TƏBİB: Koronavirusa yoluxan 333 xəstə reanimasiyadadır

İyulun 18-də Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 263 test aparılıb. Ötən müddət ərzində aparılan testlərin sayı 619 786-ya çatıb. Bu barədə virtualaz.org-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Hazırda müalicəsi davam etdirilən koronaviruslu xəstələrin sayı 8 334-ə bərabərdir. Xəstələrdən 333 nəfəri reanimasiyadadır ki, onlardan da 63-ü süni tənəffüs cihazına qoşulub. […]

Ağcaqanad koronavirusa yoluxdurur? – ABŞ alimləri SON NÖQTƏNİ QOYDU

Ağcaqanadların insanlara koronavirus yoluxdurmadığı təsdiqlənib. Bu barədə ABŞ-ın Kanzas Universitetinin Biotəhlükəsizlik Araşdırma İnstitutunun məlumatında deyilir. Institutun rəhbəri Stiven Hiqqs və həmkarlarının Baytarlıq Fakültəsinin işçiləri ilə birgə apardığı araşdırma nəticəsində bu qənaətə gəlinib. Araşdırmada yeni tip koronavirusun “Aedes aegypti”, “Aedes albopictus” və “Culex quinquefasciatus” adlı 3 geniş yayılmış ağcaqanad növündə çoxalmadığı, dolayısı ilə insanlara yoluxdura bilmədiyi […]

Ermənilər azərbaycanlı gənci tapana mükafat vəd etdilər

Ermənilər Ermənistanın dövlət idarələrinin, eləcə də digər iaşə obyektlərinin təhlükəsizlik kameralarına daxil olaraq onları izləyən azərbaycanlı gənc Rəşad İbrahimovu tapana mükafat vəd ediblər.  Bu barədə Correct.az-a danışan Rəşad İbrahimov bildirib ki, 15 ilə yaxındır ki, İnformasiya Texnologiyaları (İT) mütəxəsisi olaraq çalışır və onların Tovuz hücumundan sonra öz biliklərini ermənilərin üzərindən sınaqdan keçirib: “Artıq 15 ilə yaxındır […]

Koronavirusun ən erkən simptomu açıqlandı

Koronavirusun ən erkən simptomu ağızda səpkilər – enantema ola bilər. İspaniyalı alimlər bununla bağlı “JAMA Dermatology” elmi jurnalında məqalə dərc ediblər. Tədqiqata görə, müşahidə edilən xəstələrin 29 faizində ağız mukozasında şiddətli səpki aşkar edilib. Bu simptom COVID-19-un digər klinik əlamətlərindən təxminən iki gün əvvəl görünüb. Hazırda elm adamları simptomun bütün hallar arasında nə qədər geniş […]

Qurban Qurbanov məşhur futbolçunun transferini təsdiqlədi

“Qarabağ” yeni transferi Kevin Medina Bakıya gəlib. Bu barədə “Report”a komandanın baş məşqçisi Qurban Qurbanov məlumat verib. 48 yaşlı mütəxəssisin sözlərinə görə, kolumbiyalı müdafiəçi ilə 2+1 illik müqavilə imzalanıb. O, 27 yaşlı oyunçunun bu gün Qəbələdə olacağını bildirib. Qurbanov Kipr APOEL-inin yarımmüdafiəçisi Uroş Matiçlə isə danışıqların davam etdiyini söyləyib: “Hər şey müsbətə doğru gedir. Transferin alınma […]

Tanınmış aktyor koronavirusdan vəfat etdi

“Vəhşi qızılgül” serialındakı Reynaldo həkim obrazı ilə məşhurlaşan meksikalı teatr və kino aktyoru Raymundo Kapetilyo COVID-19-dan vəfat edib. Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, aktyor bir həftə əvvəl xəstəxanaya yerləşdirilmişdi. Bütün bu vaxt ərzində o, Mexikoda xəstəxanaların birində həkimlərin nəzarəti altında idi, lakin koronavirus infeksiyasının səbəb olduğu ağırlaşma səbəbindən həyatını itirdi. 50-dən çox layihədə yer […]

Polad Həşimov düşməni yenə də vuracaq – Yeni PUA istehsal edilir

Tovuz rayonu istiqamətində erməni təxribatı nəticəsində qəhrəmancasına şəhid olan general-mayor Polad Həşimovun adı düşmənə qorxu salmağa davam edəcək. TED.az-ın xəbərinə görə, Polad Həşimovun adını daşıyan pilotsuz uçuş aparatının (PUA) ilkin görüntüləri yayılıb. Bu barədə “Facebook”un Azərbaycan seqmentində paylaşımlar edilib. Paylaşımda qeyd edilib ki, aparatda hələlik bəzi texniki səhvlər var. Bu da pandemiya ilə bağlı komanda […]

Sentyabrdan məktəblər bu qaydalarla açıla bilər – VİDEO

Azərbaycanda sentyabrda ənənəvi formada tədris prosesinin başlanması gözlənir. Ancaq sinif və auditoriyalara, eləcə də təhsil müəssisələrinə daxil olma, həmçinin tədris prosesinin müddəti ilə bağlı ciddi dəyişikliklər edilə bilər. BAKU.WS-in Xezerxeber.az-a istinadla verdiyi məlumata görə, bunu təhsil eksperti Kamran Əsədov bildirib. O deyib ki, bununla bağlı təkliflər paketi hazırlanıb. Onun sözlərinə görə, bütün hallarda sinifdə şagird […]

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 70 dəfə pozub. Müdafiə Nazirliyindən AZXEBER.COM-a verilən məlumata görə, hazırda Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində nisbi sakitlikdir. Ermənistan Respublikası Çəmbərək rayonunun Cil kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən […]

Tanınmış aktyordan İradə Gülməmmədovaya: “Rüşvət almasa o elə əsgərdi”

Aktyor Midhat Aydın Abşeron Rayon İcra başçısı İradə Gülməmmədovanın xidmət üçün orduya könüllü yazılmasına maraqlı reaksiya verib. Cumhuriyyet.az xəbər verir ki, aktyor sosial şəbəkədə bunları yazıb: “Qadın icra başçısı öz işi ilə dürüst məşğul olsa, o elə bir əsgərdir. Hələlik rüşvət almasın, camaatın yanında olsun”.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2020
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031