AB əməkdaşlarına TikTok-dan istifadəni qadağan etdi

Avropa Birliyi TikTok sosial şəbəkəsindən istifadəni işçilərinə qadağan edib. Cumhuriyyet.az xəbər verir ki, AB əməkdaşlarına şəxsi və korporativ telefonlarından TikTok tətbiqini silməyi tapşırıb. AB-nin digər qurumları olan Avropa İttifaqı Şurası və Avropa Parlamentinin də yaxın gələcəkdə oxşar addımlar atacağı gözlənilir. Qeyd edək ki, ABŞ-də rəsmi xidmət üçün istifadə edilən cihazlarda TikTok-dan istifadə qadağan edilib.

Rusiyaya növbəti sanksiya tətbiq ediləcək – Nuland

ABŞ Rusiyaya qarşı növbəti sanksiyalar paketini tətbiq edəcək. Cumhuriyyet.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibinin müavini Viktoriya Nuland deyib. O, həmçinin Avropada yerləşmiş Çin şirkətlərinə qarşı da təzyiqlərin gücləndiriləcəyini bildirib.

Vaşinqtonda Xocalı ilə bağlı anım tədbiri keçirildi

Vaşinqtonun məşhur Kennedi Mərkəzinin Ədalət Forumu (Justice Forum) zalında Xocalı soyqırımının 31-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Ölkəmizin ABŞ-dakı səfirliyindən Cumhuriyyet.az-a bildiriblər ki, təbirdə ABŞ-da akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, bu ölkənin beyin mərkəzlərinin əməkdaşları, yerli ictimaiyyətinin təmsilçiləri, habelə azərbaycanlı icması iştirak edib. Xocalı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycanın […]

Vardanyan milyardlarını xilas etdi, indi də artıracaq – Markov

Ruben Vardanyanın Qarabağın erməni icmasındakı “vəzifəsi”ndən uzaqlaşdırılması Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması imkanlarını artıracaq. Cumhuriyyet.az xəbər verir ki, bu sözləri Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Sergey Markov beyib. Onun fikrincə, Vardanyanın Rusiya vətəndaşlığından imtina etməsi və Qarabağa gəlişi, əslində, Rusiya oliqarxlarına qarşı Qərbin sanksiyalarından yayınmaq, eyni zamanda, Rusiya rəhbərliyi ilə də münasibətləri pozmamaq […]

Kalın tənqidlərə cavab verdi: Haqlıdırlar!

Yeni şəhərlərimizi elmi kriteriyalara görə inşa edəcəyik. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın zəlzələdən sonra səsləndirilən tənqidlədə cavabında deyib. “Heç vaxt belə bir şey görmədik. Xeyli sayda dağıdıcı zəlzələ oldu. Təbii ki, hər zaman daha yaxşısı ola bilər. Buna şübhə yoxdur. Narahatlıqlarını dilə gətirənlər haqlıdırlar. Mütəxəssisləri, alimləri, seysmoloqları, geotexnikləri […]

Dünyada nə qədər insan internetdən istifadə etmir?

Dünyada internetdən istifadə etməyənlərin sayı bəlli olub. Cumhuriyyet.azxəbər verir ki, bu, Çinin Beynəlxalq İnkişaf və İnformasiya Mərkəzinin yeni araşdırmasında qeyd olunub. Dünya əhalisinin 38%-i, yəni 2.9 milyard insan hələ də internetdən istifadə edə bilmir. Araşdırmaya görə bu insanların demək olar hamısı inkişafdan geri qalmış və inkişaf etməkdə olan ölkələrin vətəndaşlarıdır.//Yenisabah

Pandemiya bu il bitə bilər – ÜST

“Hökumətlərin əlində olan vasitələr pandemiyanın 2023-cü ildə sona çatmasına imkan verir”. Cumhuriyyet.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus bildirib. ÜST-nin yaydığı məlumata görə, son 28 gündə dünya üzrə koronavirusa yoluxanların və ölənlərin sayı müvafiq olaraq 89% və 62% azalıb. Bildirilib ki, sözügedən dövr yanvarın 23-dən fevralın 19-dək olan müddəti […]

Türkoğluda xilasetmə işləri başa çatdı

Qəhrəmanmaraş şəhərinin Türkoğlu rayonunda axtarış-xilasetmə işləri başa çatıb. Cumhuriyyet.az-ın Report-a istinadən xəbərinə görə, bu barədə Karaman valisi Tuncay Akkoyun Azərbaycanın fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevlə Qəhrəmanmaraş şəhərində görüşü zamanı deyib. O bildirib ki, Türkoğlu rayonunda zəlzələ zamanı 152 bina dağıntılar altında qalıb, 25 məscidə ziyan dəyib, 54 binada isə axtarış-xilasetmə işləri aparılıb. Vali […]

Polad Bülbüloğlu Linn Treysi ilə görüşdü – Foto

Son iki həftə ərzində Azərbaycanın Rusiyadakı Səfiri Polad Bülbüloğlu Birləşmiş Tanzaniya Respublikasının Rusiyadakı Səfiri Fredrik İbrahim Kibutanı, İraq Respublikasının Rusiyadakı Səfiri Kaxtan Taxa Xələf Cənabini, Tailand Krallığının Rusiyadakı Səfiri Sasivat Vonqsinsavatı və bu gün, fevralın 23-də Amerika Birləşmiş Ştatlarının Rusiyadakı Səfiri Linn Treysini onların xahişi ilə qəbul edib. Azərbaycanın Rusiyadakı Səfirliyindən Cumhuriyyet.az-a bildirilib ki, amerikalı […]

Türkiyədə növbəti zəlzələ baş verdi

Türkiyənin Hatay vilayətinin Defne ilçəsində yerli vaxtla 18:53-də 5 bal gücündə zəlzələ baş verib. Cumhuriyyet.az xəbər verir ki, AFAD məlumat yayıb.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728