İrəvan müharibəyə hazırlaşır – Erməni general: “Əmr almışıq!”

“Ermənistanın suveren sərhədlərinin bərpası ilə bağlı aydın və konkret əmr var”. Cumhuriyyet.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bunu sentyabrın 29-da Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini, general-mayor Arakel Martikyan Qeqarkunik vilayətinin Kut kəndində Ermənistanda akkreditə olunmuş səfirlərlə görüşündə bildirib. Onun sözlərinə görə, Silahlı Qüvvələrin vəzifəsi Ali Baş Komandanın əmrini yerinə yetirməkdir. Arakel Martikyanın açıqlamasından […]

“Brent”in qiyməti AŞAĞI DÜŞDÜ

“Brent” markalı neftin qiyməti 89 dollardan aşağı düşüb. Cumhuriyyet.az xəbər verir ki, “Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti Londonun “ICE” birjasında saat 19:25 üçun (Bakı vaxtı) 0,39 faiz ucuzlaşaraq 88,93 dollar/barel təşkil edib. Noyabr fyuçerslərinin satışı bu gün başa çatacaq. Dekabr fyuçerslərinin qiyməti isə 0,25 faiz ucuzlaşaraq 87,8 dollar/barel təşkil edib.

Rəşad Məcid o biri vəzifələrində də qalmaq istəyir

Qurultay qərar versə, Azərbaycan Yazıçılar Birliyində də qalmaq fikrim var. “525-ci qəzet”i isə müavinlərim çıxarırlar. Cumhuriyyet.az xəbər verir ki, bunu Report-a açıqlamasında Mətbuat Şurasının yeni sədri Rəşad Məcid deyib. Azərbaycan Yazıçılar Birliyi (AYB) sədrinin müavini vəzifəsində qalıb-qalmayacağına aydınlıq gətirən Şura sədri bildirib ki, bu məsələ yazıçıların qurultayının səlahiyyətinə daxildir. R.Məcid qeyd edib ki, yaxın vaxtlarda […]

Rusiya XİN: ABŞ Ukraynadakı münaqişənin tərəfinə çevrilib

ABŞ reallıqdan qopduğunu nümayiş etdirib və Ukraynadakı münaqişənin tərəfinə çevrilib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. “Vaşinqton faktiki olaraq münaqişənin tərəfinə çevrilərək reallıqla nə qədər əlaqəni itirdiyini bir daha nümayiş etdirdi. Bunun başqa bir sübutu bu yaxınlarda ABŞ Konqresində Kiyev rejiminə 12 milyard dollara yaxın yeni […]

Tarixi abidələrə müdaxilə edənlərə xəbərdarlıq edildi

Bakı şəhərində yerləşən tarixi abidələrə edilən qanunsuz müdaxilələr, təmir-bərpa işlərinin aparılması ilə əlaqədar yol verilmiş qanunsuz halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması məqsədi ilə keçirilən monitorinqlər nəticəsində 26 protokol yazılıb, xeyli sayda obyekt sahibinə xəbərdarlıq edilib.   Bu barədə Cumhuriyyet.az-a Mədəniyyət Nazirliyi yanında Mədəni İrisin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib.   […]

İran ayətullahının qızlarının açıq-saçıq görüntüləri – Foto

Vaşinqtondakı İslam Araşdırmaları Mərkəzinin iranlı rəhbəri Ayətullah Əhməd İrvaninin qızlarının həyat tərzi və açıq-saçıq görüntüləri yayılıb. Cumhuriyyet.az xəbər verir ki, sözügedən görüntülər “Rich Kids of Tehran” Tvitter səhifəsində və sosial şəbəkələrin İran seqmentində “İslami” həyat tərzi başlığı ilə paylaşılıb. Fotoları təqdim edirik:

Quterreş: “Ukrayna ərazilərinin Rusiyaya birləşdirilməsi qanunsuzdur”

Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin Rusiyaya birləşdirilməsi qanunsuzdur və heç bir hüquqi qüvvəyə malik deyil. Cumhuriyyet.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antoniu Quterreş jurnalistlərə bildirib. O, vurğulayıb ki, “referendum”lar xalqın iradəsinin həqiqi ifadəsi sayıla bilməz, çünki onlar Ukraynanın qanunvericilik çərçivəsindən kənarda və Rusiyanın nəzarəti altında olan ərazidə keçirilib. […]

Məşhur bloger Hüseyn Həsənov Rusiyadan qaçdı

Rusiya prezidenti Vladimir Putinin səfərbərliklə bağlı verdiyi sərəncamdan sonra minlərlə vətəndaş müxtəlif yollarla ölkəni tərk etməyə başlayıb. Ukraynada döyüşməkdən imtina edənlər əsasən qonşu ölkələrə qaçırlar. Cumhuriyyet.az xəbər verir ki, Rusiya Telegram kanallarının məlumatına görə, məşhur azərbaycanlı bloger Hüseyn Həsənov da səfərbərlikdən yayınmaq üçün Rusiyanı tərk edib. Onun hara getdiyi məlum deyil.

Xarici tələbələrin Rusiyanı tərk etmələri ilə bağlı xəbərə rəsmi REAKSİYA

Rusiya Federasiyası Daxili İşlər Nazirliyi ölkə ərazisində qalan və təhsil alan əcnəbi tələbələrin oktyabrın 12-dən sonra oranı tərk etməli olması barədə məlumatın doğru olmadığını açıqlayıb. Rusiya universitetlərində təhsil alan tələbələrin ölkəni tərk etmələrinin tələb olunacağı faktı bəzi “Telegram” kanalları və bölgələrdəki KİV tərəfindən açıqlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidməti bu məlumatı təkzib edib. Bundan əvvəl […]

Hulusi Akar ukraynalı nazirlə danışıqlar apardı

Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov arasında telefon danışığı baş tutub.   Cumhuriyyet.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.   Telefon danışığı zamanı Ukrayna limanlarından taxıl daşınması ilə bağlı fikir mübadiləsi aparılıb.   Hulusi Akar İstanbuldakı Birgə Koordinasiya Mərkəzində əməkdaşlıq və koordinasiya çərçivəsində aparılan […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930