Ötən il 75 milyon manat səmərəsiz xərc aşkar edilib – RƏSMİ

2019-cu ildə Azərbaycanda büdcə xərclərinin bir hissəsi qanunauyğun şəkildə icra edilsə də, onlar müəyyən meyarlar üzrə səmərəsiz xərclər hesab olunur. Həmin xərclər 75 milyon manat məbləğində qiymətləndirilib. “Report” xəbər verir ki, bunu qurumun sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclasında bildirib. “Səmərəsiz xərclər il ərzində ayrılan vəsaitin vaxtında istifadə […]

Misirdə fövqəladə vəziyyətin müddəti uzadıldı

Misir Prezidenti Əbdülfəttah əs-Sisi ölkədə fövqəladə vəziyyət rejimini üç ay uzadıb. Virtualaz.org xəbər verir ki, bu haqda məlumat dövlətin rəsmi qəzetində dərc olunub. Qərara əsasən, silahlı qüvvələr və polis terrorizmin və onun maliyyələşməsinin qarşısını almalı, ictimai və şəxsi mülkiyyətin təhlükəsizliyini mühafizə etməli, vətəndaşların həyatını qorumalıdır. Qeyd edək ki, Misirdə fövqəladə vəziyyət 9 aprel 2017-ci ildə Tanta […]

Bakıda dəhşət: Küçədən iki günlük körpə tapıldı

Bakıda küçədən iki günlük qız uşağı tapılıb. Hadisə ötən gün paytaxtın Yasamal rayonunda qeydə alınıb. Rayonun İkinci Alatava küçəsində yerləşən evlərdən birinin qarşısında iki günlük qız uşağı tapılıb. Körpə hüquq-mühafizə orqanları tərəfindən uşaq evinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır. (oxu.az)

BMT: Dünya pandemiyadan sonra əvvəlki həyatı gözləməsin

Ölkələr koronavirus pandemiyasından sonra yeni bir iqtisadiyyat yaratmaq və iş yerlərini artırmaq üçün addım atmalıdırlar. Bu barədə BMT-nin hesabatında deyilir. Hesabatda bildirilir ki, dünyada əvvəlki normal həyat olmayacaq. Mütəxəssislər hesab edirlər ki, bu dönəmdə hökumətlər tərəfindən həyata keçirilən maliyyə tədbirləri gələcəyə öz təsirini göstərəcək. BMT-nin proqnozuna görə, 2020-ci ilin ikinci rübündə 195 milyon insan koronavirus […]

Koronavirusun ardınca quraqlıq, aclıq, fırtına, çəyirtkə hücumu da gözlənilir – 2020-ci ilin fəlakətlər seriyası

Belə görünür ki, koronavirus pandemiyası 2020-ci ildə dünyanın üzləşdiyi yeganə fəlakət olmayacaq. Və COVİD-19 virusu arxasınca planetə daşqınlar, fırtınalar, qıtlıq, çəyirtkə basqını gətirəcəyinə də “söz verib”. BBC-nin araşdırmasında deyilir ki, artıq təbii kataklizmlər kasıb ölkələri aclıqla hədələməkdədir. Həmçinin, Avropada və Amerikada da ciddi problemlərin yaşanacağı istisna edilmir. Dünya okeanı heç vaxt olmadığı kimi istiləşir. Avropada […]

Kim Çeni əvəzləyəcək “Dəmir ledi” haqqında ŞOK FAKTLAR – FOTO

Dünya mediası Kim Çen İnin ciddi xəstə olduğunu, “Nyu York Post” isə artıq dünyasını dəyişdiyini yazır. Əgər bu iddialar doğrudursa, onun yerini kifayət qədər nüfuza malik kiçik bacısının tutacağı ehtimal olunur. Axar.az xəbər verir ki, Şimali Koreyanın lideri Kim Çen İn 10 gündən çoxdur ictimaiyyət qarşısında görünmür. ABŞ kəşfiyyatının məlumatına görə, ürək əməliyyatından sonra o, hazırda […]

Hindli aktyordan inanılmaz yardım: Unun içində…

Məşhur hindli aktyor Amir Xanın yoxsul ailələrə qeyri-adi üsulda etdiyi yardım dünya mediasının gündəminə çevrilib. Kult.az xəbər verir ki, aktyor ehtiyacı olan şəxslərə 1 kq un paylayacağını bəyan edib. Lakin yardımı az görən əksər insanlar bununla maraqlanmayıb. Yalnız çox ehtiyacı olan yoxsullar təyin olunan məntəqəyə gələrək 1 kq miqdarında unu götürüblər. Maraqlısı da elə bundan sonra […]

Kim Çen Inın inanılmaz qida rasionu… – Keçmiş şef-aşpaz sirləri açdı/Video

Şimali Koreya lideri Kim Çen Inın keçmiş baş aşpazı Kendzi Fudzimoto siyasətçinin qidalanmada nəyə üstünlük verdiyini açıqlayıb. Teleqraf.com xəbər verir ki, bu barədə Britaniyanın “Daily Mirror” qəzeti məlumat yayıb. Aşpazın sözlərinə görə, 2015-ci ildə Kim Çen In hər axşam biri 175 funt sterlinq dəyərində iki şüşə “Cristal” şampanı içir və “Emmental” pendiri ilə bahalı Kobe steykini […]

Koronavirusun maşın bazarına təsiri… – Açıqlama

Koronavirus pandemiyası Azərbaycanda həm ənənəvi avtomobil bazarında, həm də onlayn avtomobil satışlarında aktivliyi demək olar ki, sıfıra salıb. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında əmlak məsələləri üzrə ekspert Vaqif Hüseynov deyib. V.Hüseynov bildirib ki, koronavirus iqtisadiyyatın bütün sahələrinə təsir göstərib: “İqtisadiyyatın elə sektorları var ki, onlayn satış vasitəsilə ayaqda qalmaq imkanı var. Məsələn, […]

Mülki Aviasiya Agentliyinin tədbirlərini aqronom keçirir (ARAŞDIRMA)

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 dekabr tarixli 512 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası yaradılıb. “Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər” haqqında Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2018-ci il tarixli Fərmanı ilə Administrasiya Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Azərbaycan […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2020
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930