Əli Abbasov və bir neçə alim koronavirusla bağlı tədqiqat apardı

Bir qrup Azərbaycan alimi – AMEA-nın Yüksək Texnologiyalar Parkının baş direktoru, akademik Əli Abbasov, Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi-Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyev,  BDU-nun professoru Rövşən Əliyev, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti Hilalə Cəfərova Azərbaycan ərazisində COVID-19 virusunun yoluxma dinamikasının zamandan asılılığının müəyyən edilməsi ilə bağlı tədqiqat aparıblar. “Qafqazinfo” xəbər verir […]

Milli Məclis Sədrini maska taxmağa çağırdılar

Milli Məclisin Sədri və müavinləri tibbi maskalar taxmalıdırlar. Virtualaz.org-un məlumatına görə, bunu millət vəkili Aydın Mirzəzadə parlamentin bu gün keçirilən plenar iclasında deyib. “Dünyanın bir çox ölkələrində yüksək vəzifə tutan şəxslər koronavirusdan qorunmaq üçün maskalar taxırlar”,-deyə deputat vurğulayıb.

Nazirlik ödəmələrlə bağlı xəbərdarlıq yaydı – Video

Aprelin 16-na muzdlu işçilərin əmək haqqının müəyyən hissəsinin ödənilməsi üçün koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş 15.511 vergi ödəyicisi və maliyyə dəstəyi almaq üçün 31.180 fərdi (mikro) sahibkar, cəmi 46.691 vergi ödəyicisi müraciət edib. İqtisadiyyat Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, muzdlu işçilərin əmək haqqının müəyyən hissəsinin ödənilməsi layihəsi çərçivəsində müraciət etmiş 15.511 vergi ödəyicisində çalışan muzdlu […]

Koronavirus barədə daha bir dəhşətli fakt aşkarlandı – Hətta 60 dərəcədə yoluxdurur, 92 dərəcədə ölür…

Fransanın Eks-Marsel universitetinin alimləri koronavirus barədə daha bir sürpriz fakt aşkara çıxarıblar. Virtualaz.org xəbər verir ki, təhqiqatın nəticələrinə əsasən virus hətta 60 dərəcə temperatura davamlıdır və bu temperaturda belə yoluxdurmağa davam edir. Araşdırmaların nəticələri bioRxiv portalında dərc edilib. Eksperiment zamanı koronavirus ştammı steril nümunə qabına və biometerial qoyulan nümunə qabına yerləşdirilib. Bundan sonra hər iki nümunə […]

Karantin rejimində sərnişindaşımanın statistikası açıqlandı

Ümumilikdə, xüsusi karantin rejimində regionlarda şəhərdaxili (rayondaxili) daşınan sərnişin sayı 85 faiz azalıb.  “Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova yayıb. O bildirib ki, Bakı şəhəri istisna olmaqla cari ilin 1-3 aprel tarixlərində 231 624, 4-6 aprel tarixlərində 124 292, 7-9 aprel tarixlərində 63 653, […]

“Vəziyyəti ağır olanları xilas edə bilməyəcəyik”. Rusiyada həkimlər koronavirusla və defisitlə necə mübarizə aparırlar?

Martın 28-də Nijeqorod vilayətinin qubernatoru Qleb Nikitin öz İnstagram hesabında yazmışdı ki, yerli iaşə işçiləri həkimlərə yemək paylamağa hazırlaşırlar. Az sonra həmin statusa şərh yazan həkim-anestezioloq Pavel Morozov bircə dənə də süni tənəffüs aparatının (STA) olmamasından və inhalyasiya cihazlarının azlığından şikayətlənmişdi: “Bütün bunlar gözəldir. Amma! Balaxna Rayon Mərkəzi Xəstəxanasının reanimasiya və intensiv terapiya şöbəsi tənəffüs […]

Məşhur alman mərkəzinin rəhbəri: “Azərbaycan Avropadan daha az pul aldı, çünki varlıdır”

Xəbər verdiyimiz kimi, Avropa İttifaqı (Aİ) Avropa İnvestisiya Bankı ilə birlikdə, koronavirus pandemiyası ilə mübarizə üçün Azərbaycana 14 milyon avro ayırıb. Virtualaz.org xatırladır ki, Avropa Komissiyası Şərq Tərəfdaşlığı Departamentinin direktoru Laurens Meredit “Twitter” hesabındakı paylaşımında bu barədə məlumat verərkən qeyd etmişdi ki, Aİ “Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələrə yeni növ koronavirus pandemiyası ilə mübarizə üçün təcili […]

İran İnqilab Keşikçilərinin koronavirusu 100 metrlikdən “aşkarlayan” cihazı – Sosial şəbəkələr lağa qoyur, səhiyyə rəsmiləri təsdiqləmir…

İranda 100 metrlikdən koronavirus infeksiyalarını maqnit dalğalar vasitəsilə aşkarlayan cihaz təqdim olunub. Bu, İranın İslam İnqilab Keşikçiləri Korpusu (İİKK) üçün zəfər anı kimi qələmə verilib. İnqilab Keşikçiləri Korpusu  yanvar ayında Tehran aeroportundan qalxan Ukrayna sərnişin təyyarəsini vurandan bəri kəskin tənqidlə üz-üzə qalıb və nüfuzu sarsılıb. “Bu heyrətamiz elmi texnika bir sıra xəstəxanalarda sınaqdan çıxarılıb”, – İnqilab […]

Belçikada koronavirusdan ölənlərin sayı 5 mini keçdi

Son 24 saatda Belçikada koronavirusdan ölənlərin sayı 313 nəfər artaraq 5136-ya çatıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə Belçikanın Səhiyyə Nazirliyi açıqlama verib. Bildirilib ki, son sutka ərzində daha 1329 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb, yoluxanların ümumi sayı 36,138-ə çatıb. Ümumilikdə 7961 pasiyent isə sağalaraq evinə buraxılıb. Qeyd edək ki, dünya üzrə 2,192,597 insan koronavirusa […]

Ramiz Mehdiyev karantini Göyçayda keçirir – Ziya Məmmədovla birgə…

Koronavirus pandemiyası yaşından, cəmiyyətdəki mövqeyindən, vəzifəsindən asılı olmayaraq, hər kəsi karantin tədbirlərinə riayət etməyə, özünütəcridlə bağlı addımlar atmağa vadar edir. Lakin paytaxt Bakıda bu tədbirlərə lazımınca riayət edərək, izolyasiyanı maksimum darəcədə təmin etmək kifayət qədər çətindir. Bu səbəbdən bir çox nisbətən imkanlı paytaxt sakinləri karantin dövrünü respublikanın ayrı-ayrı rayon və kəndlərindəki evlərində keçirirlər. Ancaq təbii ki, […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2020
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930