
ABŞ dövlət katibi Entoni Blinken NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşəcək. Cumhuriyyet.az xəbər verir ki, bu barədə məlumat Alyansın rəsmi saytında yer alıb. Bildirilib ki, görüş sentyabrın 9-da Belçikanın paytaxtı Brüsseldə – NATO-nun mənzil-qərargahında baş tutacaq. Xatırladaq ki, hazırda amerikalı diplomat Ukraynanın paytaxtı Kiyevdə səfərdədir.
Sen 8 2022 | Posted in
Dünya |
Read More »

Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarovun “Report” İnformasiya Agentliyinə müsahibəsini təqdim edirik – Cənab nazir, xəbər verildiyi kimi, Azərbaycanın Elm və Təhsil Nazirliyi ilə İqtisadiyyat Nazirliyi “İT Akademiya” adlı layihəyə start verir (https://it-academy.az/). Layihə və onun məqsədləri barədə məlumat verməyinizi xahiş edirik. – “İT Akademiya” İqtisadiyyat Nazirliyi ilə Elm və Təhsil Nazirliyinin informasiya texnologiyaları sahəsində yeni peşəyə yiyələnmək […]
Sen 8 2022 | Posted in
Son Xəbər |
Read More »

Hökumət insanların enerji ödənişləri ilə bağlı çətinliyini anlayır. Cumhuriyyet.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın yeni Baş naziri Liz Trass hökumətin enerji ödənişlərilə bağlı planlarından danışarkən bildirib. Baş nazir bu siyasətin həyata keçirilməsi üçün fövqəladə qanunvericiliyin irəli sürüləcəyini qeyd edib. Trass oktyabr ayından etibarən ev təsərrüfatlarının enerji xərclərinin ildə […]
Sen 8 2022 | Posted in
Dünya |
Read More »

İspaniyanın paytaxtı Madriddə səfərdə olan Ceyhun Bayramov bu ölkənin senatının sədri Ander Gil ilə görüşüb. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi tviterdə məlumat yayıb. Bildirilib ki, görüşdə Azərbaycan ilə İspaniya arasında ikitərəfli və parlamentlərarası əlaqələrin möhkəmləndirilməsinin vacibliyi vurğulanıb.
Sen 8 2022 | Posted in
Siyasət |
Read More »

Sentyabrın 20-də Kremldə Rusiya prezidenti Vladimir Putinə xarici ölkələrin səfirlərinin etimadnaməsini təqdimetmə mərasimi keçiriləcək. Cumhuriyyet.az xəbər verir ki, bu barədə dövlət başçısının beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib. “Sentyabrın 20-də Kremldə xarici ölkələrin səfirlərinin etimadnaməsini təqdimetmə mərasimi keçiriləcək. Məncə, 22-yə yaxın səfir artıq toplanıb”, – Uşakov jurnalistlərə bildirib.
Sen 8 2022 | Posted in
Dünya |
Read More »

Ermənistanda doğum azalıb, boşanma artıb. Cumhuriyyet.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, 2022-ci ilin yanvar-iyul aylarında Ermənistanda 19 462 körpə doğulub ki, bu da ötən illə müqayisədə 664 nəfər azdır. Bu haqda Milli Statistika Komitəsinin məlumatlarında bildirilib. Eyni zamanda, hesabat dövründə daha çox boşanmağa, daha az nikah qeydə alınıb başlayıblar. Belə ki, 2022-ci ilin yanvar-iyul […]
Sen 8 2022 | Posted in
Dünya |
Read More »

“Rusiya Prezidenti Vladimir Putin iradlarında haqlıdır”. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Onun sözlərinə görə, Ukraynadan ixrac olunan taxıl kasıb ölkələrə getmir: “Taxıl zəngin ölkələrə daşınır. Kasıb ölkələrə də taxıl göndərilməlidir. Eyni zamanda, biz istəyirik ki, Rusiyadan da taxıl daşınsın. Bunu gözləyirik. Səmərqənddə Putinlə bu […]
Sen 8 2022 | Posted in
Dünya |
Read More »

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Nəsimi rayonunda yeni korpusu tikilən 35 saylı tam orta məktəbdə yaradılan şəraitlə tanış olub. Cumhuriyyet.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov məktəbdə yaradılan şərait barədə dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, 1931-ci ildən fəaliyyət göstərən 35 nömrəli tam orta məktəb tamamilə yenidən qurulub, […]
Sen 8 2022 | Posted in
Manşet |
Read More »

Şuşada yaradılacaq “ASAN xidmət” mərkəzinin tikinti-təmir işləri gedir. Mərkəzin növbəti ildə fəaliyyətə başlaması gözlənilir. Cumhuriyyet.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib. Azad edilmiş digər ərazilərdə infrastruktur tədbirlərinin həyata keçirildiyini bildirən agentliyin sədri vaxtı gələndə həmin rayonlarda da “ASAN xidmət” […]
Sen 8 2022 | Posted in
Önəmli |
Read More »

Cari ilin iyun və iyul aylarında 100-ə yaxın bağça müdiri yol verdiyi nöqsanlara görə işdən çıxarılıb. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı məlumat verib. Onun sözlərinə görə, bağlara nəzarət tədbirləri bundan […]
Sen 8 2022 | Posted in
ÖLKƏ |
Read More »