“Azərbaycan bölgədə davamlı sülhün, sabitliyin yaranmasında maraqlıdır”

“Azərbaycan  barış və savaş siyasətini ən yüksək səviyyədə dünyaya nümayiş etdirən ikinci dövlətdir. Yüz il öncə  dünya güclərindən ölkəsinin ərazi bütövlüyünə hörmət etməyi istəyən Mustafa Kamal Atatürk sayğısız imperializm siyasətinə qarşı türk xalqının milli iradəsini ortaya qoydu və Zəfər qazandı. “Yurdda sülh, cahanda sülh” şüarını bəyan edən Atatürk barışı qorxu altlnda deyil,  özünün və ölkəsinin […]

Xankəndi erməniləri Paşinyanın istefasını tələb edir

Azərbaycanın Xankəndi şəhərində yaşayan ermənilər etiraz aksiyası keçirib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Etirazçıları separatçı rejimin rəhbərindən qondarma “maliyyə”, “təhlükəsizlik şurası” və “nazirlər kabineti” rəhbərlərinin istefaya göndərilməsini tələb ediblər. Bundan əlavə, aksiya iştirakçıları Ermənistanın baş naziri Nikol Paşinyanı istefaya çağırıblar.

Laçın dəhlizinə alternativ yol açıldı – VİDEO

Laçın dəhlizinə alternativ yol avqustun 30-u axşam saat 22:00-dan nəqliyyatın hərəkətinə açılıb. Cumhuriyyet.az xəbər verir ki, artıq ötən gündən etibarən Qarabağda yaşayan ermənilər Laçın dəhlizinə alternativ yoldan istifadə etməyə başlayıblar. Sosial şəbəkələrdə yayılan görüntülərdə erməni sürücülərin Rusiya sülhməramlılarının müşayiəti ilə yoldan istifadə etdiyi görünür. Xatırladaq ki, Qarabağdakı ermənilər indiyə kimi Ermənistanla Laçın şəhərindən keçən dəhliz […]

ABŞ Brüssel görüşünə münasibət bildirdi

ABŞ Azərbaycanla Ermənistanı diplomatik əlaqələri aktivləşdirməyə çağırır. Cumhuriyyet.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel deyib. ABŞ rəsmisi bu gün Azərbaycan və Ermənistan liderləri arasında Brüsseldə keçiriləcək görüşə də münasibət bildirib: “Birləşmiş Ştatlar bu məsələdə irəliləyişə nail olmağa sadiqdir. Cənubi Qafqaz regionu üçün təhlükəsiz, sabit, demokratik, firavan və dinc gələcək […]

“Paşinyan sabah yeni ərazilər verəcək” – İrəvanda etiraz

İrəvanda 44 günlük ikinci Qarabağ müharibəsində həlak olan erməni hərbçilərin yaxınları yenidən etiraz aksiyası keçirib. Onlar Baş Prokurorluqdan baş nazir Nikol Paşinyanın dərhal həbs olunması tələb ediblər. Cumhuriyyet.az xəbər verir ki, erməni valideynlər övladlarının ölümündə şəxsən Baş naziri günahkar hesab edirlər. “Paşinyan sabah görüş üçün Brüsselə gedəcək. Amma o, erməni xalqını təmsil etməməlidir, buna haqqı […]

Mişel İlham Əliyevdən sonra Paşinyanla DANIŞDI

Ermənistanın Baş naziri Nikol Paşinyan ilə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında telefon danışığı olub. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, telefon danışığında Azərbaycan və Ermənistan liderlərinin avqustun 31-də Brüsseldə keçiriləcək görüşü müzakirə olunub. Bundan əlavə, tərəflər dialoqun davam etdirilməsinin vacibliyini qeyd edib və danışıqların səmərəli […]

Qazax Müəlimlər Seminariyasının tarixi binası əsaslı şəkildə yenidən qurulur

ADA Universitetinin “Bir müəllimin manifesti” layihəsi çərçivəsində Qazax Müəllimlər Seminariyasının tarixi binası əsaslı şəkildə yenidən qurulur. Ötən il oktyabrın 1-də ADA Universitetinin milli təhsil sistemimizin başlanğıc nöqtəsi hesab edilən Seminariyanın qarşısında keçirilən tədbirdə ADA Universitetinin Fondu və tərəfdaşları arasında Qazax Müəllimlər Seminariyasının bərpa və yenidənqurma işlərini birgə həyata keçirmək məqsədilə imzalanmış Niyyət sazişinə əsasən tarixi […]

Çin Putinin xahişini yerə salmadı – “Vostok-2022” təliminə qatılacaqlar

Çindən Rusiya lideri Putinə gözlədiyi dəstək gəlib. Cumhuriyyet.az bildirir ki, Rusiya ordusunun ev sahibliyi edəcəyi “Vostok-2022” təlimi üçün Moskvanın müttəfiqlərinə məxsus hərbi birləşmələr Rusiyaya gəlməyə başlayıb. “Agence France-Presse” (AFP) xəbər agentliyinin məlumatına görə, sentyabrın 1-dən etibarən yeddi fərqli bölgədə keçiriləcək döyüş təlimlərində Belarus, Monqolustan, Suriya, Nikaraqua, Laos və Hindistan ilə yanaşı, Çindən olan əsgərlər də […]

İlham Əliyev Sadır Japarova məktub göndərdi

Prezident İlham Əliyev Qırğız Respublikasının Prezidenti Sadır Japarova təbrik məktubu ünvanlayıb. Cumhuriyyet.az xəbər verir ki, təbrik məktubunda deyilir: “Qırğız Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. Gələn il biz ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd edəcəyik. Ortaq tarixə, qardaşlığa […]

Bakıda sürətli marşrutlar açılacaq

Müntəzəm sərnişin daşımalarında əhalinin tələbatının ödənilməsi, sərnişinlərə keyfiyyətli xidmət göstərilməsinin təmin edilməsi məqsədilə 5-i mövcud, ikisi isə yeni təşkil olunmaqla, ümumilikdə 7 müntəzəm marşrut xətti ilə bağlı müsabiqə elan olunur. Bakı Nəqliyyat Agentliyindən (BNA) Cumhuriyyet.az-a verilən xəbərə görə, daxil olan vətəndaş müraciətləri əsasında 104, 161, 163, 166, 189 nömrəli müntəzəm marşrut xətləri üzrə təhlillər aparılıb. […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Avqust 2022
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031