Conson Baydenə zəng vurdu: “Zelenskini dəstəkləyirik”
Böyük Britaniyanın Baş naziri Boris Conson və ABŞ Prezidenti Co Bayden arasında telefon danışığı baş tutub.
Cumhuriyyet.az xəbər verir ki, bu barədə Conson “Twitter” hesabında bildirib.
Conson Ukraynaya səfəri və Prezident Zelenski ilə görüşünün nəticələri barədə Baydenə məlumat verib.
Baş nazir qeyd edib ki, onlar Ukrayna Prezidenti Zelenskini və Ukrayna xalqının azadlıq uğrunda apardığı mübarizədə dəstəkləyir.
Short URL: https://www.cumhuriyyet.net/?p=173400