İcra başçısı su və kanalizasiya sisteminin çəkilişi ilə tanış olub

Cənab Prezident İlham Əliyevin qayğısı sayəsində respublikamızın bölgələrində aparılan abadlıq işləri Qazaxda da uğurla həyata keçirilir. Son illər rayonda geniş vüsət alan quruculuq işləri də bu dediklərimizin bariz nümunəsidir. Ölkə rəhbərinin tapşırığına əsasən rayonda icra olunan layihələrdən biri də “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qazax şəhərində içməli su və kanalizasiya sisteminin yenidən qurulmasıdır. Çəkilişlə paralel […]

Zəngilanın Beşdəli kəndindən görüntülər

Müdafiə Nazirliyi Zəngilan rayonunun Beşdəli kəndindən videogörüntülər yayıb. Musavat.com görüntüləri təqdim edir: Bizim Facebook səhifəmizə abunə olun

Azərbaycanda pandemiya yayda bitəcək?- AÇIQLAMA

“Karantin qaydalarının sərtləşdirilməsi və yumşaldılması epidemioloji situasiyaya görə qərar veriləcək. Hesab edirəm ki, bu gün buna ciddi ehtiyac duyulmur. Amma ehtimal həmişə qalır. Çünki koronavirusla bağlı dünyada üzrə verilən proqnozların çoxu özünü doğrultmur”. BAKU.WS xəbər verir ki, bu sözləri tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib. Onun sözlərinə görə, bu proses artıq bir il yarımdır […]

“İlk dəfə içki içdim, belə oldu”- Adam bıçaqlayıb Ukraynaya qaçan şəxsə 8 il cəza

Sumqayıtda adam bıçaqladıqdan sonra ölkədən qaçan şəxs hakim qarşısına çıxarılıb. Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 34 yaşlı Vüsal Cahangirovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan edilib. Məhkəmədə dövlət ittihamçısı çıxış edib. Prokuror Vüsal Cahangirovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini […]

İcra başçısı Ziya Məmmədova vəzifə verdi – YENİ TƏYİNATLAR

Ağstafa Rayon İcra Hakimiyyətində (RİH) yeni təyinatlar olub. Musavat.com unikal.org-a istinadən bildirir ki, icra başçısı Seymur Orucovun əmri ilə, Məmmədov İsa Mahmud oğlu İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı təyin edilib. İcra başçısının digər əmri ilə, Məmmədov Ziya Məmməd oğlu Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini, əvvəllər bu […]

Paytaxtda tramvay xətləri haranı əhatə edəcək?- XƏRİTƏ

Bakıda nəqliyyat infrastrukturu yenidən qurulur. Bu çərçivədə müxtəlif nəqliyyat növlərinin inkişafı planlaşdırılır. BAKU.WS xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev AzTV-nin efirində Bakıda tramvay xətlərinin çəkilməsi ilə bağlı məsələnin gündəmdə olduğunu bildirib: “2021-2030-cu illər üzrə “Dövlət Proqramı” çərçivəsində bu məsələ də gündəmdədir. 2030-cu ilə qədər bizim milli prioritetlərimiz təsdiq edilib. Məqsədimiz […]

Fəxrəddin Manafovun həyat yoldaşı VƏFAT ETDİ

Azərbaycanın Xalq artisti, teatr və kinoaktyoru Fəxrəddin Manafovun həyat yoldaşı Vahidə Sadıqova vəfat edib. Musavat.com Trend-ə istinadən xəbər verir ki, bu barədə aparıcı Hacı Nuran Hüseynov instaqram sosial şəbəkəsindəki hesabında bildirib. Vahidə Sadıqova bu gün 65 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib. Xatırladaq ki, Vahidə Sadıqova Azərbaycan dövlət televiziyasının diktoru olub.

Partiya qurultayına təkliflərim

YAP-ın qurultay keçirəcəyi, bəzi ağsaqqal üzvlərlə vidalaşacağı, gəncləşmə siyasəti aparacağı anons edilmişdir. Yeni Azərbaycan Partiyasının yeniləşməsi, məncə, onun adında da öz əksini tapmalıdır. Qoy partiya indən belə Yeni-yeni Azərbaycan Partiyası, ya da Ən Yeni, Daha Yeni adlansın. Belə siyasi-terminoloji yanaşmalar dövlətçiliyimizin inkişafı, yeniləşməsi üçün də olduqca vacibdir. Məsələn, hərdən görürsən bir dilçi alim çıxır, başlayır […]

YAP-ın təcili qurultay müəmması

Hakim partiya bu barədə rəsmi mövqe bildirməyə tələsmir Mart ayının 5-də hakim Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar qurultayı keçiriləcək. Bu barədə “Yeni Müsavat”a YAP rəhbərliyinə yaxın qaynaqlar məlumat veriblər. Məlumatın yayılmasından keçən müddətdə YAP bu barədə rəsmi mövqe bildirməyib.   YAP üzvü, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov isə “Yeni Müsavat”a […]

Nazirin milyonluq “TOPAZ” biznesinə rəqib gəlir

Gənclər və idman naziri Azad Rəhimovun mərc oyunlarına alternativ yeni bukmeyker “Azərlotereya” işə başlayır; bazarda durğunluğa və inhisara son qoyula bilər Azərbaycanda uzun müddət “TOPAZ” mərc oyunlarının şəriksiz bukmeykeri olub. Amma son illərdə katalizator kontorları durğunluq dövrünü yaşayır. Bunun bir çox səbəblərini sadalamaq olar. Əvvəla, “TOPAZ” məntəqələrinin sayı artmır, hərçənd qarşıya minlərlə belə obyektin açılması […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2021
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031