AZƏRBAYCANIN YENİ BAŞ PROKURORU – Prezident namizəd irəli sürüb

“Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin olunmasına razılıq verilməsi haqqında” məsələ Milli Məclisə daxil olub. “Report”un əldə etdiyi məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin təqdimatına əsasən Baş prokuror vəzifəsinə Baş prokurorun müavini – Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə idarəsinin rəisi Kamran Əliyevin namizədliyi irəli sürülüb. Məsələ yaxın vaxtlarda parlamentin Hüquq siyasəti və dövlət quruculuğu […]

Lənkəran icra hakimiyyətindən açıqlama

Lənkəran Şəhər İcra Hakimiyyəti İcra başçısı və müavini haqqında cümhuriyyət.az olaraq yaydığımız məlumatlara (http://www.cumhuriyyet.net/sonxeber/145399-lənkaranda-basci-muavin-munasibətlərinin-sok-təffərruati-video.html ) aydınlıq gətirib. Həmin mövqeni olduğu kimi diqqətinizə çatdırırıq: Bəzi saytlar tərəfindən sosial şəbəkələrdə Lənkəran ŞİH başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rasilə Arifqızı barədə yayılan faktlarla bağlı bildiririk ki, qeyd olunanlar tamamilə yalan və heç bir əsas olmadan […]

Koronavirus böhranından qazancla çıxan ölkələr də var – SIYAHI

Koronavirusla mübarizədə qalib gələn və iqtisadiyyatları aktivləşən Avstraliya, Yeni Zelandiya və Cənubi Koreyanın valyutalarının dəyərində artım müşahidə edilib. CNBC-nin hesabatına görə, Avstraliya, Yeni Zelandiya və Cənubi Koreyanın COVID-19 pandemiyasına tab gətirməsi onlara iqtisadiyyatlarını bərpa etməyə və bizneslərinə yenidən başlamağa imkan verib. Bunun investorlar üçün daha əlverişli olması pul vahidlərinə təsir edib. Bu üç ölkənin iqtisadiyyatının […]

Ukraynada koronavirusa yoluxanların sayı yenidən artdı

Ukraynada son sutka ərzində daha 456 nəfər koronavirusa yoluxub. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilir ki, onlardan 33-ü uşaq, 133-ü tibb işçisidir. Bununla da Ukraynada koronavirusa tutulanların sayı 9866 nəfərə çatıb. Ölkədə son sutka ərzində 11 nəfər ölüb. Ümumilikdə, koronavirusdan ölənlərin sayı 250 nəfərə çatıb. Koronavirusdan ölənlərin 85 […]

Koronavirusun 10 yarımtipi müəyyən edilib

Hindistan alimləri koronavirusun 10 yarımtipini müəyyən ediblər. Trend-in məlumatına görə, tədqiqat Hindistanın Biotibb Genomika Milli İnstitutunun mütəxəssisləri tərəfindən aparılıb. Tədqiqat nəticəsində dörd ay ərzində O tipi koronavirusdan 10 müxtəlif yarımtip mutasiya edib. Alimlərin fikrincə, O tipi koronavirus ötən ilin sonundan Uhanda yayılmış virus tipidir. 10 yarımtip arasında ən güclüsü A2a tipi koronavirus hesab olunub. Bu […]

Qubada 2 kq-a yaxın narkotik dövriyyədən çıxarıldı

Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan cinayətkar dəstə zərərsizləşdirilib. Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin Quba rayonunda regional qrupundan virtualaz.org-a verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən gecə saatlarında keçirilən tədbirlərlə rayon sakini Ramil Kazımov rayon ərazisində saxlanılıb. Hal şahidlərinin iştirakı ilə üzərinə keçirilən şəxsi baxış […]

Azərbaycanın dövlət sərhədləri daha bir ay bağlı qalacaq

Azərbaycan Respublikasının dövlət sərhədində giriş-çıxışa tətbiq olunan məhdudiyyət 31 may 2020-ci il tarixinədək uzadılır. Bu barədə virtualaz.org-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Bildirilib ki, hazırda dünya dövlətləri tərəfindən yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirləri davam edir. Həyata keçirilən tədbirlər çərçivəsində əksər dövlətlər öz sərhədlərində giriş-çıxışa müvəqqəti olaraq məhdudiyyətin tətbiqi barədə qərar verərək […]

Koronavirusun ağır formasının ən zəruri əlaməti aşkarlandı

Rusiya Səhiyyə Nazirliyinin baş pulmonoloqu Sergey Avdeyev koronavirusun ağır formasının ən vacıb simptomunu açıqlayıb. Həkim qeyd edib ki, COVID-19-un ağır keçməsinin əsas simptomu qızdırma, öskürmə yox, təngnəfəslikdir. “Tənəffüs çatışmazlığı xəstəliyin daha ağır formada keçməsinin əlamətidir”, – o bildirib. Avdeyev belə olan halda həkimlərə müraciət etməyi və xəstəxanaya yerləşdirilməyə hazır olmağı tövsiyə edib. O, xəstələrə fəsadlardan […]

Biləsuvarın icra başçısı və müavinləri saxlanıldı – HƏBS OLUNANLAR BAKIYA GƏTİRİLİR

Dövlət Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlı dəstələri bu dəqiqələrdə Biləsuvar Rayon İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirir. “Qafqazinfo” xəbər verir ki, artıq İcra Hakimiyyətinin binasına giriş bağlanıb. Bildirilir ki, İcra Hakimiyyətinin başçısı Mahir Quliyev  və bir neçə müavini saxlanılıb, onlar Bakıya gətirilir. virtualaz.org qeyd edir ki, Biləsuvarın icra hakimiyyətinin DTX tərəfindən həbs olunan başçısı Mahir Hacı oğlu […]

“Azərkosmos” 24 ölkəyə xidmət ixrac edib

2020-ci ilin yanvar-mart aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 24 ölkəsinə 10,4 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib. Virtualaz.org bildirir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaydığı məlumatda belə deyilir. Bildirilir ki, “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 88 faizini təşkil edib. “Azərkosmos” ASC-nin […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2020
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930