Meymunçiçəyinin bilmədiyimiz ƏLAMƏTLƏRİ

Meymunçiçəyi – zoonoz virus xəstəliyidir, yəni heyvandan insana keçən infeksiya. Simptomları təbii çiçəyin klinlki təzahürləri ilə oxşardır, lakin meymunçiçəyində xəstəliyin kliniki gedişi nisbətən yüngül olur. İlk dəfə 1958-ci ildə laboratoriyada sınaq aparmaq üçün nəzərdə tutulmuş meymunlarda aşkar olunub, ona görə də virusa rəsmi olaraq “Monkeypox virus”u adı verilib. Virusun zoonoz ötürülməsi (heyvandan insana) xəstəliyə yoluxmuş […]

“Dilimiz sərvətimizdir”

1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür. Mediaxeberleri.az xəbər verir ki, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağstafa nümayəndəliyinin təşkilatçılığı ilə “Dilimiz sərvətimizdir” layihəsi həyata keçirilib. Layihə çərçivəsində gənclər bir araya gəliblər. Onlar dilimizdə ən çox səhv yazılan sözləri araşdırıblar. Daha sonra həmin sözləri müqayisəli şəkildə nümayiş etdiriblər.

Ötən gün cəmi 6 vaksin vurulub

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 6 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Cumhuriyyet.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı isə 4 olub. Son sutkada pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya […]

Azərbaycanda sağalanlar yoluxanları ötdü – Ölən yoxdur

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 102 yeni yoluxma faktı qeydə alınıb, 104 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada COVID-19-dan vəfat edən olmayıb.  

Stoltenberqdən Türkiyəyə təşəkkür

NATO-nun baş katibi Yens Stoltenberq taxıl böhranının həllində oynadığı rola görə Türkiyəyə təşəkkür edib. Cumhuriyyet.az xəbər verir ki, Stoltenberq sosial media hesabından Ukrayna taxılının daşınması ilə bağlı açıqlama verib. “Müttəfiqimiz Türkiyəyə əsas roluna görə təşəkkür etmək istəyirəm”, – Stoltenberq bildirib.

Pelosi sabah Tayvana səfər edə bilər – CNN

Çin tərəfinin mümkün hərbi müdaxilə və münaqişə ilə bağlı xəbərdarlıqlarına baxmayaraq ABŞ Konqresinin Nümayəndələr Palatasının sədrinin sabah Tayvana səfər edə və ada ölkəsinin lideri Tsay İnq-venlə görüşə bilər. Cumhuriyyet.az xəbər verir ki, Asiya turnesində olan ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin cədvəlində olmasa da Tayvana səfər edəcəyini “The China Times” qəzeti, sonra isə CNN elan […]

Ac timsal kəndə daxil oldu – VİDEO

Son həftələrdə İranın onlarla əyalət və şəhərlərində baş verən sel daşqınlarından sonra ac timsahlar yaşayış bölgələrinə giriblər. Cumhuriyyet.az xəbər verir ki, sosial mediada Sistan-Bəluçistan əyalətinin Dəştyari şəhərinin Rikukəş kəndinə daxil olmuş timsahın görüntüsü yayılıb. Xatırladaq ki, İranda baş verən son sel daşqınları ölkənin 20 əyalətinə, 111 şəhərinə və 29 nəqliyyat qovşağına ciddi xəsarət vurub, 60-dan […]

Səlim Müslümov məhkəməyə belə gəldi – FOTO

  Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinə gələrkən görüntüsü yayımlanıb. Cumhuriyyet.az Report-a istinadən həmin fotoları təqdim edir. Qeyd edək ki, S.Müslümov vəzifədən azad edildikdən sonra ilk dəfədir görüntülənir. Məhkəmə prosesinin ilk iclası isə hakimlərdən birinin koronavirusa yoluxması səbəbindən təxirə salınıb.

Prezident vacib SƏRƏNCAM imzaladı

Prezident İlham Əliyev Ucar rayonunun Müsüslü–Təzə Şilyan–Bərgüşad–Bağban–Yuxarı Şilyan–Boyat–Qazyan avtomobil yolunun tikintisi ilə bağlı bəzi tədbirlər haqqında Sərəncam imzalayıb. Cumhuriyyet.az xəbər verir ki, sərəncamla iyirmi doqquz min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Müsüslü–Təzə Şilyan–Bərgüşad–Bağban–Yuxarı Şilyan–Boyat–Qazyan avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün […]

Qazax: Qəhrəmanların bizə əmanət olan balaları üçün oyun və əyləncə parkı açılıb

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək qardaş Türkiyə dövlətinin azərbaycanlı körpələrə, xüsusilə də şəhid və qazi övladlarına böyük töhfəsi olan oyun və əyləncə parkının yaradılmasında əziyyəti keçən insanlara öz adından və rayon ictimaiyyəti adından minnətdarlığını bildirib. “Tək müharibə vaxtı deyil, müharibədən sonra da Türkiyə dövləti bizdən öz dəstəyini əsirgəmədi. Yüzlərlə qazimizə qucaq […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Avqust 2022
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031