“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”inə həsr olunan iclas keçirilib

Baş nazir Əli Əsədovun sədrliyi ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq “2021-2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə yaradılan Komissiyanın ilk iclası keçirilib. Bu barədə Musavat.com-a Nazirlər Kabinetindən məlumat verilib. İclasda Azərbaycan Prezidenti tərəfindən 2 fevral 2021-ci il tarixli “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” barədə imzalanmış Sərəncamda Hökumətə “2021-2025-ci illər üzrə […]

Paşinyan “ağ bayraq” qaldırdı – “Danışıqlara hazıram”

Ermənistanın Baş naziri Nikol Paşinyan müxalifətlə razılaşma olacağı təqdirdə növbədənkənar seçkilər keçirilə biləcəyini açıqlayıb. Musavat.com metbuat.az-a istinadən məlumatına görə, o parlamentdəki çıxışında bildirib ki, razılıq olsa, seçkilər bu il baş tuta bilər. Hökumət başçısı müxalifət liderlərini danışıqlara çağırıb. Paşinyanın çıxışı zamanı parlament binasının ətrafında yüksək təhlükəsizlik tədbirləri görülüb. Əraziyə snayperlər yerləşdirilib. Parlamentin qarşısına toplaşan nümayişçilər onu […]

Azərbaycanda daha bir intihar: Müəllim özünü asdı

Tərtər rayonunda qadın intihar edib. “Report”un Qarabağ bürosu xəbər verir ki, rayonun Yuxarı Qaradağlı kənd sakini İsgəndərova Cəmilə Cəbrayıl qızı yaşadığı evin qarşısındakı yardımçı tikilidə asılı vəziyyətdə tapılıb. O, Qapanlı kənd ümumi orta məktəbinin müəllimi olub. Üç övlad anası bir il əvvəl yaşla bağlı pensiyaya çıxıb. Hadisənin intihar olması ehtimal edilir. Faktla bağlı araşdırma aparılır.

Nazir teatr direktorunu işdən çıxarıb yeni vəzifəyə təyin etdi (FOTO)

Ağdaş Regional Mədəniyyət İdarəsinə yeni rəis təyin edilib. “Report”un əldə etdiyi məlumata görə, bununla bağlı mədəniyyət naziri Anar Kərimov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsi Səxavət Məmmədova həvalə olunub. O, bu təyinatadək Mingəçevir Dövlət Dram Teatrının direktoru vəzifəsində çalışıb. Qeyd edək ki, Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Ramiz Quliyev bir […]

Çingiz Qənizadə hakim partiyanın rəhbər orqanlarında təmsil olunacaq?!

Sabah hakim Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar qurultayı keçiriləcək və mətbuatda gedən yazılarda qeyd edilir ki, qurumun rəhbər strukturlarında çox ciddi dəyişikliklər olacaq. Dünən “aspalitka.info” saytının əməkdaşı Rasim Əliyevin yazısında da bu kadr dəyişiklikləri ilə bağlı bir çox məqamlara aydınlıq gətirilib. Amma yazıda diqqətimizi cəlb edən məqam sabiq deputat Çingiz Qənizadənin də Yeni Azərbaycan Partiyasının […]

Zəngəzur dəhlizi Azərbaycanla Türkiyə arasında məsafəni nə qədər qısaldacaq? – VİDEO

Azərbaycanın Qarabağda əldə etdiyi tarixi qələbənin əhəmiyyətli nəticələrindən biri Naxçıvandan birbaşa Azərbaycana uzanan koridorun açılmasıdır. Tarixi Azərbaycan torpağı Zəngəzurdan keçdiyinə görə Zəngəzur dəhlizi adlandırılan bu strateji yol bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokadadan çıxarılmasına xidmət edəcək. Eləcə də, fəaliyyətə başlayacaq Zəngəzur dəhlizi Azərbaycanla Türkiyə arasında məsafəni 400 kilometr qısaldacaq. Bu isə həm xərclərin azalması, […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2021
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031