Türkiyənin Azərbaycana dəstəyi Ermənistanı təşvişə saldı – Təcili məktub

Ermənistan parlamentinin sədri Ararat Mirzoyan Azərbaycanla sərhəddə yaşanan gərginlikdə Türkiyənin Azərbaycan ordusuna verdiyi dəstəkdən narazılığını ifadə edib. Sfera.az  teleqraf.com-a istinadən xəbər verir ki, Ararat Mirzoyan Avropa Parlamentinin sədri David Sassoli, Belçikanın AŞPA-da nümayəndə heyətinin rəhbəri Hendric Dama və ATƏT-in Parlament Assambleyasının prezidenti George Tsereteliyə məktub yazıb. O, Türkiyənin Azərbaycan ordusuna verdiyi dəstəyin regional təhlükəsizliyə təhdid […]

Generalımız hansı şəraitdə şəhid olub? – Təfərrüatlar

“Təəssüflər olsun ki, bizim general rütbəli şəhidimiz var. General Polad Həşimov Aprel döyüşlərində də ön cəbhədə əsgərlərlə bir səngərdə idi. Bu onu göstərir ki, Azərbaycan ordusunun generalları qaynar ocaqlarda və səngərlərdə olmaqdan çəkinmirlər. Azərbaycan generalları kabinet generalları deyil. Onlar zabit vaxtlarından səngərlərdə xidmət edərək, düşmənlə üzbəüz tapşırıqları yerinə yetirməklə yüksəliblər”. Sfera.az  xəbər verir ki, bunu Teleqraf.com-a […]

“Allahu əkbər” deyib parlamentin binasına soxulanlar cəzalandırılmalıdır”

“Düşünürəm ki, o polis maşınını çevirib təpikləyənlər, “allahu əkbər” deyə MM-ə soxulanlar hamısı tutulub cəzalandırılmalıdır, həm də ən sərt şəkildə – birmənalı!” Hit.Az xəbər verir ki, bu sözləri tanınmış jurnalist Əzizə İsmayılova deyib. Onun sözlərinə görə, onların heç birinin niyyəti əsgərə və orduya dəstək deyildi. Əksinə bu niyyətdən maksimum yararlanmaq idi: “Videolara baxıram, cavan-cavan uşaqlardır, […]

Ermənistan nə qədər itki verib? – Düşmən etiraf edir

Ermənistan Tovuz istiqamətində Azərbaycan Silahlı Qüvvələri ilə döyüşlərdə yaralanan hərbçilərinin sayını açıqlayıb. Sfera.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan bildirib ki, döyüşlərdə 10 hərbçi yaralanıb. Onlardan birinin vəziyyəti çox ağır, 5 nəfərin vəziyyəti orta-ağır, digərlərinin vəziyyəti isə yüngüldür.

ORDUYA DƏSTƏK AKSİYASI TƏXRİBATLA BİTDİ – Bir qrup insan parlamentin binasına daxil olub (Video+Fotolar)

Bakıda dünən axşam saatlarından Azərbaycan Ordusuna dəstək məqsədilə başlayan yürüşlər Şəhidlər Xiyabanının qarşısında mitinqlə davam edib. Aksiyada, əsasən gənclərdən ibarət minlərlə vətəndaş iştirak edib, onlar “Qarabağ”, “Şəhidlər ölməz, vətən bölünməz”, “Ali Baş Komandan, silah ver bizə” şüarlarını səsləndiriblər. Polis aksiyaya son anlara qədər təmkinli münasibət göstərib. Lakin səhərə yaxın aksiyaya müəyyən təxribat elementləri qatılıb. Belə ki, bir […]

ŞƏHİD GENERAL VƏ POLKOVNİKİMİZ DƏFN OLUNUB – VİDEO, FOTO

Azərbaycan Ordusunun şəhid olan general-mayoru Polad Həşimov və polkovnik İlqar Mirzəyev İkinci Fəxri xiyabanda dəfn olunub. “Report” xəbər verir ki, insan izdihamı müşahidə edilən dəfn mərasimində hərbi orkestrin iştirakı ilə dövlət himni səsləndirilib və havaya yaylım atəşi açılıb. Qeyd edək ki, general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev dünən səhər saatlarında Tovuz rayonu istiqamətində döyüş […]

Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır – MN

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində gərginliyi artırmaq məqsədilə iriçaplı pulemyotlardan, snayper tüfənglərindən, 82 millimetrlik minaatanlardan və digər artilleriya qurğularından da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 91 dəfə pozub. Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, Ermənistan Respublikası Çəmbərək rayonunun Cil kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə […]

Gürcüstanda Azərbaycan vətəndaşında COVID-19 aşkarlanıb

Gürcüstanın Qardabani rayonunun Qaçiani kəndinin 65 yaşlı sakini koronavirusa yoluxub. “Report”un yerli bürosu xəbər verir ki, Azərbaycan vətəndaşı olan qadın ötən gün yüksək hərarətlə Rustavi şəhərindəki tibbi mərkəzə müraciət edib. Həmin şəxsin COVID-19-la bağlı testi pozitiv nəticələnib. O artıq Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasına çatdırılıb.

“İranda COVID-19-un ikinci dalğası başlayıb” – Ruhani

“İran koronavirusun ikinci dalğasından da keçəcək”. “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu sözləri İran Prezidenti Həsən Ruhani bu gün hökumətin iclasında çıxış edərkən deyib. Onun sözlərinə görə, birinci dalğa əsasən ölkənin şimal və mərkəzi hissəsinə təsir göstərib, mayın ortalarında başlayan ikinci dalğa isə ölkənin cənub bölgələrinə daha çox ziyan vurur. İranda koronavirusa ilk yoluxma […]

“Heç kim, heç yeri tərk etməyib” – Tovuzdakı deputat

“Heç kimsə kəndləri tərk etməyib”. Bunu hazırda Tovuzda olan Millət vəkili Qənirə Paşayeva jurnalistlərə açıqlamasında deyib. Deputat insanarı dezinformasiyalara inanmamağa və onlarla mübarizəyə çağırıb. ”Dezinformasiyalara qarşı mübarizə aparmalıyıq. Tovuzda heç kim, heç yeri tərk etməyib. Heç kim öz evindən bir addım kənara gedəsi də deyil. Xalqımız ordumuza, dövlətimizə, Silahlı Qüvvələrimizə inanır, onların yanındadırlar. Hamı başa […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2020
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031