Metroda 20 yaşlı gənc özünü yandırmaq istədi
Bakıda 20 yaşlı gənc özünü metroda yandırmağa cəhd edib.
Hadisə ötən gün saat 21 radələrində “Gənclik” metrostansiyasında qatar hərəkət edərkən baş verib.
2001-ci il təvəllüdlü Əlisahib Rüstəmov üzərinə benzin tökərək özünü yandırmaq istəyib. Onun bu cəhdinin qarşısı alınıb.
Faktla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır.
Short URL: https://www.cumhuriyyet.net/?p=168586