məhdudlaşdırılacaq. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Bildirilir ki, tikinti işləri 1 həftə davam edəcək. Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və alternativ yollardan istifadə etmələri xahiş olunur. […]

Ucarın İcra Hakimiyyəti “sirli məxluq” barədə “uçastkovı”ya göstəriş verib

Vaxtaşırı olaraq ortaya çıxıb yayın istisində Aran camaatının əlini işdən-gecdən soyudan mərdimazar “sirli məxluq” (belələrinə qulyabanı, şəyatin, hətta xortdan adı vermək olar) hələ də “yaxalanmayıb”. Və yerli məmurlar da yayın istisində, pambığın, baramanın qızğın çağında rayonun Çiyni kəndinin camaatını qorxuya salan məxluqun tutulması üçün zəruri göstərişlər verməli olublar. (Oxucuların nəzərinə-əhvalat Mirzə Cəlilin felyetonlarından götürülməyib, real […]

Baş məşqçisi Ramil Şeydayev haqda – “Hücumçu qol vurmalıdır”

Rusiyanın “Dinamo” (Moskva) klubunun baş məşqçisi Dmitri Xoxlov millimizin hücumçusu Ramil Şeydayevin “Lokomotiv”lə oyundakı çıxışını dəyərləndirib. O ötən gün Rusiya Premyer Liqasının 6-cı turunda keçirilən Moskva derbisində 90 dəqiqə meydanda olan Şeydayevin qənaətbəxş oynadığını bildirməklə yanaşı ondan qol gözlədiyini də deyib: “Ramil meydanda tələb olunan işi yerinə yetirir. Bəli, onda hələ hər şey alınmır, hücumçu […]

Azərbaycanda Prezident təqaüdü təyin olunmuş şəxslərin sayı açıqlanıb

2019-cu ilin altı ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 32102 ailəyə 34241 uşağın anadan olmasına görə, 4126 nəfər radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxsə müalicə üçün və 3355 nəfər penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxsə birdəfəlik müavinətlər verilib. Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, bu ilin iyulun 1-i vəziyyətinə əmək […]

Azərbaycandan Rusiyaya 5 kiloqramdan artıq meyvə-tərəvəz aparmaq olmayacaq

Bu gündən Azərbaycandan Rusiyaya gedən sərnişinlərin əl çantaları və yükləri yeni qaydalara əsasən yoxlanılacaq. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya gömrükçüləri sərnişinlərin yüklərini yeni qaydaya əsasən yoxlayacaqlar. Belə ki, avqustun 19-dan etibarən Rusiyada yeni fitosanitar nəzarət qaydaları qüvvəyə minib. Yeni qaydalara görə, gəmi, təyyarə, qatar və avtomobillə Rusiyaya gələn sərnişinlərin əl çantaları və yüklərində […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Avqust 2019
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031