Zelenski Ərdoğanla görüşdən sonra Bakıya gələ bilər

07.08.2019 - 13:31

Ekspertlər Ukrayna prezidentinin qardaş ölkəyə ilk səfərinin əhəmiyyətindən danışdılar

“Ukrayna prezidenti Vladimir Zelenskinin prezident seçkilərindən sonra Türkiyəyə ilk rəsmi səfəri başlayıb. Bu yay istirahət məqsədi ilə Türkiyədə olmuşdu. Amma avqustun 7 və 8-i tarixlərindəki səfəri iqtisadi münasibətlərin genişləndirilməsini müzakirə eləmək baxımından xarakterizə olunmalıdır”.

Politoloq Ramiyə Məmmədova “Yeni Müsavat”a açıqlamasında Ukrayna prezidenti V.Zelenskinin bu gün qardaş ölkəyə başlayan səfəri barədə danışarkən belə dedi. Onun sözlərinə görə, Ukrayna-Türkiyə münasibətləri hələ 1992-ci ildən var: “Ukrayna ilə Türkiyənin iqtisadi münasibətləri genişdir. Türk iş adamları təkcə ötən il 1,6 milyard dollar bu ölkəyə yatırım ediblər. Eyni zamanda Ukraynada çoxlu türk firmaları fəaliyyət göstərir. Həmçinin əsas münasibətlər turizm üzərində qurulub. Türkiyənin kurort bölgələrinə çoxlu ukraynalı istirahətə gedir. Odur ki, Zelenskinin Türkiyə səfərində Ticarət Nazirliyinin təşkilatçılığı ilə türk-ukraynalı iş adamlarının görüşü də nəzərdə tutulub. Bu mənada Zelenskinin səfəri iqtisadi əməkdaşlığı genişləndirmək niyyəti daşıyır”.

Картинки по запросу Politoloq Ramiyə Məmmədova

Xanım ekspertin fikrincə, səfərin əhəmiyyəti həm də Zelenskinin Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanla rəsmi tanışlığıdır: “Prezidentlərin görüşündə Türkiyədə yaşayan və işləyən Ukrayna vətəndaşlarının vəziyyəti, Krım tatarlarının məsələsi müzakirə edilə bilər. Siyasi məsələyə gəlincə, Ərdoğanın Rusiya-Ukrayna münasibətlərinə toxunacağını gözləmirəm. Ankara-Moskva əlaqələri yüksək səviyyədədir və indiki mərhələdə Ərdoğanın Ukrayna torpaqlarının zəbt edilməsi barədə hansısa mesajlarının olacağı inandırıcı deyil. Ankaraya Rusiya daha çox lazımdır, nəinki Ukrayna. Ona görə Zelenskinin səfərində gündəm iqtisadi mövzular olacaq”.

Картинки по запросу Siyasi analitik Elxan Şahinoğlu

Siyasi analitik Elxan Şahinoğlu qəzetimizə bildirdi ki, Türkiyə Ukrayna üçün ABŞ və Avropa İttifaqından sonra üçüncü önəmli ölkədir: “Birincisi, Ukraynanın qonşusu olaraq Türkiyənin investisiyaları Kiyev üçün vacibdir. İkincisi, Kiyev Rusiya ilə strateji tərəfdaşlıq münasibətləri quran Türkiyəni geosiyasi anlamda itirmək istəmir. Ankara Moskva ilə sıx əlaqələrinə baxmayaraq, Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, Krımın ilhaqını qəbul etmir və Krım türklərinə dəstəkdən vaz keçmir. Bu amillər Kiyevin işinə yarayır. Ona görə də son illər Ankaraya gələn Ukrayna prezidentləri hər səfərlərində heyətə Krım türklərinin lideri Mustafa Cəmiloğlunu da əlavə edirdilər. Türkiyə Cümhurbaşqanı Rəcəb Təyyub Ərdoğanın Cəmiloğluna böyük hörməti var. Mustafa Cəmiloğlu Ukraynadakı son prezident seçkisində Vladimir Zelenskinin rəqibini dəstəkləmədi. Buna baxmayaraq, Zelenski də keçmiş prezidentlər Petro Poroşenko və ya Viktor Yuşşenko kimi Krım türkləri mövzusuna həssas yanaşmalı və Ankaraya gedəcək heyətə Krım türklərinin nümayəndəsini daxil etmək barədə düşünməlidir. Kiyevlə sıx təmaslar Ankara üçün də o mənada vacibdir ki, regional siyasətdə bütün yumurtaların Rusiya səbətinə qoyulmadığı görünsün”.

Politoloq hesab edir ki, Zelenskinin Cənubi Qafqaz ölkələri arasında səfər edəcəyi ilk ölkə Azərbaycan olmalıdır: “Ən azı biz buna çalışmalıyıq. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyi kimi Ukrayna da Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Doğrudur, AŞ PA-da son səsvermədə Azərbaycan nümayəndə heyəti Krımın ilhaqına rəğmən, Rusiyanın bu quruma qayıtmasına səs verdi. Ancaq Rusiyanın geri qaytımasına səs verənlər arasında avropalılar da çoxluq təşkil edirdi. Yəni Azərbaycan nümayəndə heyətinin AŞ PA-da Rusiyanın xeyrinə səsverməsi Bakı ilə Kiyev arasındakı əlaqələrə mənfi təsir etməməlidir.

Petro Poroşenkonun dövründə Azərbaycanın Ukraynadakı dövlət müəssisələrinin özəlləşdiriilməsində iştirakı mövzusu müzakirə olunurdu. Məsələn, Dövlət Neft Şirkəti Odessa və Çernomorskdakı neft terminallarının özəlləşdirilməsinə maraq göstərirdi. Dövlət Neft Şirkətinin Ukraynada artan fəaliyyətini nəzərə alaraq bu özəlləşdirməni Zelenskinin prezidentliyi dönəmində reallaşdırmaq mümkündür. Odur ki, yaxın aylarda prezident İlham Əliyevin ukraynalı həmkarı ilə görüşünün və müzakirə ediləcək mövzuların hazırlanması təlimatı verilə bilər”.

Qeyd edək ki, Zelenski 7-8 avqust tarixlərində Türkiyə səfəri çərçivəsində Ərdoğanla, İstanbulda Konstantinopol Patriarxı I Varfolomeylə görüşəcək. Səfər zamanı Zelenskinin həmçinin Ukrayna və Krım-tatar icmasının nümayəndələri ilə də görüşü planlaşdırılıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=131811

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031