Erməniyə görə soydaşımızı vuran rusu “başa saldılar”: üzrxahlığa gəldi – VİDEO

Bu video iki hissəlidir, bir yarısı 2-3 gün əvvəl çəkilib, o bir yarısı – bu gün. Videoda görünənlər isə eyni adamlardır – 27-28 yaşlı azərbaycanlı meyvə-tərəvəz satıcısı və 35-38 yaşlı idmançı cüssəli, slavyan görünüşlü şəxs. Videonun birinci hissəsində rusun necə aqressiv olduğu və idmançı cüssəsindən istifadə edərək həmvətənimizi fiziki təzyiqə məruz qoyduğu, təhqir etdiyi görünür. […]

Koronavirusdan sağalanlarda hansı pozuntu yaranır?

Koronavirusdan-COVID-19-dan sağalanlarda ağır immunitet problemi yaranır. Milli.Az e-tibb.az-a istinadən bildirir ki, COVİD-19 virusunun yayıldığı yer sayılan Çinin Uhan şəhərində aparılan araşdırmanın nəticəsində bu qənaətə gəlinib. Virusologiya İnstitutunun alimləri bu infeksiyadan sağalan insanlarda immun sisteminin fəaliyyətində uzunmüddətli problemlər aşkar ediblər. İmmun sisitemində yaranan bu pozuntuların bir neçə ay ərzində müşahidə edildiyi qeyd edilir. Araşdırmaçılar bildirb ki, klinik […]

Polad Həşimovun qızı: “Əsgərlərini bizdən çox istəyir deyə küsürdük”

“Uşaq vaxtı çıx küsürdük ki, əsgərlərini bizdən çox istəyirsən”. Bunu şəhid General Polad Həşimovun qızı Aybəniz “baku tv”ə verdiyi müsahibə zamanı deyib. Həmin reportajı təqdim edirik:

Məkkə ilk zəvvar qrupunu qəbul etdi

Səudiyyə Ərəbistanının qərarı ilə məhdud sayda – cəmi min zəvvarın iştirak edəcəyi Həcc ziyarətinə gələn ilk qrup qəbul edilib. Zəvvarlar Krallıqda yaşayan yerli və əcnəbi dindarlardan ibarətdir. AzərTAc bildirir ki, yerli KİV-in xəbərlərində Krallığın Həcc və Ümrə məsələləri üzrə naziri Məhəmməd Saleh Bəntenin məhdud tərkibdə zəvvarların təhlükəsizliyi ilə bağlı açıqlamaları yer alıb. O bildirib ki, […]

Marneulidə “İşğala son – Qarabağa azadlıq, sonra sülh” aksiyası keçirilir

Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonunda Azərbaycan ərazilərinin işğalına son verilməsi tələbi ilə “İşğala son – Qarabağa azadlıq, sonra sülh” adlı aksiya keçirilir. APA-nın yerli bürosu xəbər verir ki, Marneulinin mərkəzində, Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin qarşısında keçirilən aksiyada Ermənistandan Azərbaycanın işğal edilmiş ərazilərinin işğalına son verməsi tələb edilib. Əllərində Azərbaycan və Gürcüstan bayraqları tutan aksiyaçılar […]

Azərbaycan hasilat sənayesində benefisiar sahibliyi açıqlamağa hazırlaşır

Müasir dünyada iqtisadiyyatın bütün sahələrində şəffaflaşma getdikcə böyük aktuallıq kəsb etməkdədir. Xüsusilə dünyanın əksər bölgələrində terrorun yayılması, qanunsuz silahlı birləşmələrin fəaliyyətinin insanlara böyük zərər vurması, eyni zamanda bir çox ölkələrdə hakimiyyətdə olan qüvvələrin korrupsiyalaşması nəticəsində əhalinin iqtisadi vəziyyətinin pisləşməsi qlobal səviyyədə maliyyə axınlarında şəffaflığın təmin olunmasını zərurətə çevirir. Buna görədir ki, son illərdə dünyanın inkişaf […]

Vankuverdə yaşayan azərbaycanlılar və türklər aksiya keçirdilər

Bu gün Kanadanın Vankuver şəhərində azərbaycanlı icmasının təşkilatçılığı və iştirakı ilə Azərbaycanın Tovuz rayonu istiqamətində baş verən erməni təxribatına etiraz əlaməti olaraq nümayiş keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən virtualaz.org-a verilən məlumata görə, “Vancouver Art Gallery” meydanına toplaşan azərbaycanlılar və burada yaşayan türklər Azərbaycan və Türkiyə bayraqlarını dalğalandıraraq dövlətimizə və ordumuza dəstək olduqlarını nümayiş etdiriblər. Nümayişçilər […]

“Bu halda karantin rejiminin yenidən sərtləşdirilməsi lazım gələcək”

Azərbaycanda karantin rejiminin yumşaldılmağa başlaması insanlarımızı arxayın salmamalıdır. Karantin rejiminin qaydalarına mütləq şəkildə əməl olunmalıdır. Saqlamheyat.az KONKRET.az-ın xəbərinə görə bildirir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib. Deputat bildirib ki, Azərbaycanda koronavirusla mübarizə kifayət qədər uğurla aparılır, dövlət tərəfindən bütün tədbirlər görülür: “Son günlərin statistikası müsbət tendensiyanın əldə olunduğunu […]

Azərbaycanda icra başçısının qardaşı oğlu bıçaqlandı

Göyçay rayonunda bıçaqlanma hadisəsi baş verib. Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, rayon sakini, əvvəllər məhkum olunmuş Cəbrayılov Səməd Surxay oğlu yaşadığı evin qarşısında naməlum şəxslər tərəfindən bıçaqlanıb. S.Cəbrayılov yaxınlarının köməkliyilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralı dərhal əməliyyat olunub. Hazırda vəziyyəti orta-ağırdır. Qeyd edək ki, S.Cəbrayılov Göyçay Rayon İcra Hakimiyyəti başçısı Mehdi Səlimzadənin qardaşı […]

Türkiyə sərhədində DƏHŞƏT – Xeyli sayda ÖLÜ VƏ YARALI VAR

Suriyanın Türkiyə ilə sərhəddə yerləşən Ras-əl-Ayn şəhərində dəhşətli terror aktı törədilib. Azerforum.com AZSABAH.COM-a istinadən xəbər verir ki, partlayış nəticəsində 8 nəfər həlak olub, 10-dan artıq insan xəsarət alıb. Bildirilir ki, partlayış yerli bazarın yaxınlığında olub. Məlumata görə, bazarın yaxınlığında partladıcı maddələrlə doldu avtomobil partladılıb. Xatırladaq ki, Türkiyə ilə sərhəddə yerləşən Suriyanın Rasulayn şəhəri ötən il […]

Photo Gallery

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyul 2020
BE ÇA Ç CA C Ş B
« İyn   Avq »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031