Xüsusi Riskli Xilasetmə Xidmətində komanda qərargah təlimi keçirildi – FOTO

24.05.2021 - 18:22
Xüsusi Riskli Xilasetmə Xidmətində komanda qərargah təlimi keçirildi - FOTO

 

20-21 may 2021-ci il tarixlərində Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidməti tərəfindən fövqəladə hal zonasında axtarış və qəza-xilasetmə işlərinin təşkil edilməsi, fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qüvvə və vasitələrin idarə edilməsi, əməliyyat qərarlarının verilməsi sahəsində bilik və bacarıqların təkmilləşdirilməsi məqsədilə komanda qərargah təlimi keçirilib.

Nazirliyin “112” qaynar telefon xətti vasitəsilə şərti olaraq Xüsusi Riskli Xilasetmə Xidmətinin Əməliyyat növbətçi hissəsinə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi istiqamətində dənizdə sahildən 4-5km məsafədə iki motorlu qayıqda köməksiz vəziyyətdə 6 nəfər balıqçının qalması barədə məlumat daxil olub. Xidmətin müvafiq xilasetmə qüvvələrinin dərhal hazırlıq vəziyyətinə gətirilərək “hadisə zonasına yürüşü” təşkil edilib, həyata keçirilən operativ tədbirlər sayəsində həyati təhlükə ilə üzləşmiş vətəndaşlar xilas ediliblər.

Təlim zamanı diqqət əməkdaşların baş verən fövqəladə hal zamanı vəziyyətin çevik təhlili, operativ qərarvermə, qəza-xilasetmə qüvvələrinin koordinasiyası və tətbiqi üzrə təcrübələrinin təkmilləşdirilməsinə yönəldilib.

Yekunda təlimin nəticələri müzakirə edilib. Ümumilikdə qarşıya qoyulmuş məqsədlərə nail olunub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=163864

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031