Azərbaycan zəlzələ ilə əlaqədar Albaniyaya 500 min avro məbləğində yardım ayırıb

29.11.2019 - 16:11

Nazirlər Kabineti “Albaniya Respublikasında baş vermiş təbii fəlakətdən zərər çəkmiş əhaliyə humanitar yardım göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə vəsait ayrılması barədə” sərəncam verib.

APA-nın məlumatına görə, sərəncamda qeyd edilib ki, cari ilin 26 noyabr tarixində Albaniya Respublikasında baş vermiş təbii fəlakətdən zərər çəkmiş əhaliyə humanitar yardım göstərilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə 500 000 avronun manat ekvivalenti məbləğində vəsait ayrılsın.

Maliyyə Nazirliyinə göstərilən vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini təmin etmək tapşırılıb.

Qeyd edək ki, Albaniyada baş verən 6,4 bal gücündə zəlzələ zəlzələ nəticəsində 50-dək insan ölüb. Xeyli sayda insan dağıntılar altında qalıb. Axtarış-xilasetmə işləri davam edir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=137600

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031