Prezident və xanımına Zəngilanın Baş planı təqdim olundu – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyevaya mayın 26-da Zəngilan şəhərinin Baş planı təqdim olunub. Cumhuriyyet.az xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev məlumat verdi ki, Baş plan Komitənin sifarişi əsasında bu sahədə böyük təcrübəyə malik nüfuzlu beynəlxalq şəhərsalma qrupu – İsveçrənin “sa_partners” şirkəti tərəfindən yerli mütəxəssislərin iştirakı ilə […]

Zəngilanda İşğal və Zəfər muzeylərinin təməli qoyuldu – YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 26-da Zəngilan rayonunda İşğal və Zəfər muzeyləri kompleksinin təməlqoyma mərasimində iştirak ediblər.   Cumhuriyyet.az xəbər verir ki, mərasimdə məlumat verilib ki, Zəngilan İşğal və Zəfər muzeyləri kompleksi layihəsinin əsas məqsədi müharibənin ətraf mühitə dağıdıcı təsirləri barədə məlumatlılığı artırmaqdır. Layihə hazırlanarkən dayanıqlılığın müxtəlif aspektləri həm landşaft, […]

Polşa deputatları Azərbaycana gələcək

Polşa-Azərbaycan parlamentlərarası qrup Azərbaycana səfər edəcək.   Cumhuriyyet.az xəbər verir ki, bunu Polşanın Azərbaycandakı səfiri Rafal Poborski deyib.   Diplomat bildirib ki, səfər iyun ayının əvvələrində baş tutacaq.   Rafal Poborskinin sözlərinə görə, Polşa-Azərbaycan parlamentlərarası qrup azərbaycanlı həmkarları ilə Bakıda müzakirələr aparacaq: “Növbəti mərhələdə biz Milli Məclisin sədri Sahibə Qafarovanın Polşaya səfərini gözləyirik”.   Səfir […]

Prezident Zəngilan məscidinin tikinti işləri ilə tanış oldu- FOTOLAR

Mayın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Paşa Holding” MMC-nin dəstəyi ilə Heydər Əliyev Fondu tərəfindən inşa olunan Zəngilan məscidində tikinti işlərinin gedişi ilə tanış olublar. Cumhuriyyet.az xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov görülən işlər barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verdi. Qeyd edək ki, Ermənistanın torpaqlarımızı işğal […]

Türkiyə Suriyada əməliyyata başlayır – RƏSMİ

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçirilib.   Cumhuriyyet.az xəbər verir ki, iclasda Türkiyə ordusunun Suriyanın şimalında yeni antiterror əməliyyatının keçirilməsinə qərar verilib.   İcasdan sonra yayılan bəyanatda bildirilir ki, terror təşkilatlarını hədəf alan əməliyyatlar Türkiyənin qonşularının ərazi bütövlüyünə qarşı deyil: “Atılan və həyata keçiriləcək tədbirlər qonşularımızın təhlükəsizliyinə […]

Şakira həbs olunacaq

Dünya şöhrətli estrada müğənnisi Şakira İspaniyada 14,5 milyon avro məbləğində vergidən yayınmaqda ittiham olunur.   Cumhuriyyet.az xarici KİV-ə istinadən xəbər verir ki, məşhur müğənni 6 fərqli ittihamla mühakimə olunacaq.   Şakira buna etiraz etsə də, Barselona Məhkəməsi onun şikayətini rədd edib və mühakimə olunmasına qərar verib.

Tokayev Azərbaycan liderinə məktub YAZDI

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.   Cumhuriyyet.az xəbər verir ki, təbrikdə deyilir:   “Hörmətli İlham Heydər oğlu.   Milli bayramınız – Müstəqillik Günü münasibətilə Sizi və bütün Azərbaycan xalqını Qazaxıstan xalqı adından və şəxsən öz adımdan təbrik edirəm.   Sizin müdrik rəhbərliyinizlə Azərbaycan dövlətçiliyin möhkəmlənməsi, əhalinin sosial-iqtisadi rifahının təmin […]

İsrail Prezidenti İlham Əliyevə ZƏNG ETDİ

İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.   Cumhuriyyet.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.   İsrail Dövlətinin Prezidenti qarşıdan gələn 28 May – Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb.   Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə İsrail Dövlətinin Prezidentinə minnətdarlığını bildirib.   […]

Prezident Zəngilan aeroportunun tikinti işləri ilə tanış oldu – FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 26-da Zəngilan rayonuna da səfər ediblər. Cumhuriyyet.az xəbər verir ki, dövlət başçısı və birinci xanım Zəngilan Beynəlxalq Hava Limanında aparılan tikinti işlərinin gedişi ilə tanış olublar. Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya hava limanında görülən işlər barədə məlumat verilib. Bildirilib ki, perronda […]

Mehriban Əliyevadan Prezidentlə bağlı maraqlı paylaşım

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Zəngilan rayonundan paylaşım edib.   Cumhuriyyet.az xəbər verir ki, paylaşımda deyilir:   “İşğaldan azad olunmuş Zəngilan. Arzular gerçəkləşir”.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2022
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031