İranın nüvə obyektindəki partlayışı İsrail törədib?

06.07.2020 - 10:50

İsrailin İranın Natanz nüvə obyektinə partlayıcı qurğu yerləşdirərək diversiya təşkil etdiyi iddia olunur.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “The New York Times” qəzetinə anonim kəşfiyyat mənbəyindən məlumat verilib. Yaxın Şərq bölgəsi üzrə kəşfiyyat rəsmisinin verdiyi məlumata görə, Natanz nüvə obyektində bu yaxınlarda baş verən yanğına, İsrail tərəfindən obyektə yerləşdirilən partlayıcı qurğunun işə düşməsi səbəb olub.

İslam İnqilabı Keşikçilər Korpusunun (IRGC) xüsusi təyinatlı qüvvələrinin nümayəndəsi nüvə obyektində mənşəyi məlum olmayan partlayıcı maddədən istifadə edildiyini qəzetə təsdiqləyib.

İsrail rəsmiləri isə hadisə barədə açıqlama verməsələr də, “nüvə silahlı İranın yaratdığı təhlükə” barədə vurğulama ediblər.

Bununla belə qəzet İsrailin hadisədə iştirakı ilə bağlı irəli sürülən iddianı yoxlaya və təsdiqləyə bilməyəciyini qeyd edib.

Xatırladaq ki, daha əvvəl də bir sıra qərb KİV-i tərəfindən İranın Natanz nüvə obyektində baş vermiş yanğının təxribat olduğu barədə xəbərlər yayılmışdı.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=149426

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031