Bakı metropolitenində koronavirusla bağlı vəziyyətin nəzarətdə saxlanılması tapşırılıb

29.01.2020 - 18:09

Dünyada geniş şəkildə yayılması təhlükəsi yaranan koronavirusla bağlı xəbərlərlə əlaqədar bildirmək istərdik ki, Bakı metropoliteni şəhərdaxili ictimai sərnişindaşıma nəqliyyatıdır və beynəlxalq daşımalarla məşğul deyil.

“Bakı Metropoliteni” QSC-dən APA-ya bildirilib ki, lakin zərurət yaranacağı təqdirdə qeyd etdiyiniz “2019-nCoV” koronavirusla əlaqədar səlahiyyətli qurumların təlimat göstərişlərinə uyğun olaraq, bütün müvafiq tədbirlərin görülməsi, profilaktik işlərin həyata keçirilməsi istisna edilmir.

Eyni zamanda “Bakı Metropoliteni” QSC-də mövcud vəziyyətin nəzarət altında saxlanılması, işçi personalının maarifləndirilməsi ilə bağlı aidiyyəti struktur vahidlərinə müvafiq tapşırıqlar verilib.

Məlumat üçün bildirmək istərdik ki, Bakı metropolitenində sanitar-gigiyenik normaların tələblərinə əməl olunmasına xüsusi diqqət yetirilir. Paytaxtın ən mühüm ictimai sərnişindaşıma nəqliyyatı növlərindən biri kimi, əsasən, yeraltı tunellərdən ibarət olması nəzərə alınaraq, Bakı metropolitenində sanitar-gigiyenik normaların tələblərinə uyğun planlaşdırılmış dezinfeksiya işlərinin və digər müvafiq tədbirlərin aparılmasına da ciddi riayət olunur. Ümumən, “Bakı Metropoliteni” QSC-nin obyektlərində, o cümlədən stansiyalarda, tunellərdə, elektrik deposunda və qatarlarda, habelə iş yerlərində lazım olan bütün profilaktik sanitariya tədbirləri müntəzəm yerinə yetirilir. Bundan savayı, görülən işlərə nəzarət olunur, daimi monitorinqlər aparılır, zərurətdən asılı olaraq, digər profilaktik tədbirlər həyata keçirilir.

Fürsətdən istifadə edərək, “Bakı Metropoliteni” QSC sizin vasitənizlə sərnişinlərə bir daha müraciət edərək, metropolitendə sanitar-gigiyenik normaların tələblərinə əməl etmələrinə, stansiya və qatarlarda təmizliyə riayət olunmasına, ələlxüsus qida və yeyinti məhsullarının, xüsusən saqqız və s. bu kimi fəal və dayanıqlı virus daşıyıcılarının döşəmələrə atılmamasına, divarlara, qapılara, şüşə çərçivələrinə, oturacaqlara, tutacaqlara yapışdırılmamasına və digər belə hallara yol verilməməsinə diqqətli olmağı tövsiyə edir. Çünki sanitar-gigiyenik normalara əməl olunması hər bir sərnişinin sağlamlğının təməli kimi xəstəliklərin yayılmasının qarşısının alınması, ətraf mühitin mühafizəsi, həmçinin metropolitendə təmizliyin qorunması baxımından vacibdir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=141887

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031