Gürcüstanda iki sabiq nazirlə bağlı istintaq bərpa olunub

04.08.2019 - 16:09

Gürcüstanın keçmiş iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili və keçmiş regional inkişaf və infrastruktur naziri Zurab Alavidze ilə bağlı istintaq tədbirləri bərpa olunub.
“Report”un yerli bürosu xəbər verir ki, ötən ildən başlanılan istintaq Avropa İnvestisiya Bankının Gürcüstana yol tikintisi üçün ayırdığı 710 mln. dollar dəyərində vəsaitin xərclənməsində israfçılıqla əlaqəlidir.
2018-ci ilin iyulunda hər iki sabiq nazir vəzifələrindən sui-istifadə, böyük həcmdə dövlət vəsaitlərinin qanunsuz mənimsənilməsi faktı ilə bağlı Baş Prokurorluqda dindirilib.
Məsələyə münasibət bildirən Gürcüstanın baş naziri Mamuka Baxtadze qanun qarşısında hamının bərabər olduğunu bildirib:
“Əgər hər hansı suallar varsa, onlar cavablandırılmalıdır. Hüquq-mühafizə orqanları istənilən məsələ ilə bağlı əlavə məlumat təqdim edəcəklər”.
Qeyd edək ki, D.Kumsişvili 2015-ci ilin sentyabrından 2018-ci ilin iyununa qədər Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri olub. Z.Alavidze isə 2016-cı ilin noyabrından 2018-ci ilin martına qədər regional inkişaf və infrastruktur naziri vəzifəsini tutub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=131556

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031