“Vətəndaşlara çox gözəl nümunə ola bilərdi…” – BNA-dan deputata cavab

Bakı Nəqliyyat Agentliyi (BNA) Milli Məclisin deputatı Tahir Kərimlinin qurumla bağlı səsləndirdiyi iradlara münasibət bildirib. APA-nın xəbərinə görə, Agentliyin yaydığı məlumatda bildirilib ki, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli inzibati tənbeh vermə haqqında qərarın Mərkəzi İnformasiya Sisteminin məlumatları əsasında tərtib edildiyini yaxşı bilir. “Vəfat etmiş şəxsin nəqliyyat vasitəsini idarə edən sürücü […]

Dron hücumlarından sonra Səudiyyə Ərəbistanının reytinqi azaldılıb

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Səudiyyə Ərəbistanının xarici valyutalardakı uzunmüddətli emitent defolt reytinqini (EDR) “A”dan “A+”dək azaldıb. “Report” agentliyə istinadən xəbər verir ki, reytinqə dair proqnoz “sabit”dir. Ölkənin neft infrastrukturuna qarşı bu yaxınlardakı dron və raket hücumlarından savayı, yeni hücumlar ehtimal edildiyi, iqtisadiyyata mühüm zərbə vurulacağının istisna olmadığı da bildirilir. “Səudiyyə Ərəbistanı xarici siyasətinin birmənalı […]

Azərbaycanda ömürlük məhkum ölüb

Bakıda məhbus ölüb. APA-nın məlumatına görə, hadisə Penitensiar Xidmətin müalicə müəssisəsində qeydə alınıb. Orada müalicə alan, xərçəng xəstəliyindən əziyyət çəkən ömürlük məhkum, 1969-cu il təvəllüdlü Əliyev Məhərrəm Heydər oğlu dünyasını dəyişib.

Türkiyənin “Yeni İqtisadi Plan”ı açıqlanıb

“2019-cu ildə iqtisadi tənəzzüllə bağlı gözləntilərə baxmayaraq bu ili iqtisadi artımla başa vurmağa hazırlaşırıq. Ticarət dövriyyəsindəki kəsirlə mübarizədə də əhəmiyyətli uğur qazanmışıq”. “Report” xəbər verir ki, bunu Türkiyənin xəzinə və maliyyə naziri Berat Albayrak deyib. O, bu barədə ölkəsinin “Yeni İqtisadi Plan”ını açıqlayarkən danışıb. Nazir bu il Türkiyə iqtisadiyyatının 0,5%, 2020-2022-ci illərdə isə hər il […]

Prezident Administrasiyasının məsul işçilərinin qəbul cədvəli açıqlanıb

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçilərinin 2019-cu ilin oktyabr ayında bir sıra şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəli açıqlanıb. Qəbullar şəhər və rayonlarda saat 10:00-da başlayır. 10 oktyabr 2019-cu il 1. Biləsuvar rayonu 2. Oğuz rayonu 3. Ağdam rayonu 4. Ağstafa rayonu 5. Xocavənd rayonu 24 oktyabr 2019-cu il 1. Yevlax rayonu 2. Xaçmaz rayonu 3. […]

Hacıyevin bacanağı azadlığa buraxıldı – 100 milyon mənimsəməkdə ittiham olunurdu…

Azərbaycan Beynəlxalq Bankın (ABB) hazırda həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyevin bacanağı İsmayıl Hidayət-zadə həbsdən azad edilib. “AzPolitika.info”ya daxil olan məlumata görə, “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən külli miqdarda kredit götürərək qaytarmamaqda günahlandırılan və mənimsəmədə təqsirləndirilən “İntertabakko” Zaqatala Tütün Emalı Zavodunun sabiq direktoru İsmayıl Hidayət-zadə sentyabrın 27-də Nizami rayon Məhkəməsinin qərarı ilə azadlığa buraxılb. Qeyd edək […]

“Tezliklə azadlığa çıxıb sənətimlə məşğul olacağam” – Fədayə Laçın

“Tezliklə azadlığa çıxacağam”. APA-nın məlumatına görə, bunu bu gün cəzası 2 ilə endirilən Fədayə Laçın məhkəmə zalında deyib. O ictimaiyyətə təşəkkür edib. “Hamıya təşəkkür edirəm, çox sağ olsunlar. Enerji yığmışam, 1 aya cəzam başa çatır, azadlığa çıxdıqdan sonra yenidən sənətimlə məşğul olacağam”, – deyə F. Laçın vurğulayıb.

“Bələdiyyə üzvlüyünə namizədlər 70 səhifə sənəd toplamalıdır” – Siyavuş Novruzov

Seçki Məcəlləsinə əsasən, bələdiyyə üzvlüyünə namizədlər üçün Prezidentliyə namizədlər kimi 70 səhifə sənəd toplanmalıdır. APA-nın məlumatına görə, bunu Milli Məclisin payız sessiyasının ilk iclasında deputat Siyavuş Novruzov deyib. O bildirib ki, bu, düzgün sayıla bilməz: “Ona görə də bu sahədə qanunvericiliyə yenidən baxmaq lazımdır”.

Nizamidə qanunsuz heyvan kəsiminin qarşısı alındı

Nizami rayonunda qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması ilə bağlı reyd keçirilib. Bu barədə “Cümhuriyyət”ə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, “Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2018-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) baytarlıq-sanitariya və gigiyena normalarına cavab verməyən […]

“Azərbaycanda diffamasiya dekriminallaşsın” – Milli Məclisdə media ilə bağlı təkliflər səsləndi

Milli Məclisin payız sessiyasının qanunvericilik planının müzakirəsi zamanı çıxış edən deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirdi ki, qanunvericilik işlər planı zənginliyi ilə diqqət çəkir: “Müzakirəsi zəruri bilinən layihələrin hər biri vacibdir, günümüzlə səsləşir. Mən də öz növbəmdə bəzi təkliflər irəli sürmək istərdim. İlk növbədə istərdim ki, Azərbaycanda diffamasiya dekriminallaşsın. Təbii ki, bu, əsasən ayrıca qanunun […]

Photo Gallery

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2019
BE ÇA Ç CA C Ş B
« Avq   Okt »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30