Millimizin böyük məşqçisi: “Türk xalqına minnətdarıq”

02.11.2020 - 10:42

“Türkiyənin bizə dəstəyi çox böyükdür. Türk xalqına minnətdarıq”.

“Report”un məlumatına görə, bu fikirləri boks üzrə Azərbaycan millisinin böyük məşqçisi Nəriman Abdullayev “Anadolu” agentliyinə açıqlamasında Dağlıq Qarabağ münaqişəsi barədə danışarkən deyib.

Təcrübəli mütəxəssis bildirib ki, bu ərəfədə Türkiyə Azərbaycana xeyli yardım edib: “Türk idmançılarını da sevirik. Hamısı bizim qardaşlarımızdır. Türkiyənin bizə dəstəyi əvvəldən olub və indi də davam edir. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır. Boksçularımız arasında daha əvvəl döyüşlərdə iştirak edən və şəhid olanlar da var. Yığmanın üzvləri və məşqçiləri cəbhəyə getməyə hazırdır”.

Hazırda Türkiyənin Kastamonu şəhərində təlim-məşq toplanışında olan yığmanın hazırlığını da dəyərləndirən Abdullayev Tokio-2020 Yay Olimpiya Oyunları ilə bağlı hədəflərini açıqlayıb: “Məşqlərimiz yaxşı keçir. Bu ilin fevralında da Kastamonuda toplanışda olmuşduq. Əsas hazırlığımız olimpiada ilə bağlıdır. Hədəfimiz Oyunlarda daha çox medal qazanmaqdır”.

Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları bu il 24 iyul – 9 avqustda keçirilməli idi. Lakin koronavirus pandemiyası üzündən olimpiada 2021-ci il 23 iyul – 8 avqusta təxirə salınıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=156800

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031