“Afaq Bəşirqızına qarşı aparılan iyrənc kampaniyanı dərhal dayandırılmağa çağırıram”

Bütöv Azərbaycan Xalq Cəbhəsi partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Moderator.az-a açıqlamasında xalq artisti Afaq Bəşirqızının işlətdiyi bir ifadəyə görə ona qarşı səsləndirilən sərt ittihamlara etirazını bildirib: “Mən  xalqımızın sevimlisi, xalq artisti Afaq Bəşirqızına qarşı bəzi mənfur ünsürlər tərəfindən aparılan mənəvi terroru qətiyyətlə pisləyir və dərhal bu iyrənc kampaniyanı dayandırılmağa çağırıram. Afaq xanım xalqını sevən, […]

Ermənistanda koronavirusa yoluxanların sayı mini ötüb

Ermənistanda koronavirusa yoluxanların sayı artıb. “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, son sutkada 26 yoluxma halı qeydə alınıb. Bununla da Ermənistan üzrə koronavirusa yoluxanların sayı 1 013-ə çatıb. Bundan başqa, ölkədə koronavirusdan 13 nəfər ölüb, 197 pasiyent müalicə olunaraq sağalıb.

Sabaha olan hava proqnozu açıqlandı

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən “Report”a verilən məlumata görə, aprelin 13-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, zəif çiskin olacaq. Arabir güclənən şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 7-10° isti, gündüz 12-15° isti, […]

Daha 15 min işsiz şəxsə 190 manatlıq yardım edildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsiz kimi qeydiyyata alınan şəxslərdən daha 15 min şəxsə (ümumilikdə 35 min) birdəfəlik ödəmə vəsaitinin ödənişini həyata keçirib. Qurumdan “Qafqazinfo”ya verilən məlumata görə, ödəmə vəsaitləri bank filiallarına və poçt şöbələrinə köçürülüb. Həmin şəxslərin müraciət edərkən qeyd etdikləri telefon nömrəsinə bu barədə SMS göndəriləcək. Mesajı aldıqdan sonra onlar evdən çıxmaq […]

Xüsusi karantin rejimini pozan sürücülərin sayı açıqlandı

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 11.04.2020-ci il saat 00:00-dan 12.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1 753 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib. Bu barədə “Qafqazinfo”ya Baş Dövlət Yol Polisi İdarəsindən […]

Gürcüstanda zəlzələ olub

Gürcüstanın cənubunda 3,7 bal gücündə zəlzələ olub. “Qafqazinfo” xəbər verir ki, zəlzələnin ocağı Ninotsminda şəhərindən 4 kilometr uzaqlıqda, Orocolari kəndində, 3 kilometr dərinlikdə yerləşib. Dağıntı və tələfat barədə məlumat verilmir.

Şabranda ana və oğlunu güllələyən şəxs saxlanıldı

Ötən gün Şabranın Zeyvə kəndində ana və oğlunu ov tüfəngi ilə güllələyərək öldürən şəxs saxlanılıb.  “Qafqazinfo” xəbər verir ki, qətli törətdikdən sonra hadisə yerindən qaçan 1986-cı il təvəllüdlü  İslamov Nahid Eynulla oğlu gecə saatlarında hüquq mühafizə orqanları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Qeyd edək ki, hadisə zamanı N.Islamov həmkəndliləri 1963-cü il təvəllüdlü Mahmudova İstək Əlyar […]

Bu sürücülər cərimə olunacaqlar

Nəqliyyat vasitələrinin icbari sığorta şəhadətnamələri onlayn şəkildə verilir. İcbari Sığorta Bürosundan “Qafqazinfo”ya daxil olan məlumata görə, bunun üçün nəqliyyat vasitəsi sahibinin sığorta şirkətinə gəlməsinə ehtiyac yoxdur. Dövlət Yol Polisi İdarəsinin COVİD 19 pandemiyası ilə əlaqədar elan edilmiş karantin rejimində hərəkətdə olan avtomobillərin xüsusi texniki vasitələrlə aşkarlanması prosesinin dayandırılması barədə qərarı müddəti bitmiş icbari sığorta müqavilələrinə […]

ABŞ-ın bütün ştatlarında fövqəladə vəziyyət elan olundu

ABŞ-da ölkə tarixində ilk dəfə olaraq bütün ştatlarda fövqəladə rejim elan edilib. “Qafqazinfo” xəbər verir ki, bu barədə qərarı ölkə prezidenti Donald Tramp verib. Qeyd edək ki, ABŞ-da yarım milyondan çox insan koronavirusa yoluxub, 20 min nəfər Covid-19-dan dünyasını dəyişib.

Koronavirusa yoluxanların müalicəsi neçəyə başa gəlir?

Çində koronavirusa yoluxan bir pasientin müalicəsi orta hesabla 21,5 min yuana (3 min dollardan çox), ağır koronavirus xəstəsinin müalicəsi 150 min yuana (21,3 min dollardan çox), bəzi hallarda bir neçə yüz min və hətta bir milyon yuana başa gəlir. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu rəqəmləri Çinin Tibbi Təminat İdarəsinin tibbi xidmətlərin idarəsi […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2020
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930