Rusiya Təhlükəsizlik Şurasının katibi İrana səfər edib

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev İrana səfər edib. Cumhuriyyet.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, səfər İran İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının katibi, kontr-admiral Əli Şəmxaninin rəsmi dəvəti ilə baş tutub. Patruşevin iranlı həmkarı ilə görüşdən əlavə digər yüksək səviyyəli rəsmilərlə də görüşü gözlənilir. İkitərəfli münasibətlər, beynəlxalq arenada əməkdaşlığın inkişafı və genişləndirilməsi məsələləri […]

Şevçenko Azərbaycan xalqını təbrik ETDİ

Tanınmış rusiyalı jurnalist və ictimai xadim Maksim Şevçenko Azərbaycan xalqını Zəfər günü münasibətilə təbrik edib. Cumhuriyyet.az xəbər verir ki, təbrikdə deyilir: “Bütün azərbaycanlıları Vətənin yad işğaldan azad edilməsi və ədalətin bərqərar olması bayramı münasibətilə təbrik edirəm. Mən səmimi şəkildə bütün Qafqaz xalqlarına müharibələr və etnik münaqişələr əvəzinə sülh və qarşılıqlı əməkdaşlıq arzulayıram. İnanıram ki, Azərbaycan […]

Daha bir erməni Rusiyada vətən xaini çıxdı

Moskvanın Lefortovo məhkəməsi Rusiya vətəndaşı olan erməni əsilli Q.K.Verdiyanı “vətənə xəyanət” maddəsi ilə həbs edib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb. Bildirilib ki, onun haqqında həbs qətimkan tədbiri 7 noyabrda seçilib. Onun Rusiyaya necə xəyanət etməsinin detalları açıqlanmayıb.

Prezident Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 9 Noyabr Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib. Cumhuriyyet.az xəbər verir ki, dövlət başçısı üçrəngli Dövlət bayrağımızın görüntüsünü əks etdirən fotonu tviter səhifəsində paylaşıb.

Çavuşoğlu Qazaxıstan və Özbəkistana səfər edəcək

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Qazaxıstan və Özbəkistana səfər edəcək Cumhuriyyet.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. O, 9-11 noyabr tarixlərində Səmərqənddə keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) zirvə toplantısında Rəcəb Tayyib Ərdoğanı müşayiət edəcək və TDT xarici işlər nazirləri Şurasının iclasında iştirak edəcək. Nazir Türkiyə Fəxri Baş Konsulluğunu açmaq […]

Türkiyə Rusiya ilə ANLAŞDI: “Proses daha da sürətlənib”

Türkiyə və Rusiya milli valyutalarda, o cümlədən enerji sahəsində qarşılıqlı hesablaşmalarda konsensus əldə ediblər. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz məlumat verib. “Rusiya ilə ticarətimiz bir çox istiqamətlərdə davam edir. Enerji, şübhəsiz ki, ən böyük xərclərdən biridir, lakin bu, turizm və qidaya da aiddir. Təxminən 5-6 ildir […]

Dənizkənarı Milli Parkda Zəfər Günü ilə bağlı bayram konserti başlayıb – CANLI

Bakı şəhərində Dənizkənarı Milli Parkda Zəfər Günü münasibətilə bayram konserti keçirilir. Cumhuriyyet.az xəbər verir ki, Milli Parkda yerləşən “Saat qülləsi” yaxınlığında bayram proqramı təqdim olunur. Tədbirdə estrada müğənniləri çıxış edirlər. Bu gün saat 21.00-da isə atəşfəşanlıq olacaq.

Ned Prays: Azərbaycan və Ermənistan sülh üçün ciddi səy göstərir

Azərbaycan və Ermənistan sülh üçün ciddi səylər göstərir. Cumhuriyyet.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays noyabrın 7-də Vaşinqtonda baş tutan Azərbaycan və Ermənistan XİN başçılarının görüşü ilə bağlı bəyanatında bildirib. “Dövlət katibi Entoni Blinken davamlı sülh sazişinə doğru irəliləyişi asanlaşdırmaq məqsədilə noyabrın 7-də Bleyer Hausda birbaşa müzakirələr aparmaq üçün Ermənistan xarici […]

İLK DƏFƏ: Dünyanın ən hündürboy qadını təyyarədə uçdu

Dünyanın ən hündür qadını ilk dəfə aviaşirkət onun üçün altı ekonom oturacaq çıxardıqdan sonra təyyarə ilə uça bilib. Cumhuriyyet.az xəbər verir ki, boyu 2 metr 43 santimetr olan Rumeysa Helqi ötən il Ginnesin Rekordlar Kitabı tərəfindən dünyanın ən uzun qadını seçilib. “MailOnline” xəbər verir ki, Türkiyə Hava Yolları təyyarələrindən birini sentyabr ayında San-Fransiskoya uça bilməsi […]

Çin Şarl Mişelin çıxışına icazə vermədi

Çin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin müraciətini televiziyada yayımlanmasına icazə verməyib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi öz mənbələrinə istinadən məlumat yayıb. Mişelin müraciəti Çində keçirilən sərginin açılış hissəsində yayılmalı idi. O, çıxışında Rusiyanın Ukraynada apardığı qanunsuz müharibəni kəskin tənqid edib. Mişel Çini müharibənin tənzimlənməsində nüfuzundan istifadə etməyə çağırıb.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2022
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930