Ərdoğan Azərbaycan xilasediciləri ilə görüşdü – Video

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qəhrəmanmaraş şəhərində zəlzələ ilə bağlı qardaş ölkədə fəaliyyət göstərən Azərbaycanın axtarış-xilasetmə əməliyyatlarına rəhbərlik edən heyətlə görüşüb. Cumhuriyyet.az Report-a istinadən xəbər verir ki, dövlət başçısı Azərbaycanın axtarış-xilasetmə əməliyyatlarına rəhbərlik edən heyətə qardaş ölkədə görülən işlərə görə təşəkkür edib.

AB-nin Ermənistandakı missiyasının məqsədi… – Rusiya

Avropa Birliyinin Ermənistandakı mülki missiyası Rusiyanı regiondan sıxışdırmaq cəhdidir. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib. Qeyd edək ki, bu gün Avropa Birliyinin Ermənistandakı mülki missiyası işə başlayıb.

Ərdoğan Qəhrəmanmaraşa gəldi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələnin baş verdiyi Hatay bölgəsinə səfər edib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə TRT məlumat yayıb. Məlumata görə, Millətçi Hərəkət Partiyasının başqanı Dövlət Baxçalı da Hatay bölgəsindədir. Prezident Hataydan sonra Qəhrəmanmaraşa gedərək, oradakı vəziyyətlə də tanış olacaq. *** Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələlərin baş verdiyi Qəhrəmanmaraşa gəlib. Qeyd edək […]

Bu həftə Rusiyanın qisası ola bilər – Zelenski

Bu həftə əslində Rusiyanın qisası ola bilər, deyirlər, hücum gözləmək lazımdır. Buna görə də əsəbilik yaranır. Ukraynanın bəzi bölgələri 2014-cü ildən belə yaşayır. Cumhuriyyet.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. “Ruslar artıq əvvəlki qədər güclü deyillər. Onlar zəiflədilər, biz isə daha da gücləndik. Bundan başqa, onlar bizim əsgərlərlə eyni motivasiyaya malik deyillər. […]

Bütün şəhərlərimizi yenidən inşa edəcəyik – Ərdoğan

Bütün şəhərlərimizi yenidən inşa edəcəyik. Cumhuriyyet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. “Heç bir vətəndaşımızı tək qoymayacağıq. Torpağın keyfiyyətinə baxaraq yeni evlər tikəcəyik. Biz bütün şəhərlərimizi yaşayış yerləri, iş yerləri, sənayesi, kənd təsərrüfatı, tarixi və mədəni dəyərləri ilə bərpa edəcəyik”, – Ərdoğan qeyd edib.

Qərbi Azərbaycan İcmasından Paşinyanın bəyanatına reaksiya

Qərbi Azərbaycan İcması Ermənistanın baş naziri Nikol Paşinyan 1988-ci il fevralın 20-də Azərbaycanın Xankəndi şəhərində nümayişlərin başlamasının 35-ci ildönümü ilə bağlı bəyanatına münasibət bildirib. Cumhuriyyet.az xəbər verir ki, İcmanın bununla bağlı yaydığı bəyanatda qeyd olunub ki, Ermənistanın baş naziri Nikol Paşinyan 1988-ci il fevralın 20-də Azərbaycanın Xankəndi şəhərində nümayişlərin başlamasının 35-ci ildönümü ilə bağlı bəyanat […]

Ərdoğan dağıntılar altından sağ çıxarılanların sayını açıqladı

Zəlzələ bölgəsində 751 min nəfər çadırlarda yaşayır. Cumhuriyyet.az xəbər verir ki, bu açıqlama ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib. “Ümumilikdə, 1 milyon 684 min nəfər müxtəlif sığınacaqlarla təmin edilib. Ehtiyac yaranarsa, konteyner evlərin sayı 200 minə çatdırılacaq”, – Ərdoğan qeyd edib.

Müəllimlərin işə qəbulu ilə bağlı yeni qayda

Ümumi təhsil müəssisələrində fəaliyyət göstərən və ya göstərmək istəyən müəllimlər üçün müəllimlərin işə qəbulu müsabiqəsinin və sertifikasiya imtahanının qiymətləndirmə çərçivəsi hazırlanıb. Bu barədə Cumhuriyyet.az-a Təhsil İnstitutundan xəbər verilib. Bölmələr və mövzuları əhatə edən məlumat kitabçası ilə aşağıda tanış olmaq mümkündür: MİQ müsabiqəsinin qiymətləndirmə çərçivəsi

Azərbaycanda 7 faydalı qazıntı yatağı hərraca çıxarılır

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən aprelin 5-də yerin təkinin istifadəyə verilməsi üzrə növbəti hərrac keçiriləcək. Cumhuriyyet.az xəbər verir ki, hərracda hər biri 1 lot üzrə Abşeron rayonu “Qobu” gil yatağı, “Güzdək” əhəngdaşı yatağı, Ağdam rayonu “Qarqarçay” qum-çınqıl […]

Şuşada ilk beynəlxalq uşaq rəqs festivalı keçiriləcək

İyunun 1-də “Heydər Əliyev – türk dünyası birliyinin böyük carçısı” adlı beynəlxalq uşaq rəqs festivalı keçiriləcək. Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Türkdilli dövlətlərin uşaq rəqs qrupları arasında keçirilən festival Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Şuşada baş tutacaq. Beynəlxalq rəqs festivalının təşkilində məqsəd uşaq və gəncləri dünyaşöhrətli siyasətçi Heydər Əliyevin türk dünyası […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728