“AYƏTULLAH MİKE” ÖLDÜRÜLÜB? – “Süleymani əməliyyatının təşkilatçısı vurulan təyyarədə olub”

28.01.2020 - 16:41

İran hakimiyyəti İnqilab Keşikçiləri Korpusunun generalı Qasım Süleymaninin İraqda öldürülməsi ilə nəticələnən əməliyyatın memarının Əfqanıstanda vurulan ABŞ təyyarəsində olduğunu bildirir.

“AzPolitika.info” xəbər verir ki, rəsmi Tehranın sözçüsü kimi tanınan “Mizan” yayım orqanı iddia edib ki, “Əl-Qaida” lideri Usame bin Ladenin öldürülməsi daxil olmaqla, çoxsaylı əməliyyatlara rəhbərlik edən Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) agenti Mixael Dandera Əfqanıstanda vurulan təyyarədə olub. Qeyd edək ki, təyyarə ötən gün vurulub. ABŞ tərəfi təyyarənin qəzaya düşdüyünü iddia edir. Taliban Hərəkatı isə təyyarənin onlar tərəfindən vurulduğunu bəyan edib. Ancaq ortaya dəlil də qoya bilməyib.

Son xəbər budur ki, təyyarədə cəmi 10 nəfər olub.

İddialara görə, təyyarə MKİ-yə məxsus olub. Baxmayaraq ki, ABŞ Hərbi Hava Qüvvələrinin qərargah rəisi, general Devid Qoldfeyn təyyarənin onlara məxsus olduğunu bildirib. MKİ-nin İran, Əfqanıstan və İraqda həyata keçirdiyi əməliyyatların rəhbəri kimi təqdim edilən Mixael Dandera (“Qaranlıq Şahzadəsi”) eyni zamanda iranlı general Qasım Süleymaninin sui-qəsd planını hazırlayan şəxs hesab olunur.

ABŞ-ın ən təcrübəli kəşfiyyatçılarından sayılan Dandera 1979-cu ildən MKİ-də çalışır. Bu şəxsi müsəlman dünyası “Ayətullah Mike” ləqəbi ilə tanıyır. Hətta onunun xanımının müsəlman olduğu haqda iddialar da zaman-zaman mətbuatda yayılıb. Bir neçə il əvvəl Ayətullah Mike MKİ-də İranla bağlı şöbənin başına gətirilmişdi.

İran daxilində baş verən mitinqlərin kənardan idarə edilməsi iddiaları ortaya atılan zamanlarda Ayətullah Mikenin adı xüsusilə çəkilib.

Bu saata qədər ABŞ tərəfi təyyarədə ölən 10 nəfərdən birinin Mixael Dandera olub-olmadığına dair məlumat yaymayıb.

Xatırladaq ki, İran İnqilab Keşikçiləri Korpusunun generalı Qasım Süleymani yanvarın 3-də Bağdad hava limanı yaxınlığında öldürülüb.

Az sonra ABŞ tərəfi elan edib ki, general Süleymaniyə qarşı sui-qəsd əməliyyatını onlar həyata keçirib.

İran buna qarşılıq olaraq yanvarın 8-də İraqdakı bəzi ABŞ bazalarına raket zərbəsi endirmişdi.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=141761

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031