Deputatdan TƏKLİF: Evin tək uşaqları cəbhəyə göndərilməsin

“Azərbaycanda təkuşaqlı ailələrdəki oğlanlar müharibəyə göndərilməməlidir”. Cumhuriyyet.az-ın “oxu.az”a istinadən məlumatına əsasən, bunu deputat Sabir Rüstəmxanlı Milli Məclisin İctimai birliklər və dini qurumlar, Mədəniyyət, Elm və təhsil, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri komitələrinin birgə iclasında 2023-cü ilin büdcə sənədlərinin müzakirəsi zamanı deyib. “Onsuz da Azərbaycanda ailələrdə uşaqların sayı ildən-ilə azalır. Ona görə də, təkuşaqlı ailələrdəki […]

Korotçenko: Ermənistan üçtərəfli bəyanat çərçivəsində öhdəliklərini yerinə yetirmir

“Ermənistan 10 noyabr üçtərəfli bəyanatı çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası və demarkasiyası İrəvan tərəfindən bilərəkdən yubadılır”. Cumhuriyyet.az-ın məlumatına görə, bunu Rusiyanın “Nasionalnaya Oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko “Telegram” kanalında yazıb. Korotçenko iki il əvvəl üçtərəfli bəyanatın, İkinci Qarabağ müharibəsində Ermənistanın de-fakto kapitulyasiya aktının imzalandığını, İrəvanın üzərinə […]

Rəşad Dağlının qətlə yetirdiyi İskəndər nə üstündə həbs yatıb? – “Dostuna toyuq aparıbmış…”

Dünən səhər saat 5 radələrində tanınmış meyxanaçı Rəşad Dağlının (1984-cü il təvəllüdlü Əmirov Rəşad Vaqif oğlu) qonşusu, 43 yaşlı İskəndər Mehdiyevi bıçaqlayaraq öldürməsi hadisəsi ötən gündən geniş müzakirə olunur. İ.Mehdiyevin daha əvvəl narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbsdə olması bildirilsə də, onun konkret hansı əməllərə görə həbsə düşməsi açıqlanmayıb. Cumhuriyyet.az Qafqazinfo-ya istinadən xəbər verir ki, […]

Rusiya ordusu Xersonda yolları minalayır

“Xerson vilayətindən geri çəkilən Rusiya ordusu yolları və yaşayış məntəqələrini minalayır”. Cumhuriyyet.az xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “Ukrainskaya pravda” yayıb. Məlumata görə, rusiyalı hərbçilər əsas olaraq Xerson şəhərini minalayır. Xatırladaq ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu jurnalistlərə verdiyi açıqlamasında bildirib ki, ölkənin Xersondakı qoşunlarına Dnepr çayının sol sahilinə çəkilmək əmri verilib. […]

Ermənistan Hindistandan 150 milyon dollarlıq silah alır

Ermənistan Hindistandan 155 millimetrlik “ATAGS” adlı yerli istehsal olan haubitsalar (artilleriya sistemləri) alacaq. Cumhuriyyet.az xəbər verir ki, bu barədə məlumatı “Business Standart” yayıb. Məlumata görə, sifarişi Hindistanın “Kalyani Strategic Systems Ltd” şirkəti alıb. Müqavilənin dəyərinin 150 milyon dollar təşkil etdiyi bildirilir. Sözügedən sistemlər 3 il ərzində Ermənistana göndəriləcək. Qeyd edək ki, bu, Ermənistan və Hindistan […]

Atalıq məzuniyyəti ilə bağlı layihə hazırlanır

“Azərbaycanda atalıq məzuniyyəti ilə bağlı məsələ aktualdır”. Cumhuriyyet.az xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə, Mədəniyyət komitələrinin birgə iclasında 2023-cü ilin dövlət büdcəsinin müzakirələri zaman deyib. O qeyd edib ki, artıq bununla bağlı […]

Rəşad Dağlı yenidən prokurorluğa gətirildi – VİDEO + YENİLƏNİB

Qətl törətməkdə şübhəli bilinən meyxanaçı Rəşad Əmirov (Rəşad Dağlı) yenidən Qaradağ Rayon Prokurorluğa gətirilib. Cumhuriyyet.az-ın xəbərinə görə, o, Bakı Narkoloji Mərkəzində müayinədən keçirilib və daha sonra cinayət baş verən yerə aparılıb. Hazırda istintaq aparılır. Bu gün onun barəsində həbs qətimkan tədbirinin seçilməsi gözlənilir. Qeyd edək ki, qətl hadisəsi noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu […]

Müdafiə Nazirliyindən ermənilərin yaydığı məlumatlara REAKSİYA

Noyabrın 10-u saat 10:30-da ordumuzun bölmələri tərəfindən guya atəş açılması və nəticədə Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə atəş açılmayıb.

Arayik Arutyunyan dindirildi

Qarabağdakı separatçı rejimin keçmiş “rəhbəri” Arayik Arutyunyan rejimin sabiq “komandan”ı general Mikael Arzumanyan barəsində başlanılan cinayət işi çərçivəsində dindirilib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə məlumatı Ermənistanın “Joxovurd” qəzeti yayıb. Xatırladaq ki, avqustun 30-u Mikael Arzumanyan barəsində 44 günlük müharibə zamanı vəzifə öhdəliklərinə səhlənkarlıqla yanaşmaq ittihamı irəli sürülərək saxlanılıb. Belə ki, o, Şuşanın guya Azərbaycana […]

DİN-dən xəbərdarlıq: “Razılaşdırılmamış aksiyaya cəhd olarsa, qarşısı alınacaq”

“Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış aksiyaya cəhd olarsa, qarşısı alınacaq”. Cumhuriyyet.az xəbər veirr ki, bu sözləri Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin bölmə rəisi, polis baş leytenantı Zeyni Hüseynov deyib. O bildirib ki, müvafiq qurum tərəfindən aksiyaya razılıq verilməyib. Z.Hüseynovun sözlərinə görə, hətta qanunsuz aksiya zamanı iştirakçılar polisin tələbinə tabe olursa, ona qarşı hər hansı […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2022
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930