Bakıda keçmiş qayınata kürəkəninə hədiyyə adı ilə qumbara göndərib? – AÇIQLAMA + VİDEO

Bakıda “karqo şirkətindən gəlmişik” deyib evə hədiyyə gətirənin paketindən qərənfil və qumbara çıxıb. Cumhuriyyet.az-ınXezerxeber.az-a istinadən məlumatına görə, hadisə ötən gün Bakının Nəsimi rayonu, Alı Mustafayev küçəsi 1 ünvanında, paytaxt sakini Ceyhun Cəfərzadənin evində baş verib. Zərərçəkmiş deyir ki, anası ona zəng vuraraq, “oğlum, sənə hədiyyə göndəriblər” deyib. Ev sahibi isə qapını açmayıb. Vəziyyətdən şübhələnən Ceyhun […]

Stoltenberq Azərbaycanın NATO-dakı nümayəndəsinin etimadnaməsini qəbul edib

Azərbaycanın NATO yanında Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə etimadnaməsini NATO Baş katibi Yens Stoltenberqə təqdim edib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə azərbaycanlı diplomat özü bildirib. Görüş zamanı tərəflər Azərbaycan-NATO əməkdaşlığını və onun perspektivlərini müzakirə ediblər.

BMT-nin azərbaycanlı rəsmisindən Əfqanıstanda humanitar böhranla bağlı XƏBƏRDARLIQ

“2023-cü ildə Əfqanıstan əhalisinin üçdə ikisinin humanitar yardıma ehtiyacı olacaq”. Cumhuriyyet.az xəbər verir ki, bunu BMT-nin azərbaycanlı rəsmisi, təşkilatın Əfqanıstandakı humanitar məsələlər üzrə əlaqələndiricisi Ramiz Ələkbərov deyib. “Əfqanıstan əhalisinin 65%-nin hansısa formada humanitar yardıma ehtiyacı olacaq. Bu il ÜDM-in 35-40% azalacağını gözləyirik”, – əlaqələndirici bildirib. Onun sözlərinə görə, vəziyyət 700 min iş yerinin itirilməsinə səbəb […]

Aİ meymunçiçəyinə qarşı böyük həcmdə vaksin sifariş edib

Avropa İttifaqı Danimarkanın “Bavarian Nordic” şirkətinə meymunçiçəyinə qarşı 2 milyon doza vaksin sifariş edib. Cumhuriyyet.az-ın xəbərinə görə, İttifaqda meymunçiçəyinə qarşı yalnız bu əczaçılıq şirkətinin vaksinlərindən istifadəyə icazə verilir. 2023-2024-cü illəri əhatə edəcək müqavilənin dəyəri açıqlanmır.

ABŞ İranla əməkdaşlıq edən 13 şirkətə sanksiya tətbiq edib

ABŞ Maliyyə Nazirliyi müxtəlif ölkələrin İranla neft sahəsində əməkdaşlıq edən 13 şirkətə sanksiya tətbiq edib. Cumhuriyyet.az xəbər verir ki, müvafiq qərar qurumun saytında yerləşdirilib. Sanksiya siyahısına əsasən BƏƏ və Çində qeydiyyatdan keçmiş şirkətlər düşüb. Onların ABŞ-dakı aktivləri dondurulub, ABŞ-ın fiziki və hüquqi şəxslərinin bu şirkətlərlə əməkdaşlığı qadağan edilib.

Pelosi Demokratlar fraksiyasının lideri vəzifəsindən istefa verib

Nensi Pelosi ABŞ Konqresinin Nümayəndələr Palatasındakı Demokratlar Partiyası fraksiyasının lideri vəzifəsini tərk edir. O, bu barədə cümə axşamı qanunverici orqanın aşağı palatasının iclasındakı çıxışında bildirib. “Yanvarda isə başlayacaq yeni Konqresdə Demokratlar Partiyasının lideri kimi yenidən seçilmək istəməyəcəyəm. Fraksiyamıza böyük inamla yanaşıram. Demokratik qrupa yeni nəslin rəhbərlik etməsinin vaxtı çatıb. Mən minnətdaram ki, çoxları bu böyük […]

İtirən YUNESKO olacaq!

Məlum olduğu kimi, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiri kimi fəaliyyətinə xitam verilməsi barədə təşkilatın baş direktoru, Fransanın keçmiş mədəniyyət naziri olmuş Odri Azulaya məktub ünvanlayıb. Mehriban Əliyevanın bu qərarını UNESCO-nun son 2 ildə Azərbaycan dövlətinin beynəlxaql hüquqi və ədaləti bərpa etməsindən sonra azad edilmiş ərazilərdə erməni vandalizminə qiymət verilməsi üçün israrlı müraciətlərinə […]

Çavuşoğlu: Aİ-nin Türk Dövlətləri Təşkilatının işinə müdaxilə etməyə haqqı yoxdur

Avropa İttifaqının (Aİ) Türk Dövlətləri Təşkilatının (TDT) işinə müdaxilə etməyə haqqı yoxdur. Cumhuriyyet.az-ın verdiyi xəbərə görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Avropa İttifaqının Şimali Kipr Türk Respublikasının TDT-yə müşahidəçi üzv olmasına dair qərarı pisləməsini şərh edərkən bildirib. O qeyd edib ki, Aİ və ABŞ ilk növbədə Yunanıstanın və Kiprin yunan administrasiyasının əldə […]

Vladimir Putin Prezident İlham Əliyevə zəng edib

Noyabrın 17-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Cumhuriyyet.az xəbər verir ki, telefon danışığı əsnasında dövlət başçıları iqtisadi-ticari və enerji sahələrində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Azərbaycan hərbçisi VƏFAT ETDİ

Azərbaycan Ordusunun hərbi qulluqçusu Ruslan Şükür oğlu Hümmətyarov noyabrın 17-də həkimlərin səyinə baxmayaraq, kəskin meninqo – ensefalit diaqnozu ilə müalicə olunduğu Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında vəfat edib. Bu barədə Cumhuriyyet.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir. Allah rəhmət eləsin!

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2022
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930