“Nar”-dan tələbələrə təqaüd proqramı

Özünün korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində təhsil və maariflənmənin inkişafına xüsusi önəm verən “Nar” bu təşəbbüsü ilə tələbələrə dərslərində daha uğurlu olmaları üçün əlavə stimul verməyə davam edir.Elm və təhsilin inkişafına dəstəyilə seçilən “Nar” bu il  Naxçıvan Muxtar Respublikasının ali təhsil müəssisələrində informasiya texnologiyaları və informatika ixtisasları üzrə təhsil alan tələbələr üçün Təqaüd proqramı […]

Tələbələrin kirayə ev və yataqxana problemi…

Dərs ilinin başlanması ilə əlaqədar tələbələr paytaxta üz tutdu. Tələbə yataqxanalarının yetərli olmadığı bir vəziyyətdə tələbələrin bu axını kirayə mənzillərə tələbi artırdı. Avqust ayının ikinci yarısından başlayan proses hələ də davam edir. Tələbələr Bakıda kirayə mənzil axtarışındadırlar. Kirayə mənzillərə tələbatın bu cür artması isə qısamüddətli də olsa, qiymət artımına səbəb olub. Bu il tələbələrin normal […]

Makqreqor və Nurməhəmmədov mətbuat konfransında bir-birini hədələdi

İrlandiyalı MMA döyüşçüsü Konor Makqreqor Qaydasız Döyüş Çempionatının (UFC) rusiyalı qalibi Həbib Nurməhəmmədovu döyüş öncəsi “qorxaq” adlandırıb. TİA.AZ-ın məlumatına görə, irlandiyalı döyüş ustası bunu mətbuat konfransında deyib. “Mən iki ildir döyüşmürəm, lakin siz avtobusdakı bu qorxağı özünüz gördünüz. O hətta mən avtobusa yaxınlaşanda belə aşağı düşmədi. Dostlarından birinin arxasında gizləndi, mən döyüşmək istədiyim üçün rinqə […]

Tatar çölü Rusiya

Kazandan tarixi-infantil foto-reportaj İyirmi ilin söhbəti olar, telefonuma “Mayak” radiosunun çağrı siqnalını yazdırmışdım. Bəlkə xatırlayarsınız, “Moskva gecələri” melodiyasının ilk taktı idi. Hər zəng gələndə telefonum bir vaxtlar sovet xalqını yuxudan oyadan o məşhur musiqini çalırdı. Bir dəfə varşavalı polyak tanışım zəngi eşidib qəribə nəzərlərlə üzümə baxmışdı: “Sənin də sovetə nostaljin varmış?” Məni kommunistlərdən zəhləsi gedən […]

İlyas İsmayılovun oğlu üçün killer polkovnik – üç güllənin üç sirri…

Sentyabrın 19-da axşam Ədalət Partiyasının sədri, sabiq ədliyyə naziri İlyas İsmayılovun oğlu Etimad İsmayılov Türkiyədə qətlə yetirilib. E.İsmayilov tanınmış jurnalist Sevil Nuriyevanın həyat yoldaşıdır. E. İsmayılov həm də atasının rəhbəri olduğu Ədalət Partiyasında sədrin xarici əlaqələr üzrə müavini vəzifəsini tutub. Hadisənin təfərrüatı haqda ilkin məlumatda bildirilir ki, onu şəriki, Azərbaycan DİN-in sabiq polkovniki Gözəl Dəmirov […]

“Qarabağ” “Sportinq”ə belə uduzdu – VİDEO

UEFA Avropa Liqasında Azərbaycanın yeganə təmsilçisi olan “Qarabağ” qrup mərhələsində ilk oyununu keçirib. Milli.Az xəbər verir ki, Ağdam təmsilçisi Portuqaliyada “Sportinq”in qonağı olub. Lissabonun “Joze Alvalade” stadionunda baş tutan oyunda meydan sahibləri 2-0 hesablı qələbə qazanıb. 23:00 “Sporting” – “Qarabağ” – 2:0 Qollar: Rafinya, 54, Covani Kabral, 88

Moskvada yeni “iPhone”lar üçün növbə telefondan iki dəfə baha satılır

Bir neçə gün əvvəl “Avito” internet-elanlar saytında “yeni “iPhone” modelləri üçün yerinizə növbəyə dayanıram” xidmətinin göstərilməsi barədə elan yerləşdirilməyə başlanıb. “Report” xəbər verir ki, növbə üçün yerə görə ən bahalı xidmət təqribən 3 min 660 dollara təklif olunur ki, bu da ən bahalı telefonun qiymətindən iki dəfə çoxdur. “Moskva” şəhər xəbərləri agentliyi özəl elanlar saytının […]

Vyetnam prezidenti vəfat etdi

Vyetnam prezidenti Çan Day Kuanq vəfat edib. Qaynarinfo Reuters-ə istinadən xəbər verir ki, 62 yaşlı dövlət başçısı Hanoyda yerləşən xəstəxanada ciddi xəstəlik səbəbilə dünyasını dəyişib. Yerli və beynəlxalq həkimlərin müdaxiləsinə baxmayaraq prezidentin həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, Çan Day Kuanq 2016-cı ilin aprel ayından bəri Vyetnamı idarə edirdi.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2018
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930