Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində araşdırmalar aparılır

17.04.2024 - 11:51

Elm və Təhsil Nazirliyinin daha bir regional idarəsinin başı dərddədir. Məlumatlı mənbələrdən Tribunainfo.az-a daxil olan informasiyada qeyd olunur ki, hüquq-mühafizə orqanları Gəncə – Daşkəsən Regional Təhsil İdarəsində yoxlamalar aparır.

Bir həftədir davam edən yoxlamalarda regional idarənin fəaliyyətində bir sıra ciddi pozuntular aşkarlanıb.
Regional idarə rəisinin fəaliyyəti dövründə ciddi maliyyə nöqsanlarına yol verdiyi, eyni zamanda, kadr siyasəti ilə bağlı bir sıra ciddi pozuntuların olduğu aşkarlanıb.

Bildirilir ki, hazırda idarə rəisi Anar Qədiməliyev barəsində şikayətlər araşdırılır.

Qeyd edək ki, bundan əvvəl də Elm və Təhsil Nazirliyinin yeni təyin olunmuş Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri korrupsiya əməllərinə görə həbs olunub.
Onu da qeyd edək ki, Elm və Təhsil Nazirliyinin regional idarələrinin rəisləri ilə rayon-şəhər icra hakimiyyəti başçılarının rəhbərləri arasında da münasibətlər gərgindir.
Haqqında araşdırma aparılan Anar Qədiməliyevin də Gəncə şəhər İcra Hakimiyyətinin rəhbərliyi ilə münasibətlərinin soyuq olduğu qeyd olunur. Bu iddialarla bağlı adı çəkilən tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=200150

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031