Ötən gün cəmi 23 nəfər peyvənd olunub

Azərbaycanda son sutkada 23 nəfər vaksinasiya olunub. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan Cumhuriyyet.az-a verilən məlumatda bildirilib. Gün ərzində birinci doza vaksinlərin sayı 4, ikinci doza vaksinləri vurulmayıb. Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 18-dir. Pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı 1 olub. Azərbaycanda bu günə qədər vurulan […]

COVID-ə yoluxmanın bu günkü SAYI

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 6 yeni yoluxma faktı qeydə alınıb, 15 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Cumhuriyyet.az-averilən məlumata görə, analiz nümunələri müsbət çıxanlar arssında vəfat edən olmayıb. Azərbaycanda indiyədək ümumilikdə 792 925 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 783 130 nəfər müalicə olunaraq sağalıb, 9 715 nəfər vəfat edib, aktiv xəstə sayı […]

İlham Əliyev Gürcüstan prezidenti ilə görüşdü – YENİLƏNİB

İyunun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstan Prezidenti xanım Salome Zurabişvili ilə görüşüb. Cumhuriyyet.az xəbər verir ki, görüşdə Prezident Salome Zurabişvili IX Qlobal Bakı Forumunun uğurla keçirilməsi münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb. Söhbət zamanı regional əməkdaşlıq və ikitərəfli gündəlikdə duran məsələlər barədə fikir mübadiləsi aparılıb. Həmçinin nəqliyyat, enerji məsələlərinə toxunulub, tranzit sahəsində yeni […]

Tərəvəzlərdə bahalaşma 80 faizi ötdü

Bu il ərzaq mallarının qiymətinin 21 faiz bahalaşmasının əsas “günahkar”ı məlum olub. Cumhuriyyet.az rəsmi məlumatlara istinadən xəbər verir ki, il ərzində tərəvəz məhsullarının 80,3 faiz bahalaşması qida məhsullarının qiymət indeksinə güclü təsir edib. Digər ərzaq mallarından heç birində qiymət artımı 20 faiz həddinə çatmayıb. Nisbətən yüksək bahalaşma çörəkdə (18,7 faiz), meyvələrdə (17,5 faiz), balıq və […]

Azərbaycan və Albaniya prezidentləri görüşdülər – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da Albaniya Respublikasının Prezidenti İlir Meta ilə görüşüb. Cumhuriyyet.az xəbər verir ki, görüşdə Albaniya Prezidenti Bakı şəhərində inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını bildirib və son səfərindən keçən dövrdə Azərbaycan paytaxtının daha da gözəlləşdiyinin şahidi olduqlarını deyib. Prezident İlham Əliyevə və Azərbaycan xalqına yeni uğurlar arzulayan Albaniya dövlətinin başçısı […]

Baş həkim İSTEFA VERDİ

Respublika Neyrocərahiyyə Xəstəxanasının baş həkimi Fərid Təqdirov işdən çıxıb. Cumhuriyyet.az xəbər verir ki, o, bu barədə feysbuk səhifəsində paylaşım edib. “İki ilə yaxın Respublika Neyrocərahiyyə Xəstəxanasının baş həkimi vəzifəsində çalışdım. Bu şans və etimad üçün bütün TƏBİB və İTSDA rəhbərliyinə təşəkkürümü bildirirəm. Daha çox praktik cərrahiyyə ilə məşğul olmaq üçün istefa verdim. Bütün xəstəxananın kollektivinə […]

Conson İlham Əliyevə məktubunda nə YAZDI…

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Boris Conson iyunun 16-da “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən IX Qlobal Bakı Forumu ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb. Cumhuriyyet.az xəbər verir ki, məktubda deyilir: “IX Qlobal Bakı Forumunun açılışı münasibətilə Sizi təbrik edirəm. Sabiq, indiki və gələcək liderlərə günün ən aktual […]

İtaliya Prezidenti Bakıya gələ bilmədi: “Təəssüf…”

İtaliya Respublikasının Prezidenti Sercio Mattarella iyunun 16-da “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən IX Qlobal Bakı Forumu ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb. Cumhuriyyet.az məktubu təqdim edir: “IX Qlobal Bakı Forumunda iştirak etməyim barədə Sizin dəvət məktubunuzu aldım. Təəssüf hissi ilə Sizə bildirməliyəm ki, qrafikimdə olan institusional öhdəliklər səbəbindən bu tədbirdə iştirak […]

ÜST rəhbəri İlham Əliyevin qəbulunda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusu qəbul edib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Xəbər yenilənəcək…

Şuşada ilk beynəlxalq turnir keçiriləcək

“Böyük qürurla tarixi Şuşada şahmat turnirinin keçiriləcəyini söyləyirəm”. Cumhuriyyet.az-ın xəbərinə görə, bunu Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov deyib. Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə Şuşada şahmat üzrə beynəlxalq turnir keçiriləcək. Bu barədə Mahir Məmmədovu dinləyək: “Qarabağ xanlığının sonuncu varisi, görkəmli şairə və xeyriyyəçi Xurşidbanu Natəvanın 190 […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2022
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930