Gürcüstan parlamenti “Xarici təsirlərin şəffaflığı haqqında” qanun layihəsini qəbul edib

17.04.2024 - 15:11

Gürcüstan parlamenti etiraz aksiyaları fonunda “Xarici təsirlərin şəffaflığı haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edib. APA xəbər verir ki, 83 deputat qanun layihəsinin qəbulunun lehinə səs verib.

Qeyd edək ki, hakim “Gürcü Arzusu” partiyası sözügedən qanun layihəsini aprelin 3-də parlamentə təqdim edib. Gürcüstanın əksər vətəndaş cəmiyyəti təşkilatları, ABŞ və Aİ də daxil olmaqla Qərb tərəfdaşları qanun layihəsinin qəbul edilməsinin əleyhinə çıxış edir. Paytaxt Tbilisidə bir neçə gündür etiraz aksiyaları keçirilir.

Gürcüstan Prezidenti Salome Zurabişvili isə hakim “Gürcü Arzusu” partiyasının “Xarici təsirlərin şəffaflığı haqqında” qanun layihəsinin qəbul edilməsində israr etməsini təxribat adlandırmışdı.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=200193

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031