Rusiyada LGBT təbliğatı qadağası rəsmiləşdirilir

Rusiyada gələn həftə LGBT təbliğatını qadağan edən qanun layihəsi Dövlət Dumasına təqdim oluna və birinci oxunuşda qəbul edilə bilər. Cumhuriyyet.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə parlamentin spikeri Vyaçeslav Volodin bazar ertəsi dinləmələr zamanı elan edib. Onun sözlərinə görə, qanun layihəsi vətəndaşların hüquqlarını məhdudlaşdırmaq deyil, müdafiə etmək məqsədi daşıyır. “Biz özümüzü dünyada getdikcə daha […]

NATO Kiyevi dron əleyhinə sistemlərlə təmin edəcək

NATO yaxın günlərdə Kiyevi pilotsuz uçuş aparatları (PUA) ilə təmin edəcək. Cumhuriyyet.az xarici mətbuata istinadən bildirir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Berlin Xarici Siyasət Forumunda çıxışı zamanı bildirib. Stoltenberq Kiyevi vəd edilmiş hava hücumundan müdafiə sistemləri ilə təmin etməkdən əlavə, həm də bu tip texnikanın təchizatını artırmaq lazım olduğunu bildirib. Xatırladaq ki, […]

Estoniya Parlamenti Rusiyanı terrorçu rejim elan etdi: “Putin rejimi sülh üçün ən böyük təhlükəyə çevrilib”

Estoniya parlamenti Rusiyanı terrorçu rejim elan edib. Bu barədə ölkə parlamentinin saytında dərc olunmuş bəyanatda bildirilib. Qeyd olunub ki, bu gün Riyqikoqu – Estoniya Parlamenti lehinə 88 səs olmaqla Ukrayna ərazisinin ilhaqını pisləyən və Rusiya rejimini terrorçu elan edən bəyanat qəbul edib. Ölkə parlamenti əmin edib ki, Estoniya təcavüz və saxta referendumların keçirilməsi nəticəsində Ukraynanın […]

Gürcüstan Aİ-yə daxil olmaq üçün tələbləri yerinə yetirməyə başladı

Gürcüstan yeni konstitusiya dəyişikliklərini qəbul etməklə Avropa İttifaqına (Aİ) namizəd olmaq tələblərini yerinə yetirməyə başlayıb. Parlament ölkənin əsas qanununa Avropa Komissiyasının təqdim etdiyi qaydalara uyğun olaraq baş prokurorun seçilməsini nəzərdə tutan düzəlişləri qəbul edib. Qanunverici orqan 150 deputatın beşdə üçü ilə baş prokurorun altı il müddətinə təyin olunmasını dəstəkləyib. Deputatlar növbəti iki dəfə prokuroru seçə […]

Ermənistan müharibəyə hazırlaşır? – AÇIQLAMA+VİDEO

Ermənistan Azərbaycan Ordusunun mövqelərinə doğru və delimitasiya olunmamış sərhəd zonasına ağır artilleriya qurğuları yığmağa başlayıb. Görünür, Fransa və İran tərəfindən heç bir əsası olmayan absurd bəyanatlar Ermənistandakı revanşist qüvvələri yenidən cəsarətləndirib və nəticə etibarilə onlar hazırkı fəaliyyətləri ilə bölgədə mövcud olan atəşkəs rejimini aktiv əməliyyatlar fazasına keçirmək xülyasına düşüblər. Siyasi ekspert Məhəmməd Əsədullazadə məsələ ilə […]

Ukrayna İranla diplomatik əlaqələri kəsə bilər

Ukrayna parlamentinin üzvü Aleksey Qonçarenko Ali Radaya İranla diplomatik münasibətlərin kəsilməsinə dair qətnamə layihəsi təqdim edib. Cumhuriyyet.az xəbər verir ki, ukraynalı deputatlar İranın terrorizmin sponsoru kimi tanınmasına da səs verəcəklər. Qonçarenko Radanı BMT, Avropa Parlamenti, AŞPA, NATO və digər beynəlxalq təşkilatlara, o cümlədən üçüncü ölkələrin hökumətlərinə İranı terrorizmin sponsoru kimi tanımaq çağırışı ilə müraciət etməyə […]

Vətəndaşlara bank adından pul təklif edilir – XƏBƏRDARLIQ

Elektron Təhlükəsizlik Xidməti vətəndaşları “Kapital Bank” ASC adından göndərilən fişinq mesajları barədə xəbərdar etdi. Cumhuriyyet.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, son günlər “Kapital Bank”ın adından veb-səhifə yaradılaraq vətəndaşlara fişinq mesajları göndərilir və pul vəsaiti təklif olunur. “Onlardan vəd olunan məbləği əldə etmək üçün təqdim olunan saxta veb-səhifəyə bank və digər fərdi məlumatlarını daxil […]

Azərbaycan və Moldova arasında əməkdaşlıq sənədi imzalanıb – Fotolar

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Moldovanın əmək və sosial müdafiə naziri Marçel Spatarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub. Cumhuriyyet.az-ın xəbərinə görə, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan və Moldova arasında əlaqələrin daim inkişaf etməkdə olduğunu, ötən dövrdə müxtəlif sahələr üzrə imzalanan 63 əməkdaşlıq sənədinin əlaqələrin genişlənməsinə […]

TƏCİLİ! İş və istirahət günlərinin yerləri dəyişdirildi

Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib. Cumhuriyyet.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2022-ci il 7 noyabr iş günü ilə 5 noyabr istirahət gününün yerləri dəyişdirilib.

Şarl Mişel: “Aİ sammitinin əsas mövzusu enerji böhranı olacaq”

“Avropa İttifaqının (Aİ) dövlət və hökumət başçılarının oktyabrın 20-21-də Brüsseldə keçiriləcək sammitinin əsas mövzusu enerji böhranı olacaq”. Cumhuriyyet.az TASS-a istinadən xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ittifaqa üzv olan ölkələrin liderlərinə ünvanladığı məktubda bildirib. “Gündəliyimizin mərkəzində enerji böhranı dayanır. Bununla bağlı təcili tədbirlər görməliyik. Xüsusilə, üç fəaliyyət istiqamətini mütləq şəkildə gücləndirməliyik: […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2022
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31