Azərbaycanda maska tələbi ləğv oluna bilər

08.04.2022 - 21:36

“Bu yaxınlarda epidemioloji vəziyyətin gedişatından asılı olaraq COVID-19 pasportu və maska tələbi ləğv oluna bilər”.

Cumhuriyyet.az xəbər verir ki,bu sözləri baku.ws-ə açıqlaması zamanı tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib.

O əlavə edib ki, əgər proses ağırlaşmazsa, əlavə dalğa yaranmazsa, SARS-CoV-2 virusu mutasiya olunaraq zəifləmək istiqamətində davam edərsə, bu qadağalar aradan götürülə bilər:

“Azərbaycanda COVID-19 pasportu və maska tələbinin aradan qaldırılması müvafiq strukturlar tərəfindən həll olunur. Mövcud tələblərin ləğvi məhz Nazirlər Kabineti yanında Operativ Qərargahdan asılıdır. Ümumiyyətlə epidemioloji vəziyyət nəzərə alınaraq bu barədə qərar verilir.

Bütövlükdə pandemiyanın və karantinin ləğvi yalnız Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) pandemiyanın sonra çatması barədə raportundan sonra mümkün ola bilər”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=173161

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031