Ərdoğandan İsrailə şok mesaj: “Tək qalsam da…” + VİDEO

18.04.2024 - 11:20

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəhbəri olduğu Ədalət və İnkişaf Partiyasının yerli idarəetmə orqanlarına seçkilərdən sonrakı ilk qrup toplantısını keçirib.

“AzPolitika” xəbər verir ki, gündəmlə bağlı mühüm açıqlamalar verən Ərdoğan, Fələstinə dair ona və partiyasına ünvanlanan tənqidlərə sərt reaksiya verib.

Ölkə başçısı Fələstin davasını sona qədər sürdürəcəyini bildirib: “Mənim və ya heyətimin Fələstin məsələsində həssaslığını şübhə altına almağa heç kimin gücü çatmaz. Bizim həyatımız Fələstin davası ilə məna tapdı. Etdiklərimizin bəzilərini izah edə bilməyəcəyik, amma Fələstinlə bağlı həssaslığımızı tənqid edənlər gec-tez rüsvay olacaq və görəcəklər ki, onlar hansı haqsızlığı ediblər. Tək qalsam da, Allah mənə ömür verdiyi müddətcə Fələstin mübarizəsini müdafiə etməyə və məzlum Fələstin xalqının səsi olmağa davam edəcəyəm”.

Ərdoğan sözügedən çıxışında növbəti dəfə İsraili terror dövləti adlandırıb: “Terror dövləti İsrail Qəzzada qeyri-insani soyqırımı həyata keçirir. Qərbdən aldığı dəstəklə İsrail artıq bəşəriyyət tarixinə biabırçı şəkildə yazılmış bir qətliam həyata keçirir. Mənə və partiyama qarşı bəzi əsassız ittihamlar səsləndirilib. Bu böhtanlara bəzi dairələrdən cavab gəldiyini gördük. Biz Fələstinin yerini bəziləri kimi 7 oktyabrdan sonra Qəzzada başlayan zülmlə öyrənmədik. 15 il bundan əvvəl Davosda qatillərin üzünə açıq şəkildə “One minute” (Bir dəqiqə-red.) dedik”.

“İstiqlaliyyət döyüşü zamanı Türkiyədəki Kuva-yi Milliyə nə idisə, HƏMAS da odur. Təbii ki, bunu deməyin bir bədəli olduğunun fərqindəyik. 14 min uşağı öldürdülər, onlar artıq Hitleri keçiblər. Bunları görməyən və “HƏMAS terror təşkilatıdır” deyərək İsrailin rəğbətini qazanmağa çalışanlara baxmayaraq, Fələstinin azadlıq mübarizəsini hər fürsətdə müdafiə edəcəyik. Biz 85 milyon insanın etibarını daşıyırıq. Bu münasibətlə bir daha Qəzzanı, bütün Fələstini və şanlı müstəqillik müqavimətini ürəkdən salamlayıram”, – deyə o qeyd edib.

“AzPolitika.info”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=200213

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031