Azərbaycanda dollara tələbat azaldı

  Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib. Hərracda tələb 52,2 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (16 sentyabr 2021-ci il tarixində keçirilib – red.) müqayisədə 19,2% azalıb.

Dövlət Nəzarəti İnformasiya Sistemi fəaliyyətə başladı

    Azərbaycan Respublikası Prezidentinin fərman, sərəncam və tapşırıqlarının icra vəziyyətinə nəzarətin elektron qaydada həyata keçirilməsi üçün yeni elektron informasiya sisteminin yaradılması və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin əsas səmərəlilik göstəriciləri üzrə qiymətləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Dövlət Nəzarəti İnformasiya Sisteminin yaradılması haqqında” 2021-ci il 30 yanvar tarixli 1275 nömrəli Fərman imzalanıb. Fərmana uyğun […]

Əhaliyə şad xəbər: Ətin qiyməti ucuzlaşacaq

İşğaldan azad edilmiş ərazilərdə heyvandarlığın inkişafı ölkədə ət və süd məhsullarının qiymətlərinin aşağı düşməsinə şərait yaradacaq. Bunu Trend-ə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib. Komitə sədri bildirib ki, ərzaq təhlükəsizliyinin təmin edilməsi, əhalinin bu məhsullara olan tələbatının ödənilməsi dövlətin qarşısında duran başlıca məsələlərdən biridir: “Bu baxımdan heyvandarlığın inkişafı, hevandarlıq məhsullarına olan tələbatın […]

İrandan gətirilən kartof Azərbaycana buraxılmadı – SƏBƏB

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.   AQTA-dan  verilən xəbərə görə, nəzarət tədbirləri çərçivəsində İran İslam Respublikasından fiziki şəxs Yalçın Nemət Oqtay oğlu tərəfindən sari ilin 6 və 10 sentyabr tarixlərində idxal edilən ümumi çəkisi 47600 kq, hüquqi şəxs “Salamoğlu-2020” MMC tərəfindən isə 7, 8 və […]

Məktəblərdə ilk dərs “Qarabağ Azərbaycandır!” mövzusu olacaq

Yeni tədris ilində I-XI siniflərdə ilk dərs “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunacaq.   Bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov deyib.   Xatırladaq ki, sabah – sentyabrın 22-də Azərbaycanda fəaliyyət göstərən orta məktəblərin ibtidai (I-IV) siniflərində ənənəvi formada yeni dərs ili başlayır. Digər siniflər və məktəbdənkənar müəssisələrdə isə sentyabrın 29-dan həftədə beş dəfə […]

Sülh müqaviləsi yalnız bu halda imzalana bilər – ŞƏRTLƏR

Müharibədən sonrakı dövrdə Ermənistan və Azərbaycan arasında sülh danışıqlarının aparıldığı barədə iddialar səngimir. Ötən həftə Ermənistan mediası Moskvada “sülh müqaviləsi” ilə bağlı müzakirələrin aparıldığı iddiasını tirajlayıb.   İddiaya görə, Ermənistan müdafiə naziri Arşak Karapetyanın rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyada keçirilən “Qərb-2021” hərbi təlimləri çərçivəsində Azərbaycanla “sülh müqaviləsi”nin detallarını müzakirə edib.   İndiki durumda Ermənistan və […]

Azərbaycanlıların nikahda üstünlük verdiyi 5 ÖLKƏ – Bu ilin STATİSTİKASI

Bu il əcnəbilər və vətəndaşlığı olmayanlarla nikaha girən azərbaycanlıların sayı açıqlanıb.   Ədliyyə Nazirliyindən  bildirilib ki, cari ilin yanvar-iyul aylarında qeydiyyat orqanları tərəfindən ümumilikdə 30.290 nikah dövlət qeydiyyatına alınıb:   “Qeyd edilən dövr ərzində nikaha daxil olan şəxslərdən 889-u əcnəbi və vətəndaşlığı olmayan şəxslərdir. Onlardan 493 nəfəri kişilər, 396 nəfəri qadınlardır”. Rəsmi məlumata görə, Azərbaycan Respublikasının […]

Aqiyə Naxçıvanlı: “Qalib Azərbaycan Ordusu Cənubi Qafqazda sülhün və əmin-amanlığın ən etibarlı təminatçısıdır”

“Bu gün Azərbaycanda ordu quruculuğu sahəsində həyata keçirilən irimiqyaslı islahatlar sayəsində peşəkar, yüksək döyüş qabiliyyətinə malik və ən müasir silahlarla silahlanmış ordu formalaşıb. Ölkə Prezidenti cənab İlham Əliyevin inamla yürütdüyü uğurlu daxili və xarici siyasət və bu zəmində Azərbaycanın əldə etdiyi böyük iqtisadi uğurlar ölkəmizə belə bir ordu yaratmaq imkanı verdi və bu, Vətən müharibəsində […]

Məktəblərdə ikinövbəli dərslərin səbəbi – Rəsmi açıqlama

“Orta məktəblərdə ikinövbəli dərslərin təşkili zərurətdən irəli gələn seçimdir”. Bunu Bakı üzrə Şəhər Təhsil İdarəsinin mətbuat katibi Bəşarət Məmmədov valideynlərin  məktəblərdə birnövbəli dərslərin keçirilməsi ilə bağlı tələblərinə aydınlıq gətirərkən deyib: “Bəzən məktəblərdə tədrisin növbəli təşkili ilə bağlı müxtəlif fikirlər səslənir. Məktəb rəhbərləri və müəllimlər də birnövbəli tədrisə üstünlük verərdi. Ancaq bir sıra məktəblərdə mövcud sıxlığın […]

Xərçəngin əmələ gəlmə səbəbləri

Şiş xəstəliklərinin əmələ gəlməsində bioloji, fiziki və kimyəvi amillərin rolu vardır. Bəzi hallarda isə bu amillər kompleks şəkildə orqanizmə təsir edir. Şiş toxumasının əmələ gəlməsində müxtəlif nəzəriyyələr meydana sürülmüşdür.   Bunlar aşağıdakılardır: – dizontogenetik nəzəriyyə – fiziki-kimyəvi nəzəriyyə – polietioloji nəzəriyyə.   Dizontogenetik nəzəriyyə hüceyrələrin embrional inkişaf qüsurlarına əsaslanır. Bu zaman xarici mühit amilləri prosesə […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2021
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930