Borca görə su kəsilməyəcək – Rəsmi

03.04.2020 - 17:36

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə görülən tədbirlər çərçivəsində borca görə heç kimin suyu kəsilə bilməz.

Cumhuriyyet.az Report-a istinadən xəbər verir ki, bu barədə Azərsu ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib.

O xatırladıb ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıqlarına uyğun olaraq koronavirus pandemiyasının qarşısının almaq üçün Azərsu ASC zəruri tədbirlər görür:

“Belə ki, bu tədbirlərin tərkib hissəsi olaraq Azərsu ASC-nin əməkdaşları ilə vətəndaşların təmasını minimuma endirmək üçün martın 24-dən etibarən əhali qrupuna aid mənzillərin və həyət evlərinin daxilində yerləşən mexaniki sayğacların göstəricilərinin sayğaca baxış keçirməklə oxunması müvəqqəti dayandırılıb”.

A.Cəbrayıllı əlavə edib ki, smart-kartlar vasitəsilə su ilə təmin olunan istehlakçılar isə limitləri bitdiyi təqdirdə 5 kubmetr kredit götürə bilərlər.

Xatırladaq ki, aprelin 5-dən Azərbaycanda hərəkətə məhdudiyyət qoyulacaq. Bildirilib ki, əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin 5 aprel saat 00:00-dan 20 aprel saat 00:00-dək bir sıra qaydaların tətbiqi ilə bağlı qərara alıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=144773

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031