İsveç “Şimal axını” kəmərlərində təxribatın baş verməsini təsdiqlədi

İsveç Təhlükəsizlik Polisi (SAPO) “Şimal axını” sisteminin qaz kəmərlərində sızma yerlərinin təftişini başa çatdırıb. “Təhlükəsizlik Polisi hadisə yerini araşdırdıqdan sonra müəyyən edib ki, İsveç iqtisadi zonasında “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərində partlayışlar baş verib və boru kəmərlərinə xeyli ziyan dəyib”, – SAPO-nun press-relizində bildirilib. Təhlükəsizlik Polisi Milli Təhlükəsizlik Baş İdarəsinin prokurorluğunun […]

Rusiya XİN Bakı və İrəvanı Qarabağdakı insidentləri araşdırmağa çağırıb

Qarabağda birinci və ikinci müharibələr zamanı baş verən bütün hadisələr, o cümlədən hərbi cinayətlərin əlamətlər hərtərəfli təhlil tələb edir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözcüsü Mariya Zaxarova ənənəvi brifinq zamanı news.ru saytının əməkdaşının sualını cavablandırarkən deyib. O, Bakının bəzi dövlətlərin Ermənistanı 4 min itkin düşmüş şəxsin taleyi, habelə onların dəfn olunduğu yerlər barədə məlumat verməyə […]

Azərbaycan, Ermənistan, Fransa və Avropa İttifaqı rəhbərlərinin dördtərəfli görüşü başlayıb – FOTO

Praqada Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan, Fransa Prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının sədri Şarl Mişel arasında dördtərəfli görüş başlayıb. Liderlər Azərbaycan və Ermənistan arasındakı münasibətləri, eləcə də regionda davamlı sülhün təmin olunmasını müzakirə edirlər.

İsrailin ordusu Livanla sərhəddə gərginliyə hazırlaşır

İsrailin müdafiə naziri Benni Qantz ölkənin hərbi strukturlarına həm müdafiə, həm də hücum ssenariləri daxil olmaqla, Livanla sərhəddə artan gərginliyə hazırlaşmağı tapşırıb. Bu barədə cümə axşamı İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. “Müdafiə naziri Benni Qantz bu gün İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi, Müdafiə Nazirliyinin baş direktoru və Əməliyyatlar rəisi ilə qiymətləndirmə iclası […]

Azərbaycan, Türkiyə və Ermənistan liderlərinin qeyri-rəsmi görüşündən görüntülər – FOTO

Bu gün Çexiyanın paytaxtı Praqada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında qeyri-rəsmi görüş olub. Cumhuriyyet.az xəbər verir ki, görüş “Avropa Siyasi Birliyi” liderləri zirvə toplantısı çərçivəsində baş tutub. Görüşdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu və Ermənistanın xarici işlər […]

Türkiyə 4 il sonra İsrailə səfir təyin edib

Türkiyə İsrailə yeni səfir təyin edib. Cumhuriyyet.az-ın xəbərinə görə, Prezident Rəcəb Tayyib Ərdoğanın müvafiq fərmanı ilə Şakir Özkan Torunlar bu vəzifəyə təyin olunub. Qeyd edək ki, Torunlar 2010-2014-cü illərdə Türkiyənin Yerusəlimdə Baş Konsulu və Fələstinin səfiri vəzifələrində çalışıb. Xatırladak ki, bundan əvvəl, İsrail Ankaradakı sabiq müvəqqəti işlər vəkili İrit Lillianı Türkiyədə səfir vəzifəsinə təyin edib.

Müəllimin döydüyü iddia olunan şagirdin valideyni: “Mən bilmirəm övladımı vurublar, ya yox?” – YENİLƏNİB

Sabunçu rayonunda yerləşən 310 nömrəli məktəbdə müəllimin 4-cü sinif şagirdini döyməsi barədə yayılan iddiaları uşağın anası Kəmalə Məmmədova təsdiqləyib. Valideyn Oxu.Az-a açıqlamasında onlarla heç bir danışıq aparılmadığını, sinif rəhbəri Leyla Niyazovanın övladına qarşı ayrı-seçkilik etdiyini deyib: “Müəllimə övladımıza qarşı ayrı-seçkilik edir. Uşaq deyir ki, mən dərs danışmaq istəyirəm, müəllim hamını dərsə qaldırır, məni qaldırmır. Leyla […]

İlham Əliyevin Şarl Mişellə görüşü keçirilib – YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Çex Respublikasının Baş naziri Petr Fialanın dəvəti ilə “Avropa siyasi birliyi” Zirvə Toplantısında iştirak etmək üçün Praqada səfərdədir. Cumhuriyyet.az xəbər verir ki, oktyabrın 6-da Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşü olub. Görüşdə Ermənistan-Azərbaycan əlaqələrinin normallaşdırılması istiqamətində Brüsseldə Şarl […]

İcra başçısı haqqında xəbər saytlarında və sosial şəbəkədə yer alan fikirlər həqiqəti əks etdirmir

05.10.2022-ci il tarixdə 32gun.az və Turantv.az xəbər saytlarında dərc edilən “İcra başçısı Rəcəb Babaşov iclasda qadınların içərisində “var-yox” söyüşü söydü” sərlövhəli yazıda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov haqqında qeyd edilənlər həqiqəti əks etdirmir. Yazıda adı çəkilən Qazax Rayon İcra Hakimiyyəti başçısının Kosalar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Əsədov Ramiz Məsi oğlu 08.06.2022-ci […]

Müəllim dördüncü sinif şagirdini döydü – İDDİA

Yeni tədris prosesi başladığı gündən məktəblərlə bağlı qalmaqallar bitmir. Bu dəfə Bakı şəhəri, Sabunçu rayonu, Yavər Əliyev küçəsində yerləşən 310 nömrəli tam orta məktəbdə müəllimin dördüncü sinif şagirdini döyməsi iddiası yayılıb. Cumhuriyyet.az xəbər verir ki, hadisə ilə bağlı sosial şəbəkələrdə paylaşım edilib. İddiaya görə, valideyn müəllimlə bağlı polisə şikayət edib: “Valideyn haqlı olaraq etirazını bildirib. […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2022
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31