Əməkdar jurnalist vəfat etdi

07.02.2022 - 12:34

Əməkdar jurnalist, publisist, prezident təqaüdçüsü, “Şöhrət” ordenli Qalina Mikeladze vəfat edib

Bu barədə jurnalistin dostları bildiriblər.

Qalina Mikeladze Azərbaycanın ictimai-siyasi, iqtisadi və mədəni həyatını əhatə edən yazılarla çıxış edib.

O, mədəniyyət xadimləri, məşhur siyasətçi, maarifçi və xeyriyyəçilər, tariximizdə iz qoymuş görkəmli qadınlar haqqında neçə-neçə məqalə, araşdırma və essenin, 20-dən artıq kitabın müəllifi olub.

Qalina Mikeladze (qızlıq soyadı Əliyeva olub və bu ad altında imzası tanınıb) uzun və çətin həyat yolu keçib. Atası o uşaq olanda repressiyaya məruz qalıb, anası qızının yaxşı təhsil almasına çalışıb.
“Vətən xaini”nin qızı kimi böyümək isə onun üçün asan olmayıb.

M.Y.Lomonosov adına Moskva Dövlət Universitetini bitirəndən sonra Q.Mikeladze redaktor kimi əmək fəaliyyətinə Gürcüstan Yazıçılar Birliyinin nəşriyyatında başlayıb. Sonra Azərbaycan Elmlər Akademiyasının nəşriyyatında işini davam etdirib. 1950-ci illərin sonunda onun jurnalistlik fəaliyyəti “Bakinskiy raboçiy” qəzeti ilə bağlanıb. 1964-cü ildə Azərbaycan Mərkəzi Komitəsinin zəmanətilə Q.Mikeladze təcrübəli jurnalist kimi “Sovet ticarəti” qəzetinin Azərbaycan üzrə müxbiri təyin edilib. Daha sonra isə 23 il Tbilisidə həmin qəzetin Zaqafqaziya məntəqəsi üzrə rəhbəri işləyib.

1993-cü ildə Q.Mikeladze Bakıya köçərək o zaman ilk müstəqil qəzetlərdən olan “Günay” qəzetində işləməyə başlayıb. Qəzet bağlanana qədər – 13 il baş redaktorun müavini vəzifəsində çalışıb. Eyni zamanda, o, qəzetin səhifələrində mədəniyyətlə bağlı məqalələrlə müntəzəm çıxış edib, oçerklər yazıb, jurnalist tədqiqatları aparıb.

Təqaüdçü jurnalist Qalina Mikeladze son illər 1news.az saytı, rusdilli “Kaspiy” qəzeti ilə əməkdaşlıq edirdi.

Allah rəhmət eləsin…

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=170221

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031