“Şişirdilən xərclərin qarşısını almalıyıq” – Qüdrət Həsənquliyev

23.10.2019 - 14:24

Qüdrət Həsənquliyev: “Milli Məclis olaraq prezidentə bu işdə dəstək verməliyik”

“Bu yaxınlarda cənab Prezidenti müşavirə keçirdi və həmin müşavirədə xüsusi vurğuladı kı, büdcə layihəsi hazırlanarkən bir çox hallarda xərclər məqsədyönlü şəkildə şişirdilir. Düşünürəm ki, biz, Milli Məclis olaraq prezidentə bu işdə dəstək verməliyik və şişirdilən xərclərin qarşısını almalıyıq”.

Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisdə “Büdcə sistemi haqqında” qanuna dəyişiklik edilməsi haqda məsələnin müzakirəsi zamanı səsləndirib.

Millət vəkili bildirib ki, “Büdcə sistemi haqqında” qanunun 12-ci maddəsinə görə, Milli Məclisə təqdim edilməsi zəruri olan sənədlərin siyahısı verilib: “Orada 12.1.8-ci maddədə qeyd edilir ki, növbəti il üzrə dövlət büdcəsinin və icmal büdcənin, habelə sonrakı 3 il üzrə icmal büdcənin layihələrinə uyğun olaraq mühüm investisiya layihələrini özündə əks etdirən dövlət investisiya proqramının layihəsi də təqdim edilməlidir. Mən vaxtilə bu məsələni Milli Məclisdə qaldırmışdım. Çox təəssüf ki, büdcə sənədləri bizə təqdim olunanda həmin layihələrin siyahısı bizə təqdim olunmur. Yenə də Hesablama Palatası öz rəyində ümumi formada bizə məlumat verir. Məsələn, 2019-cu ilin büdcəsi ilə bağlı verdiyi rəydə ümumi məlumatlar verilir və ayrılmış ümumi məbləğ göstərilir. Amma konkret olaraq hansı obyektə nə qədər vəsaitin ayrılacağı ilə bağlı bizə bir kəlmə də məlumat verilmir. Ona görə, mən Milli Məclis rəhbərliyindən tələb edirəm, həm də xahiş edirəm ki, Milli Məclisin rəhbərliyi Nazirlər Kabinetindən büdcə sənədləri daxil olanda 12-ci maddənin tələbinə uyğun olaraq bütün sənədlər bizə verilmədiyi halda onu qəbul etməsinlər. 12-ci maddədə sadalanıb ki, Milli Məclisə hansı sənədlər təqdim olunmalıdır. Deyilməlidir ki, o sənədlər bir-bir hazırlanıb Milli Məclisə göndərilməlidir.

O cümlədən Hesablama Palatasına da deyilməlidir ki, həmin investisiya layihələrində tikintisinə vəsait ayrılan obyektləri dəqiq göstərin, bilinsin ki, hansı obyekt neçəyə başa gəlir, dövlət bura nə qədər vəsait ayırır. Hesab edirəm ki, belə olduğu halda Prezidentə bu işdə konkret dəstək verə bilərik. Prezident də söylədi ki, şəffaflıq artırılmalıdır, korrupsiyaya qarşı mübarizə gücləndirilməlidir. Hər kəs də bu işdə dövlət başçsısına kömək etməldiir. Düşünürəm ki, Milli Məclis də öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidir və bu işdə prezidentə dəstək olmalıyıq”.

Vitse spiker Ziyafə Əsgərov isə millət vəkili Qüdrət Həsənquliyevə cavab olaraq bildirib: “Qüdrət müəllim, bir məsələni istəyirəm sizinlə aydınlaşdıraq. Siz Milli Məclisdən tələb etdiniz və Milli Məclis sizin tələbinizi yerinə yetirmədi. Hansı hüquqi hərəkət edəcəksiniz?”.

Buna cavab verən BAXCP sədri “Ziyafət müəllim, mənə ünvanladığınız suala cavab olaraq demək isrtəyirəm ki, əgər vəzifəli şəxs qanuni vəzifələrini yerinə yetirmirsə deməli o həmin vəzifəyə layiq deyil”, deyə vurğulayıb.

BAXCP sədri “Reklam haqqında” qanun layihəsinin müzakirəsi zamanı da fikirlərini bölüşüb: “Mən birinci oxunuşda bu məsələ müzakirə olunarkən söyləmişdim ki biz reklam haqqında qanunun 26-cı maddəsinə dəyişiklik etdik. Orada qeyd olunurdu ki, şüşənin arxasından bayıra ünvanlanan hər hansı bir əmtəənin yerləşdirilməsi reklam hesab olunur. “Reklam haqqında” qanuna görə də spirtli içkilərin və tütün məmulatlarının reklamı qadağandır. Amma Qənirə Paşayeva da söylədi, məktəblərin qarşısında bütün qəzet köşklərində şüşənin arxasında siqaretlər düzülür və ətrafı da diqqəti cəlb etmək üçün xüsusi formada işıqlandırılır. Biz bu məsələni qaldırandan sonra hörmətli Aqiyə Naxçıvanlı, yaxud Milli Məclisin rəhbərliyindən kimsə müvafiq dövlət orqanları ilə əlaqə saxladılarmı? Millət vəkillərinin narahatlıqlarını onların diqqətinə çatdırdılarmı? Yoxsa biz burada danışırıq, elə burada da qalır. Qanunları qəbul edirik və onlar icra olunmursa, onda nə mənası var?”.

“Xalqcebhesi.az”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=135152

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031