Rusiyanın Ukraynadakı uğursuzluğunun SƏBƏBLƏRİ
Ukraynadakı müharibə bu ilin sonuna qədər bitməyəcək, hərbi əməliyyatlar uzun sürən fazaya daxil olub.
Cumhuriyyet.az xəbər verir ki, bunu Britaniya hərbi kəşfiyyatının rəhbəri Cim Qokkenqall BBC-yə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Rusiya ordusunun bir neçə kritik problemi var. Belə ki, rusların aşağı keyfiyyətli komandanlığı, nəzarət və maddi-texniki təminat böyük ölçüdə ordunun uğursuzluğuna səbəb olub.
Kəşfiyyat rəhbəri hesab edir ki, Rusiya ordusunun hərəkətlərinə siyasi müdaxilə həm strateji, həm də taktiki səviyyədə mənfi təsir göstərib. Bundan başqa, Rusiya Federasiyasının siyasətçiləri ilə hərbçiləri arasında etimad yox səviyyəsindədir.
Cim Qokkenqall düşünür ki, Ukraynanın müqavimətinin gücü və Qərbin birliyi də bütün gözləntiləri üstələyib.
Short URL: https://www.cumhuriyyet.net/?p=180625