Ermənilərdən növbəti TƏXRİBAT – VİDEO

Erməni teleqram kanalları növbəti təxribata əl atıb. Cumhuriyyet.az xəbər verir ki, sözügedən kanllarda yayılan videoda guya İran Azərbaycanla sərhəddə təlim keçirmək üçün əraziyə texnika yığır. Əldə etdiyimiz məlumata görə, bu, erməni teleqram kanallarının İran-Azərbaycan münasibətlərinə xələl gətirmək üçün növbəti təxribat xarakterli dezinformasiyasıdır.

Xırdalanda yaşayış binasında GÜCLÜ PARTLAYIŞ – VİDEO

Xırdalanda yaşayış binasında partlayış olub. Cumhuriyyet.az xəbər verir ki, hadisə şəhərin mərkəzində qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) və hüquq-mühafiə orqanlarının əməkdaşları cəlb edilib. Əlavə məlumat veriləcək.

Baydenin testi yenə müsbət çıxdı

ABŞ prezidenti Co Baydenin koronavirus testi yenə müsbət nəticə verib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə “Reuters” onun həkiminə istinadən məlumat yayıb. Həkim Kevin Okonnor bildirib ki, Bayden özünü yaxşı hiss etməyə davam edir və hərarəti yoxdur. O, həmçinin qeyd edib ki, prezident hələ də vaxtaşırı öskürür. Prezident yoluxmaların 70-85%-ni təşkil edən BA.5 omikron ştammının […]

Jurnalist Araz Zeynalov vəfat etdi

Tanınmış jurnalist Araz Zeynalov dünyasını dəyişib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb. Bildirilib ki, A. Zeynalov uzun sürən xəstəlikdən sonra bu gün vəfat edib. Qeyd edək ki, A.Zeynalov “Azərbaycan gəncləri”, “Panorama”, “Kaspiy” qəzetlərində, “Vesti.az” saytında çalışıb. Allah rəhmət eləsin!

Ceyhun Bayramov Qarabağdakı vəziyyətdən DANIŞDI

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar arasında telefon danışığı baş tutub. XİN-dən Cumhuriyyet.az-a verilən məlumata görə, telefon danışığı zamanı tərəflər arasında bölgədə cari vəziyyət və yaranmış gərginlik müzakirə olunub. C.Bayramov son günlərdə Ermənistan tərəfindən həm iki dövlətin sərhəd bölgəsində, həm də Rusiya Federasiyası sülhməramlı kontingentinin […]

Laçın dəhlizində əməliyyat gedir? – MN rəsmisindən AÇIQLAMA

Ermənistan mətbuatı iddia edir ki, hazırda Laçın dəhlizi ərazisində döyüşlər gedir. Cumhuriyyet.az xəbər verir ki, təmas xəttindən gələn müxtəlif tipli xəbərlərlə bağlı Qazet.az Müdafiə Nazirliyinin Mətbuat Katibi Anar Eyvazovla əlaqə saxladı. Anar Eyvazov açıqlamasında bildirdi ki, “Bu barədə məlumatı dəqiqləşdirib mətbuata xəbər verəcəyik”.

Energetika Nazirliyinin işçilərinin say həddi artırıldı – FƏRMAN

Energetika Nazirliyinin işçilərinin say həddi artırılıb. Cumhuriyyet.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin müvafiq fərmanında əksini tapıb. Fərmana əsasən, Energetika Nazirliyinin işçilərinin say həddi cəmi 200 ştat vahidi olmaqla, Nazirliyin Aparatı üzrə 160 ştat vahidi, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi üzrə 40 ştat vahidi müəyyən edilib. Bundan əvvəl Energetika Nazirliyinin […]

Azərbaycan antiterror əməliyyatı keçirdi – Şəhidimizin qisası alındı

Azərbaycan Ordusu bu gün keçirdiyi cavab tədbirləri ilə şəhidimizin qisasını alıb. Sfera.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Azərbaycan Ordusu tərəfindən antiterror əməliyyatı keçirilib. Terrorçuların artilleriya hərbi hissəsi və bir postu darmadağın edilib. Erməni tərəfində ölən və yaralananlar var. Son günlər baş verənlər, eləcə də Ermənistan tərəfinin açıqlamaları və provokasiyaları gərginliyin baş verəcəyinə […]

Prezident BU ŞƏXSLƏRİ mükafatlandırdı

Prezident İlham Əliyev Slovakiyanın Banska Bistritsa şəhərində keçirilən XVI Avropa Gənclər Yay Olimpiya Festivalında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərinin mükafatlandırılması haqqında Sərəncam imzalayıb. Cumhuriyyet.az xəbər verir ki, Sərəncama əsasən, ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri aşağıdakı məbləğdə mükafatlandırılıblar: 1.1. birinci yeri tutan hər bir idmançı – […]

Şəhid əsgərimiz Anar Kazımovun evindən FOTOLAR

Bu gün Laçında erməni təxribatı nəticəsində şəhid olmuş əsgərimiz Kazımov Anar Rüstəm oğlunun Şəmkir rayonunun Qaracəmirli kəndində yerləşən evinin həyətində hüzr mərasimi üçün hazırlıq görülür. Şəhidilə vida mərasimi sabah saat 12-də olacaq və 18 yaşlı şəhid Anar Kazımov Qaracəmirli kəndində dəfn olunacaq. Allah şəhidə rəhmət, qəvi düşmənlərə lənət eləsin.(Musavat.com)  

Photo Gallery

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Avqust 2022
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031