Putin: “Planet ABŞ hərbi bazaları ilə doludur”

Rusiya Prezidenti Vladimir Putin Federal Məclisdə çıxışı zamanı deyib ki, heç bir ölkənin xaricdə ABŞ-ninki qədər hərbi bazası yoxdur. “Planet ABŞ hərbi bazaları ilə doludur – sadəcə xəritəyə baxın”, – deyə o qeyd edib. Şimali Atlantika Alyansının genişləndirilməsi istiqamətində görülən tədbirlərdən danışan Putin vurğulayıb ki, NATO Rusiyadan “çətirlə” gizlənmək qərarına gəlib.

Ərdoğan Baxçalı ilə birlikdə Osmaniyə şəhərinə gedib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan MHP sədri Dövlət Baxçalı ilə birlikdə zəlzələnin fəsadlar törətdiyi Osmaniyə şəhərinə gedib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, onlar Osmaniyədən Qaziantepə gedəcək. Ərdoğanın zəlzələdən əziyyət çəkən vətəndaşlarla görüşü gözlənilir.

Putindən xəbərdarlıq: “Qanun qarşısında cavab verəcəklər”

Ölkə başçısı Vladimir Putin “Rusiyaya xəyanət yoluna düşənlərə” xəbərdarlıq edib. O, bu barədə Federal Məclisə müraciətində bildirib. Rusiya liderinin sözlərinə görə, bunu edənlər “qanun qarşısında cavab verəcəklər”. Prezident əlavə edib ki, Rusiya “cadugər ovu”na çıxmayacaq.

İslandiyada 5,3 ballıq zəlzələ baş verdi

İslandiyada 5,3 bal gücündə zəlzələ qeydə alınıb. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Qeyd edilir ki, yeraltı təkanların episentri ölkənin paytaxtı Reykyavik şəhərindən 214 km şimal-şərqdə yerləşib. Zəlzələ 10 km dərinlikdə yerləşirdi. Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Sabahın hava PROQNOZU

Azərbaycanda fevralın 22-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya XidmətindənCumhuriyyet.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Güclü cənub-qərb küləyi gündüz mülayim şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-6° isti, gündüz 11-16° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 759 mm […]

MN-dən Seyfəli poliqonu ilə bağlı açıqlama

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. “Döyüş sursatlarının utilizasiya prosesi 25.02.2023-cü il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək. Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək. Bir daha […]

Kuleba Rusiya ilə sülhün 2 şərtini açıqladı

Şərqi Avropada və bütün Avroatlantik məkanda davamlı sülhün bərqərar olması üçün bir neçə şərt var. Onlardan biri Rusiyanın transformasiyasıdır. Cumhuriyyet.az xəbər verir ki, bunu Ukrayna XİN rəhbəri Dmitri Kuleba deyib. “Regionda və bütün Avroatlantik məkanda davamlı sülhü təmin etmək üçün nə etmək lazımdır? Bu sualın iki cavabı var. Birincisi, Ukrayna AB və NATO-ya üzv olmalıdır. […]

Putin yeni müharibə planlaşdırır – Stoltenberq

Rusiya Prezidenti Vladimir Putinin sülh istədiyinə dair heç bir əlamət görmürük. Cumhuriyyet.az xəbər verir ki, bunu NATO rəhbəri Yens Stoltenberq deyib. “Onun qoşunlarının genişmiqyaslı işğalı artıq ikinci ildir ki, davam edir. Rusiya prezidenti yeni müharibə planlaşdırır. Ukrayna ordusunun Qərb tərəfdaşlarının köməyinə daha çox ehtiyacı var”, – Stoltenberq bildirib.

İcra başçısı Bulvarı qarış-qarış satıb- FOTOLAR

Sumqayıtın icra başçısı Zakir Fərəcov şəhərin Dənizkənarı Bulvarını qarış-qarış satıb. JAMAZ.İNFO xəbər verir ki, bu barədə şəhər sakinləri məlumat veriblər. Onlar bildiriblər ki, icra başçısı Bulvarda bütün yerləri satdığından sakinlərin gəzməsi və istirahəti problemə çevrilib. Belə ki, satılan ərazilərdə ya iaşə obyektləri tikilib, ya da oturmaq üçün heç bir şərait yaradılmayıb. Yerli sakinlərin etirazına baxmayaraq, […]

Baş prokuror Litvaya səfər etdi – FOTOLAR

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Litva Respublikasının Baş prokuroru Nida Qrunskiene və Xüsusi İstintaq Xidmətinin (STT) rəhbəri Jidrunas Bartkusun dəvəti ilə Vilnüsa işgüzar səfər edib. Sfera.az xəbər verir ki, ilk öncə nümayəndə heyəti ölkəmizin Vilnüsdəki səfirliyinə gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin Litva ilə münasibətlərin inkişafına xüsusi önəm verdiyini, hazırda isə Prezident […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728