Bu ərazilərdə qaz olmayacaq – DİQQƏT

16.10.2019 - 10:01

Oktyabrın 16-da saat 09:00-dan “Qaz İxrac” İdarəsi “Sulutəpə” Qaz Paylayıcı Stansiyasında bəzi quraşdırma, digər stansiyalarda isə yenidənqurma işləri aparmağı planlaşdırır.

“Azəriqaz” İstehsalat Birliyindən “Cümhuriyyət”ə verilən məlumata görə, bu müddət ərzində Binəqədi rayonunun Biləcəri, Xocəsən qəsəbələrində, Şəmkir rayonunun bir neçə yaşayış məntəqəsində qaz təminatında fasilə yaranacaq.
Bundan başqa, 10:00-dan işlər başa çatanadək Samux şəhərini və rayonun Kolayir, Sərkar və Füzuli kəndlərini təbii qazla təmin edən orta təzyiqli qaz xətti üzərində siyirtmənin əvəzlənməsinə görə adları çəkilən ərazilərdə qaz təchizatında müvəqqəti dayandırmalar olacaq.
Oktyabrın 16-da saat 10:00-dan planlaşdırılan diametri 530 mm olan “Digah-Bilgəh” orta təzyiqli qaz xəttinin bir hissəsinin diametri 500 mm olan polietilen kəmərlə əvəz olunması işləri texniki səbəblərdən təxirə salınıb. Ona görə də Sabunçu rayonunun Pirşağı, Nardaran, Bilgəh qəsəbələri və 2-ci Sovxoz yaşayış massivində qaz təchizatında hər hansı dayandırma olmayacaq.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=134644

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031