Türkiyə parlamenti işini dayandırdı

Türkiyə Böyük Millət Məclisi ölkədə baş vermiş dağıdıcı zəlzələ ilə əlaqədar işini bir həftəlik dayandırıb. Bu barədə türkiyəli parlamentarilər özlərinin sosial şəbəkə hesablarında məlumat veriblər. Xatırladaq ki, bu gün Türkiyədə Bakı vaxtı ilə saat 05 radələrində baş vermiş zəlzələ nəticəsində 912 nəfər həyatını itirib, 5 385 nəfər yaralanıb.

Türkiyədəki zəlzələ Azərbaycanda da hiss edilib

Türkiyədəki zəlzələ Naxçıvan və Lənkəranda da hiss edilib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə bu gün keçirilən mətbuat konfransında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli məlumat verib. O qeyd edib ki, həmin təkanlar çox kiçik silkələnmələrdir: “Azərbaycan sərhədinə çatana qədər yeraltı təkanlar kifayət qədər zəifləyib”.  

“Real Madrid” Türkiyədəki zəlzələ ilə bağlı başsağlığı verib

“Real Madrid” klubu Türkiyədə baş vermiş dağıdıcı zəlzələdə vəfat edənlərin yaxınlarına başsağlığı verib. Bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb. “Klubumuz həlak olanların ailələrinə başsağlığı verir. Biz yaralananların tezliklə sağalmasını arzulayır, onlara öz dəstəyimizi ifadə edirik”, – deyə “Real Madrid” rəhbərliyinin açıqlamasında qeyd olunub.

Stoltenberq Vaşinqtona gedir

NATO Baş katibi Yens Stoltenberq fevralın 7-dən 9-dək Vaşinqtonda səfərdə olacaq. Cumhuriyyet.az xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb. Məlumata görə, Stoltenberq dövlət katibi Entoni Blinken, Pentaqonun rəhbəri Lloyd Ostin, ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan ilə danışıqlar aparacaq. Görüşlərin gündəliyi açıqlanmayıb.

Norveç Ukraynaya 7,3 milyard göndərəcək

Norveç hakimiyyəti beş il ərzində Ukraynaya təxminən 7,3 milyard dollar məbləğində maliyyə yardımı edəcək. Cumhuriyyet.az xəbər verir ki, bu barədə “Verdens Gang” qəzeti məlumat yayıb. Məlumata görə, krallıq Ukraynaya həm hərbi, həm də mülki dəstək verməyi planlaşdırır.

Yerüstü Nəqliyyat Agentliyinin yeraltı gəlirləri: Anar Rzayev hardan necə qazanır?

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Yerüstü Nəqliyyat Agentliyindən şikayətlər tükənmir. Mütəxəsislər problemlərinin səbəbkarı olaraq nazirliyin struktur rəhbəri Anar Rzayevi və nazir müavini Rəhman Hümmətovu görürlər. Ötən ilin fevralında paytaxtın Heydər Əliyev prospektində baş vermiş hadisəni cumhuriyyet.az olaraq yada salıb bildirək ki, həmin vaxt Bakıda “R Group” logistika şirkətinə məxsus 4 yük maşını yolu […]

Ermənistanda da zəlzələ oldu

Türkiyədə baş verən zəlzələ Ermənistanda da hiss olunub. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, zəlzələ Gümrüdə 3-4, İrəvanda isə 3 bal gücündə hiss olunub.

Kamran Əliyev türkiyəli həmkarlarına başsağlığı verib

Azərbaycan Respublikasının baş prokuroru Kamran Əliyev fevralın 6-da baş vermiş zəlzələ ilə bağlı Türkiyə Respublikasının baş prokuroru Bekir Şahinə, ədliyyə naziri Bekir Bozdağa, Ali Məhkəmənin sədri Mehmet Akarcaya və İstanbulun Baş prokuroru Şaban Yılmaza başsağlığı məktubları ünvanlayıb. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Məlumata görə, zəlzələ nəticəsində insanların həlak olması və xəsarət alması barədə […]

Mehdiabadda məmur harınlığı can aldı: bir qəzanın tarixçəsi

Abşeron rayonun icra başçısı Abdin Fərzəliyevin bir necə gün bundan qabaq Mehdiabad qəsəbəsinin tən ortasında qanunsuz olaraq tikintilərin səkiyə çıxarılması, artırmalara yol verilməsi, mühafizə xəttlərinin üstündə dükan satılması dair cumhuriyyet.az olaraq məlumat vermişdik. “Abdin Fərzəliyev Mehdiabadda səkini də satdı: bələdiyyə sədri makler rolunda” başlıqlı yazımızda hadisə yerindən reportaj hazırlayaraq, qanunsuzluqlarla bağlı fotolar da təqdim etmişdik. […]

Paşinyan Türkiyəyə başsağlığı verdi

Ermənistan baş naziri Nikol Paşinyan baş verən zəlzələ ilə bağlı Türkiyəyə başsağlığı verib. Paşinyan bu barədə özünün “Twitter” hesabında paylaşım edib. “Türkiyə və Suriyada çox sayda insanın ölümünə səbəb olan dağıdıcı zəlzələ xəbərinə kədərləndim. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayırıq. Ermənistan kömək etməyə hazırdır”, – deyə o, paylaşımda qeyd […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728