Paşinyan “Qarabağın azad edilməsi ilə bağlı qərarların verildiyi” binanı partlatdı…-VİDEO

17.04.2024 - 15:49
Xəbər verildiyi kimi, Ermənistan Müdafiə Nazirliyinin keçmiş binası partladılıb. Bu barədə Ermənistan mediası video-görüntü yayıb. Qeyd edilib ki, bina uzun zamandır qəzalı və yararsız vəziyyətdə olub. Sonradan məlum olub ki, həmin bina 1988-1991-ci illərdə erməni millətçilərinin Kremlin fətvasıyla “Qarabağın azad edilməsi ilə bağlı qərarların qəbul edildiyi” bir məkan olub. “Ermənistanı erməni xalqının ən böyük düşməni idarə edir. Nikol Paşinyan İrəvanda artsaxın azad edilməsi və onun müdafiəsi ilə bağlı qərarların qəbul edildiyi binanı partladıb”.
Moderator.az xəbər verir ki, “Hraparak”ın yaydığı məlumata görə, bunu Ermənistan Konstitusiya Məhkəməsinin keçmiş aparat rəhbəri, ekspert Edqar Qazaryan  öz “Facebook” səhifəsində yazıb. Erməni ekspert Xankəndində Azərbaycan rəhbərliyinin qondarma “artsax azadlıq müharibəsi və qəhrəmanlıq şücaəti”ni simvolizə edən “artsax azadlıq müharibəsi veteranları ittifaqı”nın binasını sökməsini də xatırladaraq  Qarabağda olduğu kimi, bir gün Ermənistandakı bütün erməni monastır və məbədlərinin də söküləcəyini vurğulayıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=200195

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031