
ABŞ prezidenti Co Baydenin bu səhər verdiyi növbəti koronavirus testinin nəticəsi müsbət olub. Cumhuriyyet.az xəbər verir ki, bu barədə onun həkimi Kevin Okonnor məlumat verib. Prezident özünü təcrid etməyə davam edəcək. Həkimin sözlərinə görə, dövlət başçısı özünü yaxşı hiss edir. “Onun dünən verdiyimiz müsbət nəticəsini nəzərə alaraq, gündəlik monitorinqi davam etdirdik. Təəccüblü deyil ki, bu […]
İyl 31 2022 | Posted in
Dünya |
Read More »

Avropanın əsas enerji mənbəyi Türkiyə və Azərbaycanın ortaq layihəsi olan TANAP-dır. Cumhuriyyet.az “Milliyətə” istinadən xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın bildirib. Avropalıların Rusiyadan enerji almayacaqlarına dair açıqlamalarına diqqət çəkən Kalın iki əsas alternativdən biri Türkiyə və Azərbaycanın ortaq layihəsi olan TANAP olduğunu açıqlayıb. Alternativ layihələrin, xüsusilə də “Nabucco”nun keçmişdə həyata keçirilə bilmədiyini […]
İyl 31 2022 | Posted in
Dünya |
Read More »

Rusiya-Türkiyə danışıqlarında müzakirə ediləcək məsələlər açıqlanıb. Cumhuriyyet.az “Anadolu”ya istinadən xəbər verir ki, təfərrüatlar barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın “Kanal 7″nin efirində bildirib. Kalın deyib ki, prezident Rəcəb Tayyib Ərdoğanın avqustun 5-ə planlaşdırılan Soçi səfəri zamanı rusiyalı həmkarı Vladimir Putinlə görüşündə taxıl daşınması müqaviləsi, ərzaq təhlükəsizliyi və Qara dənizdə gəmilərin hərəkəti məsələləri müzakirə olunacaq. Türkiyə […]
İyl 31 2022 | Posted in
Siyasət |
Read More »

Vətən müharibəsi iştirakçısı, baş gizir Əzizov Əzizxan Müqamət oğlu ailə həyatı qurub. Cumhuriyyet.az xəbər verir ki, o, Nərgiz adlı xanımla evlənib. Cütlüyün toyu Bakıdakı restoranların birində baş tutub.
İyl 31 2022 | Posted in
Son Xəbər |
Read More »

Çin Hərbi Hava Qüvvələrinin (HHQ) təyyarələri ölkənin milli suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün Tayvan adasına göndərilib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Çin Xalq Azadlıq Ordusunun (AXO) Hərbi Hava Qüvvələrinin rəsmi nümayəndəsi Şen Tsinke bildirib. Onun sözlərinə görə, Çin Hərbi Hava Qüvvələrinin bir çox təyyarələri adada uçuşlar həyata keçirir.
İyl 31 2022 | Posted in
Dünya |
Read More »

İran sərhədçiləri və “Taliban” silahlıları arasında İran-Əfqanıstan sərhədində atışma başlayıb. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Sistan və Bəlucistan əyalətinin Hilmənd rayonunun rəhbəri Meysam Barazande bildirib. Onun sözlərinə görə, hazırda sərhəddə atışma gedir. M.Barazande silahlı toqquşma nəticəsində itkilərin sayının dəqiqləşdirildiyini vurğulayıb. İnsidentin səbəbi hələlik açıqlanmayıb.
İyl 31 2022 | Posted in
Dünya |
Read More »

Rusiya Prezidenti Vladimir Putin yeni dəniz doktrinası imzalayıb. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. O, Sankt-Peterburqda dəniz paradında çıxışı zamanı deyib ki, Rusiya üçün əsas təhlükələr ABŞ-ın okeanlarda hökmranlıq kursu və NATO-nun fəaliyyətinin artmasıdır: “Rusiya öz dəniz sərhədlərini hər vasitə ilə möhkəm qoruyacaq. Donanma ölkənin suverenliyinə qəsd edən hər kəsə ildırım […]
İyl 31 2022 | Posted in
Dünya |
Read More »

Filippinin keçmiş prezidenti Fidel Ramos 94 yaşında ölüb. Cumhuriyyet.az xəbər verir ki, eks-prezident ölkənin Makati Tibb Mərkəzində COVID-19-un ağırlaşması səbəbindən vəfat edib. O, 1992-1998-ci illərdə prezident vəzifəsini icra edib.
İyl 31 2022 | Posted in
Dünya |
Read More »

Azərbaycanda son gündə koronavirus əleyhinə 1 682 vaksin vurulub. Bu barədə Cumhuriyyet.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. Gün ərzində birinci doza vaksinlərin sayı 213, ikinci doza vaksinlərin sayı 119 təşkil edib. Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 1 130-dur. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 220 olub. Qeyd […]
İyl 31 2022 | Posted in
Cəmiyyət |
Read More »

Azərbaycanda koronavirusa 434 yeni yoluxma qeydə alınıb, 324 nəfər müalicə olunaraq sağalıb. Bu barədə Cumhuriyyet.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. Məlumata görə, sutka ərzində koronavirusdan 1 nəfər vəfat edib. Ölkədə indiyədək 798 838 nəfər koronavirusa yoluxub. Onlardan 786 682 nəfər müalicə olunaraq sağalıb, 9 748 nəfər vəfat edib, aktiv xəstə sayı 2 408 nəfərdir. […]
İyl 31 2022 | Posted in
Cəmiyyət |
Read More »